Bu ölkədə hava limanlarının işində fasilələr olacaq - XƏBƏRDARLIQ
Fransa Mülki Aviasiya Baş Müdirliyi (DGAC) pensiya islahatına qarşı tətil səbəbiylə martın 6-dan 9-dək ölkə daxilində hava limanların işində fasilələr olacağı barədə xəbərdarlıq edib və sərnişinləri mümkünsə uçuşların vaxtını dəyişdirməyə çağırıb.
Bu barədə DGAC tərəfindən bazar günü Twitter-də məlumat dərc edilib.
"Martın 6-sı axşam saatlarından 9-u səhər saatlarına kimi paytaxtın Şarl de Qoll, Orli və Bove, eləcə də Bordo, Lil, Nant, Marsel, Montpelye, Nitsa və Tuluza hava limanlarında təyyarələrin gəlişi və gedişi məhdudlaşdırılacaq" – məlumatda bildirilir.
Departament aydınlaşdırıb ki, məhdudiyyətlərə martın 7-də başlayacaq pensiya islahatına qarşı keçirilən tətil səbəb olacaq. "Mülki Aviasiya Baş İdarəsi sərnişinləri mümkün olduğu təqdirdə uçuşların vaxtını dəyişdirməyə çağırır", - məlumatda deyilir.
Eyni zamanda yüksəksürətli və şəhərətrafı qatarların işində mümkün fasilələr barədə də xəbərdarlıq edilib./APA
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1115 Tarix: 05 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Fransada Renuar muzeyindən oğurlanmış rəsm əsərləri tapıldı
Fransanın cənubunda yerləşən Kany-sür-Mer kommunasındakı Pyer-Ogüst Renuar muzeyindən sentyabrın əvvəlində oğurlanan iki rəsm əsəri hüquq-mühafizə orqanları tərəfindən tapılıb. xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb. Söhbət rəssamın "Madam Kolonna Romano" və "Quyunu
11 oktyabrABŞ Rusiyadan dizel yanacağı tədarükünə icazə verdi
ABŞ Rusiyada istehsal olunan dizel yanacağının tədarükünə tətbiq edilən sanksiyaları 2027-ci il aprelin 7-dək müvəqqəti dayandırıb. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, ABŞ Prezidenti Donald Trampın göstəriş
11 oktyabrTramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib
ABŞ Prezidenti Donald Tramp beynəlxalq münaqişələrin nizamlanmasındakı nailiyyətlərini sadalayaraq, Nobel sülh mükafatını almadığına görə yenidən narazılığını bildirib. "Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb. Trampın sözlərinə görə, o
10 oktyabr