Ramiz Novruzla vidalaşan sənət dostları onun haqqında danışdılar

Ramiz Novruzla vidalaşan sənət dostları onun haqqında danışdılarXalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası və sağlığında dostlarının "uşaqlığı cibində olan adam" dedikləri Ramiz Novruz Novruzun ilk çərşənbəsində dünyasını dəyişdi.

"Kaspi" qəzeti Xalq artisti barədə məqalə dərc edib.

Ramiz Novruz deyəndə canlandırdığı bütün rollara rəğmən, ağla ilk gələn "Sizi dünyalar qədər sevirdim" filmindəki general Həzi Aslanov obrazı olur. O, sonralar neçə-neçə qiymətli obrazlar yaratsa da, çoxlarının yaddaşında məhz həmin filmdəki general rolu ilə qaldı. Ramiz Novruz yaraşığı, ucalığı, səsiylə gözümüzdə daim general oldu. Bəlkə də gözlərini son dəfə yumanda da aktyorun bənizində "Sizi dünyalar qədər sevirdim" ifadəsi canlanıb. "Qalanı xatirədir", deyiblər. Ramiz Novruzun da xatirələri oynadığı tamaşalarda, çəkildiyi filmlərdə, seriallarda, sevdiklərinin, dostlarının ürəyində qaldı.

Xatirələrini bizimlə bölüşən, uzun illər Ramiz Novruzla bir yerdə çalışan Xalq artisti Rafiq Əzimov da aktyorun ölümündən çox kədərləndiyini bildirdi:

"Ramizlə teatrımızın bir çox tamaşalarında bir yerdə oynamışıq. Sonuncu tamaşamız Qoqolun "Müfəttiş" əsəri idi. Orda Rafael Dadaşovla Ramiz Novruz bələdiyyə rəisi obrazında dublyor idilər. Rafael rəhmətə gedəndən sonra Ramiz də xəstələndi. Açığı, belə ağır xəstəliyi olduğunu zənn etmirdim. Elə bilirdim ki, tezliklə yaxşı olacaq, yenidən səhnəyə qayıdacaq. Ramiz çox dəyərli aktyor idi. Xalqımız onu kinodan Həzi Aslanov kimi, tamaşalardan isə başqa rolları ilə yaxşı tanıyırdı. Amma onun çox gözəl dramaturji qələmi də var idi. Əsərləri başqa teatrlarda da, o cümlədən Akademik Dram Teatrının səhnəsində də müvəffəqiyyətlə oynanılırdı. "Hələ sevirəm deməmişəm" əsəri çox gözəldir. Teatrımız üçün hər mənada çox ağır itki oldu. Onun yeri həmişə görünəcək".

Əməkdar artist Azad Şükürov da hislərini bizimlə bölüşdü:

"Ramiz Novruzla tələbəlik illərindən dostluğumuz vardı. Öz dəsti-xətti, xüsusi istedadı, həm də insanlığı ilə seçilən biri idi. Bütün ömrü, həyatı, varlığı ilə teatra xidmət edən bir aktyor idi. O, aktyor sənətinin bütün sahələrində bacarığını nümayiş etdirmişdi. Teatr, kino, radio, televiziya – hər yerdə var idi. Səhnədə eyni tamaşada oynamasaq da, radio teatrında uzun müddət bir yerdə çalışmışıq. Həmişə xatirimdə qalacaq. Kino, teatr, xüsusilə də aktyorluq sənəti üçün böyük bir itkidir. Onun yeri həmişə görünəcək. Allah yerini behişt etsin!"

Əməkdar artist Anar Heybətov da Ramiz Novruzun ölümündən kədərləndiyini bildirdi:

"Biz bilirdik ki, səhhətində problemlər var. Amma onu itirəcəyimizə inanmırdıq. Ümid edirdik ki, sağalacaq, yenidən səhnəyə çıxacaq, rolları ilə hamını sevindərəcək. Amma olmadı. Ölüm xəbərini alan kimi onu ilk dəfə görüb, tanıdığım günü xatırladım. Elə çox sevinmişdim ki... Şəxsən tanımadığım illərdə ona pərəstişim vardı, aktyor kimi çox sevirdim. Sonradan dostluq da etdik. O, gözəl sənətkar olmaqla yanaşı, gözəl insan idi, gözəl ailə başçısı idi, gözəl ata idi, gənclərin yaxın dostu idi. Nəinki mənim, teatrımızın, başqa teatrların da aktyorlarının dostu idi. İstər səhnədə, istər səhnə arxasında hamıya bacardığı köməkliyi edirdi. Onun ölümü hamımıza çox pis təsir etdi. Səhnəmizdən böyük bir aktyoru, həyatımızda isə böyük bir dostu itirdik".

