"Təxribatlar dayandırılmasa Ermənistan üçün bunun nəticələri çox ağır olacaq" - DEPUTAT
Xəbər verdiyimiz kimi martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi baradə operativ məlumatlar daxil olub. Daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.
Qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.
Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, qanunsuz erməni silahlı birləşmələrinin təxribatları regionda vəziyyəti gərginləşdirməklə yanaşı, sülh müqaviləsinin imzalanmasına maneə məqsədi daşıyır:
"Martın 5-də qanunsuz erməni silahlı birləşmələrin törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçularımıza Allahdan rəhmət diləyirəm. 44 günlük Vətən müharibəsində biabırçı şəkildə məğlub olan Ermənistan hələ də təxribatçı və təcavüzkar siyasətindən əl çəkmək istəmir. Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli Bəyanatın kobudcasına pozulmasıdır. Azərbaycan 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyannamənin bütün bəndlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ermənistan isə iki ildən çox vaxt keçməsinə baxmayaraq, müxtəlif bəhanələrlə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Eləcə də Rusiya sülhməramlıları".
Deputat vurğulayıb ki, Rusiya sülhməramlıların gözü qarşısında Azərbaycan torpaqlarına Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin daşınması açıq-aşkar 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyannamənin pozulmasıdır:
"İki ildən çoxdur ki, Rusiya sülhməramlılarından Azərbaycan torpaqlarında gizlənən qanunsuz erməni silahlı birləşmələrinin çıxarılmasını tələb etsək də onlar üzərlərinə düşən öhtəliyi icra etmir və terrorçuların rahat fəaliyyəti üçün şərait yaradırlar.
Cənab prezident İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyinə və ermənilərin xaricdəki havadarlarına xəbərdarlıq etmişdir ki, əgər Azərbaycana qarşı nəinki silahlı təxribat, hətta təxribat xarakterli bəyanatlar versələr belə, nəticəsi çox ağır olacaq. Ermənistan təxribatlarına davam edərsə Azərbaycan Qarbağda yenidən antiterror əməliyyatlarına başlaya bilər. Ermənistan hökuməti cəbhədə vəziyyəti gərginləşdirməklə ciddi səhvə yol verir. Təxribatlar dayandırılmasa Ermənistan üçün bunun nəticələri çox ağır olacaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Gələcəkdə pensiyalar AZALACAQ
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Belə pomidorları almayın
Ailələrə uşaq sayına görə pul veriləcək?