Britaniya kəşfiyyatı: "Baxmuta üç tərəfdən hücum olunur, iki əsas körpü dağıdılıb"
"Baxmut üç tərəfdən rusiyalı hərbçilərin hücumuna məruz qalır".
Bu barədə məlumatı Britaniya kəşfiyyatının nümayəndələri Ukraynadakı müharibə ilə bağlı son hesabatda paylaşıblar.
Bildirilib ki, son 36 saat ərzində şəhərdə iki əsas körpü partladılıb. Qeyd olunub ki, körpülərdən biri Ukrayna ordusunun əsas təchizat marşrutunun üzərində yerləşir.
"Ukraynanın Baxmut şəhərindəki müdafiəsi getdikcə daha çox təzyiq altında qalır, şəhər daxilində və ətrafında intensiv döyüşlər gedir. Rusiya ordusu qüvvələri və "Vaqner" qrupları şəhərin şimal ətraflarına doğru irəliləyib. Bu bölgə isə hazırda Ukraynanın nəzarəti altında olan dayaq məntəqəsidir və üç istiqamətdən Rusiyanın hücumlarına məruz qalır", - deyə məlumatda qeyd edilib.
Britaniya kəşfiyyatı əlavə edib ki, Baxmutun müdafiəsinin gücləndirilməsi üçün Ukrayna Silahlı Qüvvələrinin elit bölmələri də cəlb edilib. Lakin son 36 saat ərzində şəhərdə iki əsas körpü partladılıb ki, onlardan biri Çasovoy Yardan gələn əsas tədarük marşrutunun üzərində yerləşirdi. Ekspertlər hesab edir ki, hazırda Ukrayna tərəfi üçün resursların çatdırılması yolları getdikcə məhdudlaşır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Gələcəkdə pensiyalar AZALACAQ
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Belə pomidorları almayın
Ailələrə uşaq sayına görə pul veriləcək?