Alimdən HƏYƏCAN TƏBİLİ: "Xəzərdə suyun səviyyəsi 2050-ci ilə qədər düşəcək" - VİDEO

Alimdən HƏYƏCAN TƏBİLİ: "Xəzərdə suyun səviyyəsi 2050-ci ilə qədər düşəcək" - VİDEOXəzərin suyu ciddi səviyyədə geri çəkilib. Bu barədə videogörüntülər sosial şəbəkədə paylaşılıb.

Oxu.Az xəbər verir ki, Xəzərdə suyun səviyyəsinin enməsi insanların ciddi narahatlığına səbəb olub. Balıqlar ləpədöyəndə qaynaşır, şoran torpaqlar getdikcə üzə çıxır.

Bəs Xəzərdə suyun səviyyəsinin bu qədər enməsi nə ilə bağlıdır? Bu, gələcəkdə hansı fəsadlara səbəb ola bilər?

Məsələ ilə bağlı Oxu.Az-ın suallarını Coğrafiya İnstitutunun "Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası" şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev cavablandırıb.

O bildirib ki, Xəzər dənizi canlı orqanizmdir və su balansının dəyişməsi, dənizdən gedən və dənizin üzərinə gələn yağıntıların balansı ilə əlaqəlidir:
Alimdən HƏYƏCAN TƏBİLİ: "Xəzərdə suyun səviyyəsi 2050-ci ilə qədər düşəcək" - VİDEO"Dənizdən gedən su deyəndə buxarlanma nəzərdə tutulur. Buxarlanan su ilə gələn su səviyyəsi arasında fərq var. Gələn su çoxdursa, dənizin səviyyəsi qalxır, buxarlanma çoxdursa, səviyyə düşür. Hazırda Xəzərdə suyun səviyyəsinin enmə dövrüdür. Dörd min ildə Xəzərin sahilində arxeoloji, coğrafi və mümkün digər bütün tarixi faktlar göstərir ki, burada dövrilik var. Belə ki, 250 ilə qədər səviyyə qalxır, 250 ildən sonra isə düşməyə başlayır. Sonuncu dəfə ən yüksək dövr 1805-1806-cı illərdə müşahidə edilib. Xəzərdə suyun səviyyəsinin enməsi 2050-ci ilə qədər davam edəcək. Sadəcə, qeyd edim ki, son dövrlərdə bu proses bir qədər sürətlənib. Suyun səviyyəsinin enməsi 1995-ci ildən başlayıb və il ərzində 18-20 sm düşür. 1995-ci illə müqayisədə bu gün Xəzərdə suyun səviyyəsi iki metrə qədər düşüb. Bu proses nəticəsində sahildə gördüyünüz neqativ hadisələr baş verir.

1977-ci ildən 1995-ci ilə qədər Xəzər dənizinin suyu 2,5 metrə qədər qalxmışdı. O dövrdə Azərbaycan ərazisindəki torpaqların 50 min hektarı suyun altında qalmışdı. Bu zaman kənd təsərrüfatı torpaqları və bununla bağlı ümumilikdə təsərrüfata dəyən ziyan iki milyard ABŞ dolları dəyərində idi. Suyun səviyyəsinin düşməsi nəticəsində təxminən 35 min ha torpaq suyun altından çıxıb. Lakin bu torpaqlar şoran olduğu üçün əkinə yararlı deyil".

Professor qeyd edib ki, Xəzər dənizində suyun səviyyəsinin belə düşməsi Azərbaycan ərazisindəki balıqçılığa, xüsusilə də gəmilərə, neft-qazçıxarma işlərinə ciddi ziyan vuracaq:

"Balıqların yaşama arealları ciddi formada pozulacaq. Eləcə də gəmilərin platformalara yaxınlaşması və fəaliyyətində çox çətinliklər yaranacaq.

Bundan başqa, Kür çayında da suyun səviyyəsi xeyli azalıb. Ümumiyyətlə, çaylarda suyun səviyyəsinin azalmasının əsas səbəbi Xəzər hövzəsində yağıntıların azalmasıdır. Xəzərin hövzəsi təxminən 3,5 milyon kvadratkilometrdir. Bu, Xəzərin öz sahəsindən təxminən 10-12 dəfə böyükdür. Bu ərazidə qlobal iqlim dəyişməsi ilə əlaqədar düşən yağıntıların sayı azalır və onlar da çay sularını azaldır. Yağıntılar da ümumiyyətlə qlobal proseslərlə əlaqədar deyil. Əgər həmin hövzə üzərində siklonların sayı çoxalırsa, onda yağıntı çox, antisiklon olursa, az olur. Bu səbəbdən Xəzərin səviyyəsi daim dəyişir.

Tarixə baxsaq, Xəzərin səviyyəsi 15 min il bundan əvvəl 80 metrə qədər qalxıb, ətraf ərazi su altında qalıb. 5-6-cı əsrlərdə Dərbənd qalasının tikilməsi vaxtı Xəzərin səviyyəsi aşağı olub. Bundan başqa, 12-ci əsrdə bizim Səbail qalası suyun altından çıxmışdı.

