Milli Məclis DSMF-nin sərbəst vəsaitinin investisiyaya yönəldilməsi qaydasını təsdiqləyib

Milli Məclis DSMF-nin sərbəst vəsaitinin investisiyaya yönəldilməsi qaydasını təsdiqləyibDövlət Sosial Müdafiə Fondunun (DSMF) DSMF-nin sərbəst vəsaitləri və investisiya gəlirlərinin Mərkəzi Bankda saxlanması barədə layihə Milli Məclisdə ilk oxunuşda qəbul olunub.

Sonxeber.az xəbər verir ki, layihə ilə Azərbaycanda DSMF-nin sərbəst vəsaitinin investisiyaya yönəldilməsi qaydası müəyyən edilib. Bu, "Sosial sığorta haqqında" Qanununa dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qanunda yeni anlayışlar kimi sərbəst vəsait və investisiya gəliri terminlərinin əlavə edilməsi təklif edilir. Həmin anlayışlar DSMF-nin investisiyaya yönəldilə bilən vəsaitini və bu vəsaitin investisiyaya yönəldilməsi nəticəsində əldə edilən gəlirlərin formalaşması qaydasını müəyyən etməyə imkan verir.

Layihəyə əsasən, DSMF-nin büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müsbət qalıq müəyyən edildikdə həmin vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən investisiyaya yönəldilə bilər.

Digər tərəfdən Qanunun 1-ci maddəsi sosial sığorta anlayışı adlansa da, Qanunda ayrıca anlayışlar maddəsinin olmaması, habelə digər maddələrdə də anlayış müəyyən edən normaların nəzərdə tutulması həmin müddəaların əlavə edilməsi təklif edilən yeni anlayışlarla vahid maddədə birləşdirilərək Qanunun 1-ci maddəsinin yeni redaksiyada verilməsini şərtləndirib. Bununla bağlı olaraq digər maddələrdə olan anlayış nəzərdə tutan normaların ləğv edilməsi təklif edilib.

Eyni zamanda layihədə sərbəst vəsaitin investisiyaya yönəldilməsi ilə bağlı fəaliyyətin Qanundan irəli gələn müvafiq qaydada detallaşdırılması təklif edilir.

Bununla belə layihədə investisiyaya yönəldilən sərbəst vəsaitin, investisiya gəlirlərinin və onun istifadə olunmamış qalığının istənilən bankda deyil, məhz Azərbaycan Mərkəzi Bankında açılmış hesaba toplanacağı və uçotunun ayrıca aparılacağı xüsusi olaraq vurğulanır. Habelə həmin vəsaitlərin növbəti büdcə ilinə keçirilmə forması açıqlanır.

Bu isə Fonda ayrılan maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etməklə yanaşı, sərbəst vəsaitlərin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunub saxlanılması və əlavə gəlir mənbəyinin formalaşdırılması vasitəsilə pensiya təminatı sisteminin dayanıqlılığının artırılması, eləcə də, sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına imkan verəcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 988   Tarix: 07 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vahid məktəbli forması: Məktəbdə nizam-intizamın əsas şərtlərindən biri

Məktəbdə şagirdin geyimi onun təhsil mühitindəki gündəlik davranışının və məktəb qaydalarına münasibətinin bir hissəsidir. Vahid məktəbli formasının tətbiqi uşaqlar arasında sosial fərqlərin geyim vasitəsilə qabardılmasının qarşısını almaqla yanaşı, məktəbdə ümumi qayda və məsuliyyət anlayışının formalaşmasın

11 oktyabr
.

Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI

2026-2027-ci tədris ilindən etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq. Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvand

11 oktyabr
.

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

Avropanın mərkəzində, Türkiyədəki telefon qiymətinə mənzil sahibi olmaq artıq reallığa çevrilib. "Yeni Sabah" "Sözçü" nəşrinə istinadən xəbər verir ki, Macarıstanın şimalında, Slovakiya sərhədinə yaxın yerləşən tarixi Salqotaryan şəhərində əhalinin azalması ilə daşınmaz əmlak bazar

10 oktyabr
.

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək

Türkiyə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində gənclərin, xüsusilə texnologiya, iqtisadiyyat və idman sahələrində əməkdaşlığının inkişafına xüsusi əhəmiyyət verir. "Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, partiyanın tür

11 oktyabr
.

Zəngilanda qida məhsullarının istehsal dəyəri ötən il 4 dəfəyə yaxın artıb

2025-ci ildə Zəngilan rayonunda 330 min manat dəyərində qida məhsulları istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 3,6 dəfə çoxdur. Hesabat dövründə Laçında 5 milyon 20,8 min manat (87,4 % çox) dəyərind

11 oktyabr
.

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI

Həm şagirdlər, həm də müəllimlər məktəblərdə müəyyən normalara əməl etməlidirlər. O normalar əsasında məktəbin fəaliyyəti tənzimlənməlidir. Bu sözləri millət vəkili Ceyhun Məmmədov bildirib. "Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır. O mənada verilən qərarın əsas məqsədi məktəbdə səliqəli geyimi

10 oktyabr
.

Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır

Türk dünyası gənclərinin əməkdaşlığının genişləndirilməsi, təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi türk dövlətləri arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. "Report"un yerli bürosunun məlumatına görə, bunu Azərbaycanın Türkiyədək

11 oktyabr
.

Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama

"Sosial şəbəkədə bir neçə şəxs pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlığını ifadə edib". xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sosial şəbəkə hesabında bildirib. Onun sözlərin

10 oktyabr
.

Sabah isti olacaq

Azərbaycanda oktyabrın 11-də 25 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi il

10 oktyabr