Aqşin Yenisey Hacı Şahini gizli dostu adlandırdı

Aqşin Yenisey Hacı Şahini gizli dostu adlandırdı"Hacı Şahin adımı telefonda eşidən kimi heç bir səbəb soruşmadan cavab verdi ki, hardasınız?
On beş dəqiqədən sonra tanımadığımız bir adam öz avtomobili ilə Hacı Şahinin təmənnasız köməyini gətirib böyük ehtiramla bizə təqdim etdi və "yenə nəsə lazım olsa xəbər edin" deyib çıxıb getdi".

Sonxeber.az xəbər verir ki, şair, yazıçı Aqşin Yenisey bu gün vəfat edən Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin vaxtilə ona etdiyi köməklə bağlı sosial media hesabında paylaşım edib.

"Beş-altı ilin söhbətidir. Çox axmaq və gözlənilməz bir problemlə üzləşmişdim. Hər kəsə də deyiləsi məsələ deyildi. Həm maddi, həm mənəvi təklikdə vurnuxurdum. Yaxın dostlardan biri ilə oturub dərdləşəndə dedi, bilirsən, sənə kim kömək edə bilər? Kim? Hacı Şahin! Nə danışırsan, məni hamı din tənqidçisi, ateist kimi tanıyır, kim inancını, imanını tənqid edən adama kömək edər, həm də heç vaxt üz-üzə gəlmədiyi, salam verib salam almadığı adama?
Götürüb yanımda zəng etdi. Hacı Şahin adımı telefonda eşidən kimi heç bir səbəb soruşmadan cavab verdi ki, hardasınız?
On beş dəqiqədən sonra tanımadığımız bir adam öz avtomobili ilə Hacı Şahinin təmənnasız köməyini gətirib böyük ehtiramla bizə təqdim etdi və "yenə nəsə lazım olsa xəbər edin" deyib çıxıb getdi" ,- deyə şair vurğulayıb.

Aqşin Yenisey Hacı Şahini gizli dostu adlandıraraq xatirəsini yad edib:

"O vaxt Hacı Şahini, ən azı, çevrəsinin qınağı ilə üz-üzə qoymamaq üçün bu əhvalatı yazmadım, heç kimə də danışmadım. Düşünürdüm ki, nə vaxtsa kitablarımda Tolstoyun "Sergi atası" kimi müsbət bir din xadimi obrazı yaratmaq istəsəm bu adam Hacı Şahin olacaq.
Mən Hacı Şahinin hansı ürək sahibi olduğunu çoxdan bilirdim. Təəssüf ki, bu cür ürəklər bu coğrafiyada nadirən döyünürlər və çox yaşamırlar.
Səni unutmayacağam, əziz və gizli dostum!"

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4319   Tarix: 02 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İran-İsrail münaqişəsinə görə Bakıdan bir neçə istiqamətə uçuşlar DAYANDIRILDI

Yaxın Şərqdə baş verən son hadisələr ilə bağlı hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən Azərbaycan Hava Yolları tərəfindən Dubay, Doha, Ciddə və Təl-Əviv istiqamətləri üzrə həyata keçirilən uçuşlar dayandırılıb. xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbua

28 fevral
.

Qərbi Azərbaycan Xronikası: Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO

Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb. Buraxılışda filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova Xıdır Nəbi mərasiminin, Novruzun gəlişini xəbər verə

1 mart
.

Əmlak sahibləri üçün vacib dəyişiklik - 15 günə...

Daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyatı üçün vətəndaşlar tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə göstərilən torpaq kateqoriyası bəzi hallarda dövlət kadastrında əksini tapan torpaq kateqoriyasından fərqlənir. Belə uyğunsuzluqların aradan qaldırılması məqsədilə qanunvericilikd

28 fevral
.

İrandan Azərbaycana 192 nəfər təxliyə olunub - YENİLƏNİB

28.02.2026-cı il saat 08:00-dan 01.02.2026-cı il saat 22:00-dək İrandan Azərbaycana 192 nəfər təxliyə olunub. "Report" xəbər verir ki, onlardan 82-si Azərbaycan, 110-u isə 19 ölkənin vətəndaşlarıdır. Belə ki, 28 nəfər Pakistan, 18 nəfər Səudiyyə Ərəbistanı, 18 nəfər Çin, 17 nəfər Tacikista

1 mart
.

Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verdi

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Seyid Abbas Əraqçı arasında telefon danışığı baş tutub. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumata görə, telefon danışığı zamanı İranda hərbi əməliyyarlar və bölgədə hərbi eskalasiya nəticəsind

1 mart
.

Alyona Əliyeva moda sərgisindən PAYLAŞIM EDİB - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva moda sərgisində iştirak ediblər. xəbər verir ki, Alyona Əliyeva bu barədə "Instagram" hesabında paylaşım edib:

1 mart
.

Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı verib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığıda deyilir:. "Hörmətli cənab Prezident,. İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin faciəv

1 mart
.

Prezidentin gəlininin alpaka fermasından maraqlı - Fotoları

Prezident İlham Əliyevin gəlini Alena Əliyeva instaqram hesabında Şamaxıda yerləşən alpaka fermasından fotolar paylaşıb. "Qafqazinfo" həmin fotoları təqdim edir:

28 fevral
.

Xaricdə yaşayan azərbaycanlıların DİQQƏTİNƏ

"Diasporla İş üzrə Dövlət Komitəsi bölgədə yaranmış mövcud vəziyyətlə əlaqədar ölkəmizin xaricdəki diplomatik nümayəndəlikləri ilə sıx və koordinasiyalı əməkdaşlıq çərçivəsində hərəkət edərək lazım olan addımları atır və bu istiqamətdə fəaliyyətini gücləndirib". xəbər verir ki, bu barədə Komit

1 mart