Rejissor Ramin Hacıyev deyir ki, Ramiz Novruz çox gözəl insan idi, kollektivdə o qədər gözəl, mülayim, mehriban idi ki, hamımız onun başına toplaşırdıq:

"Biz bir yerdə "Ailəcanlı" və "Ay yay, yay" seriallarını çəkmişdik. Komediyada ona qədər oynamamışdı deyə, həmişə deyirdi ki, "mənə çox maraqlıdır". Onu insan kimi də, sənətkar kimi də çox sevirdik. Bir dəfə nə özü, nə yaradıcılığı ilə bağlı bir pis söz eşitmədik. Çox böyük bir sənətkarımızı itirdik. Yeri hər zaman görünəcək".

Aktrisa Rada Nəsibovaya da Ramiz Novruzun itkisi olduqca pis təsir edib:

"İnana bilmirəm. Çox inanırdım, ümid edirdim ki, sağalacaq, ayağa qalxacaq. Belə olacağını gözləmirdim. Aktyorlar adətən istedadına görə tamaşaçılar tərəfindən sevilir. Amma aktyorlar içində bir insan kimi sevilmək hər adama nəsib olmur. O məşhur ifadə var ha, "uşaqla uşaq idi, böyüklə böyük". Bax, Ramiz müəllim də eləydi. Xatirimdə salam verən kimi qollarını açıb qucaqlayan, doğması kimi bağrına basan, saça tumar çəkən bir insan kimi qalacaq. İki çox çətin anım olub ki, heç kəsə ağız açmamışam, amma ona zəng vurmuşam. Bircə kəlməmlə yanımda olub. Amma bunu heç yerdə heç kimin yanında dilinə almadı, demədi. Çox gözəl dost idi. İllər ötəcək, mən bunu heç vaxt unutmayacağam. Hər kəs qonaqdır bu dünyada. Bir gün hamı gedəcək, əlbəttə. Bizdən sonra adımız, etdiyimiz əməllər qalacaq. Necə ki, Ramiz müəllim bizim qəlbimizdə həmişə gözəl insan kimi yaşayacaq. Allah rəhmət eləsin".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1106   Tarix: 26 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama

"Sosial şəbəkədə bir neçə şəxs pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlığını ifadə edib". xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sosial şəbəkə hesabında bildirib. Onun sözlərin

10 oktyabr
.

Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə

Oktyabrın 12-də Culfa rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib. Bildirilib ki, 35/10 kV-luq Əbrəqunus yarımstansiyasında

11 oktyabr
.

Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir

Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir. Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib. Məktəb yalnız bilik məkanı deyil. Deputat deyib ki, məktəblərdə vahid geyim tələblərinin müəyyənləşdirilməsi təhsil mühitinin təşkili, şagirdlə

11 oktyabr
.

Laçında mebel istehsalının dəyəri ötən il 31 dəfə artıb

2025-ci ildə Laçın rayonunda 83,5 min manat dəyərində mebel istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 31 dəfə çoxdur. Hesabat dövründə Laçında 59 milyon 539,7 min manat (8,2 % az) dəyərində sənay

10 oktyabr
.

Zəngilanda qida məhsullarının istehsal dəyəri ötən il 4 dəfəyə yaxın artıb

2025-ci ildə Zəngilan rayonunda 330 min manat dəyərində qida məhsulları istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 3,6 dəfə çoxdur. Hesabat dövründə Laçında 5 milyon 20,8 min manat (87,4 % çox) dəyərind

11 oktyabr
.

11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI

Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü

11 oktyabr
.

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

Avropanın mərkəzində, Türkiyədəki telefon qiymətinə mənzil sahibi olmaq artıq reallığa çevrilib. "Yeni Sabah" "Sözçü" nəşrinə istinadən xəbər verir ki, Macarıstanın şimalında, Slovakiya sərhədinə yaxın yerləşən tarixi Salqotaryan şəhərində əhalinin azalması ilə daşınmaz əmlak bazar

10 oktyabr
.

Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar

Məktəblilər dərsə təhsil aldıqları məktəb üçün müəyyən edilmiş vahid geyim formasında gəlməlidirlər. xəbər verir ki, rəsmi qaydalara əsasən, oğlanlar üçün şalvar, qısaqol və uzunqol polo tipli köynək, önü bağlanan cibli jaket, qızlar üçün isə şalvar və ya ətək, qısaqol və uzunqol köynək, jaket nəzərd

10 oktyabr
.

Vahid məktəbli forması: Məktəbdə nizam-intizamın əsas şərtlərindən biri

Məktəbdə şagirdin geyimi onun təhsil mühitindəki gündəlik davranışının və məktəb qaydalarına münasibətinin bir hissəsidir. Vahid məktəbli formasının tətbiqi uşaqlar arasında sosial fərqlərin geyim vasitəsilə qabardılmasının qarşısını almaqla yanaşı, məktəbdə ümumi qayda və məsuliyyət anlayışının formalaşmasın

11 oktyabr