Ermənistanın Səhiyyə Nazirliyi: "Ölkədə qızılcaya qarşı peyvənd olunmayanlar risk altındadır"
Ermənistanda qızılcaya qarşı peyvənd olunmamış insanlar risk altındadırlar və xaricə səfər zamanı yoluxa bilərlər.
Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin şöbə müdiri Svetlana Qriqoryan məlumat verib.
Onun sözlərinə görə, son günlər qızılcaya yoluxmuş Ermənistan vətəndaşlarının heç biri peyvənd olunmayıb. Xəstəlik ölkəyə xaricdən, yoluxmuş şəxslərlə gətirilib.
Qriqoryan qeyd edib ki, 2007-ci ildən Ermənistanda qızılcaya yoluxmanın yerli ocaqları yoxdur, lakin xaricdən bir neçə yoluxma halı qeydə alınıb.
Bir qayda olaraq, infeksiya qızılcaya qarşı peyvənd olunmayanlar arasında yayılır.
"Mövcud vəziyyət istisna deyil. Qızılca yenə gətirilib, indi bunun hansı ölkə olduğu araşdırılır. Yoluxmuş insanlar heç biri peyvənd olunmayıb. Onların arasında həm uşaqlar, həm də böyüklər var", - mütəxəssis qeyd edib.
Ermənistan Səhiyyə Nazirliyi vətəndaşları uşaqların peyvənd olunması üçün poliklinikalara müraciət etməyə çağırıb. Nazirlik xatırladıb ki, adi peyvəndlər bir yaşlı körpələr və 4-6 yaşlı uşaqlar üçün aparılır. Eyni zamanda, qızılca xəstələri ilə təmasda olan, həmçinin 2 doza vaksinasiya olunmayanların da peyvənd edilməsi lazımdır.
Qeyd edək ki, Ermənistanda qızılcaya yoluxanların sayı 18 nəfərə çatıb.
Qızılca səpki, quru öskürək və qızdırma ilə müşayiət olunan yoluxucu xəstəlikdir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Gələcəkdə pensiyalar AZALACAQ
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Belə pomidorları almayın
Ailələrə uşaq sayına görə pul veriləcək?