Soyqırımında hər iki valideynini itirənlər: "Dinc ekoloji aksiyada Xocalıya ədalət tələb edirik"

Soyqırımında hər iki valideynini itirənlər: "Dinc ekoloji aksiyada Xocalıya ədalət tələb edirik""Biz burada ekoloji cinayətlərə son qoyulması ilə yanaşı, Xocalıya da ədalət tələb edirik".

Bu sözləri "Report"un Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş Murad Hüseynov deyib.

O qeyd edib ki, Xocalı soyqırımı zamanı valideyinlərini itirib:

"Soyqırımı zamanı 25 uşaq hər iki valideynini itirib. Biz də bu dinc aksiyada dostlarımıza dəstək nümayiş etdirmək üçün iştirak edirik, Xocalı soyqırımı zamanı hər iki valideynlərini itirən 25 uşağı təmsil edirik. Aksiya dinc şəkildə keçirilir. Məqsədimiz ölkəmizin ekologiyasına vurulan ziyanın qarşısını almaqdır. Aksiya ərazisində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlılarının avtomobillərinin keçidinə maneəsiz şərait yaradılır. Yol gördüyü kimi, humanitar məqsədlər üçün açıqdır. Biz burada ekoloji cinayətlərə son qoyulması ilə yanaşı, Xocalıya da ədalət tələb edirik. Ona görə "Xocalıya ədalət" şüarını da səsləndiririk".

Xocalı sakini, soyqırımı zamanı hər iki valideynini itirən Həmayil Xəlilova isə qeyd edib ki, faciənin baş verdiyi zaman onun 6 yaşı olub:

"Həmin faciənin canlı şahidlərindən biri də mənəm. Atam gözlərimin önündə güllələnərək şəhid olub. Faciə zamanı 6 yaşlı bacım və anam da şəhid olub. Xocalı soyqırımı heç vaxt yaddaşımdan silinməyəcək və silinməsini də əsla istəmərəm. Bu gün şükürlər olsun ki, Şuşadayıq. Burada keçirilən dinc aksiyada "Xocalıya ədalət" şüarları səsləndirilir. Mən də bu dinc aksiyaya öz dəstəyimi nümayiş etdirməyə gəlmişəm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 718   Tarix: 26 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

11 oktyabr
.

Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə

Oktyabrın 12-də Culfa rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib. Bildirilib ki, 35/10 kV-luq Əbrəqunus yarımstansiyasında

11 oktyabr
.

"Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır" - Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?

Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda əcnəbilərlə bağlanan nikahların sonrakı taleyi də bunu göstərən diqqətçəkən statistika ortaya qoyur. Ədliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə Azərbayca

11 oktyabr
.

Gələcəkdə pensiyalar AZALACAQ

Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. -a istinadən xəbər verir ki, iqtisadç

11 oktyabr
.

Faciəvi şəkildə ölən Məzahir şəhid qardaşı imiş - Foto

Sumqayıtda dəm qazından boğulan 32 yaşlı Məzahir Məcdunov şəhid qardaşı imiş. -a istinadən xəbər verir ki, onun Vətən müharibəsi şəhidi Xalid Məcdunovun qardaşı olduğu bildirilir. Xalid Məcdunov Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 2020-ci il oktyabrı

12 oktyabr
.

Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir

Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir. Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib. Məktəb yalnız bilik məkanı deyil. Deputat deyib ki, məktəblərdə vahid geyim tələblərinin müəyyənləşdirilməsi təhsil mühitinin təşkili, şagirdlə

11 oktyabr
.

Laçında mebel istehsalının dəyəri ötən il 31 dəfə artıb

2025-ci ildə Laçın rayonunda 83,5 min manat dəyərində mebel istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 31 dəfə çoxdur. Hesabat dövründə Laçında 59 milyon 539,7 min manat (8,2 % az) dəyərində sənay

10 oktyabr
.

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR

Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədləri müəyyənləşdirilir. EDnews xəbər verir ki, bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Və bu günlərdə "Aqrar sahə haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində dinləmə formatınd

10 oktyabr
.

Zəngilanda qida məhsullarının istehsal dəyəri ötən il 4 dəfəyə yaxın artıb

2025-ci ildə Zəngilan rayonunda 330 min manat dəyərində qida məhsulları istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 3,6 dəfə çoxdur. Hesabat dövründə Laçında 5 milyon 20,8 min manat (87,4 % çox) dəyərind

11 oktyabr