Xəzərin səviyyəsi 1780-90-cı illərdə o qədər qalxmışdı ki, Qız qalasının divarlarına qədər su vardı. Bu barədə Bakıxanov da öz xatirələrində yazmışdı. Həmişə bax belə proseslər gedib. Amma son illərdəki enmələr çox sürətli gedir. Xəzərin quruluşu elədir ki, suyun səviyyəsi nə çox qalxa, nə də çox enə bilər. Son 200 ildə dəyişmə amplitudası təxminən 3,5 metr arasında dəyişir. Bəzi fikirlər var ki, düşmə səviyyəsi 18 metrə, 9 metrə çatacaq. Xəzərin real vəziyyətini nəzərə alsaq, deyə bilərik ki, nə qədər çox su gəlsə, Xəzərin relyefi Şərqə doğru meyilli olduğundan, axıntı o tərəfə gedir. Orada da buxarlanma yüksək olduğu üçün tənzimlənir. Amma bu zaman da Xəzərin buxarlanma sahəsi azalır. Çünki Xəzərin şimal hissəsi çox dayazdır, dərinliyi 4-5 metrdir. Bir-birini kompensasiya etməsi vacibdir.

2050-ci ildə bu gün ilə müqayisədə suyun səviyyəsi təxminən 2,5 metrə qədər enə bilər. 1977-ci ildə isə Xəzərin səviyyəsi bugünkündən 70 sm aşağı olub və bu, son 400 ildə ən aşağı göstəricidir. Təxminən dörd-beş il ərzində suyun səviyyəsi həmin vəziyyətə gəlib çıxacaq. Hətta daha bir-iki metr də enə bilər. Ondan sonra yenə suyun səviyyəsində artma dövrü başlayacaq".

"Qeyd edim ki, 2020-23-cü illər ərzində Xəzər dənizində suyun səviyyəsinin orta göstəricisi 20 sm aşağıdır. Bu, dünya okeanının səviyyəsindən 28,4 metr aşağı deməkdir. Amma 1977-ci ildə bu rəqəm 29 metr olub. Bu gün Xəzərin səviyyəsi 60 sm düşərək, gəlib həmin səviyyəyə çata bilər", - deyə Əmir Əliyev sonda qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1459   Tarix: 06 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Xəstənin öldürmək istədiyi həkim 18 ildir Onkologiyada işləyir - Foto

Xəbər verdiyimiz kimi, Milli Onkologiya Mərkəzində baş vermiş partlayış nəticəsində həkim-radioloq Asif Nəsirli ağır xəsarət alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə ilə bağlı aparılan araşdırmalar zamanı dəhşətli faktlar üzə çıxıb. Belə ki, hadisə zamanı həyatını itirən xəstə 1988-c

30 aprel
.

Aprelin son günündə hava necə olacaq?

Azərbaycanda aprelin 30-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanı

29 aprel
.

ADNA-da törədilən terror aktından 17 il ötür

Terror hadisəsindən 17 il ötür. Kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda baş verib. Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdl

30 aprel
.

"Finoko" BOKT cərimə olundu - Sorğuya cavab verilməyib

"Finoko" Bank Olmayan Kredit Təşkilatı (BOKT) Açıq Səhimdar Cəmiyyəti (ASC) barəsində yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) inzibati xəta protokolu tərtib olunub. Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsini

30 aprel
.

Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə prokuror ittiham olunan mərkəzin sabiq direktoru Mehriban Abasquliyevanın 8, Elnur Əhmədli və Hamlet Mustafayevin isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onların zalda həbs edilmələrini təklif edib. "Report"

29 aprel
.

"Andrey Babişin ölkəmizə səfəri Azərbaycan-Çexiya arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir"- DEPUTAT

"Prezident İlham Əliyevin 2026-cı il aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat ölkəmizin daim artan diplomatik gücünün göstəricisidir". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, bu gün bir dövlətlərl

30 aprel
.

Bu ərazilərə qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə qısamüddətli intensiv xarakterli yağıntılar müşahidə olunur. Dağlıq ərazilərə - Şahdağa, Quba (Xınalıq

29 aprel
.

İldə yalnız bir dəfə çıxır, min bir dərdə şəfa olduğu deyilir - VİDEO

Türkiyənin Elazığ bölgəsində xalq arasında "Şərqin bananı" adlandırılan və bir çox xəstəliyə faydalı olduğuna inanılan ışkın (yabanı ravənd) bu mövsüm yenidən satışa çıxarılıb. türk mediasına istinadən xəbər verir ki, dağlıq ərazilərdə çətin şəraitdə yığılan bu bitki mövsümün əvvəlində kiloqram

29 aprel
.

Bakıda qeyri-adi yol qəzası - Video

Bakıda qeyri-adi yol qəzası baş verib. -a istinadən xəbər verir ki, Xətai rayonu Əhmədli qəsəbəsi ərazisində minik avtomobili yoxuşlu ərazidəki hasardan digər yola düşüb. Qəzanın hansı şəraitdə və nə səbəbdən baş verməsi barədə məlumat verilməyib

30 aprel