Nobel Sülh Mükafatı laureatı Bialiatski 10 il müddətinə azadlıqdan məhrum edilib
Belarus məhkəməsi 2022-ci il Nobel Sülh Mükafatı laureatı, hüquq müdafiəçisi Ales Bialiatskini 10 il müddətinə azadlıqdan məhrum edib.
Sonxeber.az xəbər verir ki, Belta xəbər agentliyinin məlumatına görə Minsk məhkəməsi "Vesna" hüquq müdafiə təşkilatının direktorlarına qarşı iş üzrə qərar qəbul edib.
Bialiatski və digər inzibatçıların "qaçaqmalçılıq" və "ictimai asayişi ciddi şəkildə pozan hərəkətlərə hazırlıq, təşkilatlanma və iştirak" maddələri ilə ittiham olunduğu iş üzrə məhkəmə təqsirləndirilən şəxsləri 7 ildən 10 ilədək azadlıqdan məhrum edib.
Buna əsasən, 2022-ci il Nobel Sülh Mükafatı laureatı Bialiatski 10 il, Valentin Stefanoviç 9 il, Vladimir Labkoviç 7 il, iclasda iştirak etməyən Dmitri Solovyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qərar dərc edildikdən sonra 10 gün ərzində şikayət verilə bilər.
2022-ci il üçün Nobel Sülh Mükafatı belaruslu hüquq müdafiəçisi Ales Bialiatskiyə və Rusiya və Ukraynadan olan insan haqları təşkilatları Memorial və Vətəndaş Azadlıqları Mərkəzinə verilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Gələcəkdə pensiyalar AZALACAQ
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Belə pomidorları almayın
Ailələrə uşaq sayına görə pul veriləcək?