12 yaşlı uşaq valideynlərindən polisə şikayət etdi
Moskva məktəblisi valideynlərinin onu kəmərlə döydüyü barədə polisə şikayət edib.
6-cı sinif şagirdi hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüşərək anasının ona fiziki cəza tətbiq etdiyini deyib.
Uşağa yazılı izahat üçün şöbəyə getmək təklif olunub. O, bildirib ki, anası ev tapşırıqlarını yerinə yetirmədiyi üçün demək olar ki, hər gün onu əli ilə və ya kəmərlə döyür. Azyaşlının sözlərinə görə, sonuncu dəfə o, İspan dilində əlavə dərsləri qaçırdığı üçün cəzalandırılıb.
Müraciətdən sonra polis oğlanın evinə gələrək valideynləri ilə danışıb. Məlum olub ki, məktəblinin anası və atası Moskva Aviasiya İnstitutunun əməkdaşlarıdır. Qadın deyib ki, o, həqiqətən də uşağı dərsdən yayındığına görə danlayıb, ancaq onun yanağına yüngülcə şillə vurub. Uşağın atası isə oğluna qarşı fiziki güc tətbiq etmədiyini bildirib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2379 Tarix: 02 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kral ailəsi qələbəyə belə sevindi - Video
İspaniya millisinin 2026-cı il dünya çempionatının finalına yüksəlməsi ölkədə böyük sevinc yaradıb. "Qafqazinfo" xəbər verir ki, kral ailəsinin də İspaniyanın DÇ-nin finalına vəsiqə qazanmasını sevinclə qarşıladığını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, Kral V
15 iyul"Netflix" ənənəvi televiziya bazarına çıxmaq niyyətindədir
"Netflix" fasiləsiz canlı yayımlar vasitəsilə xətti telekanallar və janr kanalları yaratmaq imkanını nəzərdən keçirir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb. Məlumata görə, şirkətin rəhbər heyəti bu planları son illik strateji toplantısında müzakir
12 iyulABŞ Milli Kəşfiyyatında yeni ixtisarlar olacaq
ABŞ-nin Milli Kəşfiyyat İdarəsinin icraedici direktoru Bill Pulti rəhbəri olduğu qurumda yeni işçi ixtisarlarının həyata keçiriləcəyini açıqlayıb. xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb. "ABŞ Milli Kəşfiyyatı hər zamankından daha səmərəli, məhsuldar fəaliyyət göstəri
12 iyulRusiya Kiyevi vurdu: Ölənlər və yaralananlar var - VİDEO
İyulun 16-da gecə saatlarında Rusiya ordusu Kiyev şəhərinə zərbələr endirib. Hücum nəticəsində iki nəfər ölüb, daha beş nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. xəbər verir ki, bu barədə UNIAN agentliyi Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat yayıb. Qeyd olunub ki, paytaxtı
16 iyul