Hakim rektorun məcburi məhkəməyə gətirilməsini istədi: "Dindirilməlidir"
Bakı Slavyan Universitetinin (BSU) sabiq rektoru, barəsində məcburi gətirilmə qərarı çıxarılmış Nurlana Əliyeva növbəti dəfə məhkəməyə gəlməyib.
APA xəbər verir ki, bu barədə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib.
Prosesə sədrlik edən hakim Əli Məmmədov deyib ki, Nurlana Əliyevanın məhkəmədən yayınması ilə bağlı məsələ yenidən araşdırılıb. Məlum olub ki, Nurlana Əliyeva 2022-ci ilin noyabrın 18-də ölkədən çıxıb, 12 gün sonra - noyabrın 30-da yenidən ölkəyə giriş edib:
"Dəfələrlə təklif etsək də, polisə müraciət ünvanlasaq da, şəxsin məhkəməyə gətirilməsi mümkün olmayıb. Əvvəlki prosesdə məlumat daxil oldu ki, səhhətində problemlər olduğu üçün Türkiyəyə gedib. Bir qədər sonra isə mediada məlumat yayıldı ki, Nurlana Əliyeva ölkədədir. Hətta açıqlama verərək məhkəmənin ona çağırış göndərmədiyini deyib".
İş üzrə dövlət ittihamçısı Nurlana Əliyevanın əvvəlki ifadəsinin elan olunmasını təklif edib.
Təqsirləndirilən şəxs isə dövlət ittihamçısının fikri ilə razılaşmayıb: "Burada mənim taleyim həll olunur, Nurlana Əliyeva bu qədər adamı sayıb məhkəməyə gəlmir", - Dürdanə Əliyeva deyib.
Vəkil Rövşən Mərəndski də Dürdanə Əliyevanın mövqeyini müdafiə edib.
Müşavirədən sonra Nurlana Əliyeva barəsində məcburi gətirilmə qərarının qüvvədə saxlanıldığı elan olunub:
"Universitetin şöbə müdiri ittiham olunursa, təhsil ocağının rektoru məhkəmədə dindirilməlidir", - deyə hakim Əli Məmmədov qərarı əsaslandırarkən deyib.
Növbəti proses martın 13-nə təyin olunub.
Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.
Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.2 (külli miqdarda mənimsəmə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
Dürdanə Əliyeva məhkəmədəki ifadələrində ittihamda qeyd olunan əməlləri sabiq rektor Nurlana Əliyevanın iştirakı ilə etdiyini deyib.
Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1297 Tarix: 06 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək
Türkiyə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində gənclərin, xüsusilə texnologiya, iqtisadiyyat və idman sahələrində əməkdaşlığının inkişafına xüsusi əhəmiyyət verir. "Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, partiyanın tür
11 oktyabrAzərbaycanda yenidoğulan körpələrin sayı azalır - Səbəb nədir? - VİDEO
2015-ci ildə ölkədə 166 min 210, 2025-ci ildə isə cəmi 95 min 875 körpə doğulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 10 il ərzində doğulan uşaqların sayında 70 min 335 nəfər azalma var. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, mövzu ilə bağlı danışan mama-ginekoloq Mahirə İsmayılova deyi
11 oktyabrSami Yusifin "Qarabağımsan" layihəsi təqdim edildi - Video
Məşhur müğənni və bəstəkar Sami Yusif 5 illik fasilədən sonra Qarabağa həsr olunmuş yeni layihəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə "X" hesabında paylaşım edib. "5 ildən sonra "Qarabağımsan" (Bülbül diyarı) nəhayət ki, işıq üzü gördü. B
10 oktyabrVahid məktəbli forması: Məktəbdə nizam-intizamın əsas şərtlərindən biri
Məktəbdə şagirdin geyimi onun təhsil mühitindəki gündəlik davranışının və məktəb qaydalarına münasibətinin bir hissəsidir. Vahid məktəbli formasının tətbiqi uşaqlar arasında sosial fərqlərin geyim vasitəsilə qabardılmasının qarşısını almaqla yanaşı, məktəbdə ümumi qayda və məsuliyyət anlayışının formalaşmasın
11 oktyabrSabah isti olacaq
Azərbaycanda oktyabrın 11-də 25 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi il
10 oktyabr65 yaş gözləmədən pensiyaya çıxmaq mümkün olacaq? - AÇIQLAMA
"Hazırda qanunvericilikdə tək yaşayan, ailəsi və himayəsində olan şəxsi olmayan qadınlar üçün ayrıca 60 yaş pensiya həddi müəyyən edilməyib. Belə bir güzəştin qanunvericilikdə nəzərdə tutulması hüquqi baxımdan mümkündür. Azərbaycanda 1 iyul 2026-cı ildən etibarən qadınlar üçün ümumi yaşa görə əmə
11 oktyabrSabahın havası: Yağış, şimşək, duman...
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətində
11 oktyabr