Azərbaycan filmi Fransada üç mükafat qazanıb - FOTO
Azərbaycan filmi Fransada üç mükafat qazanıb.
"Report" xəbər verir ki, Fransanın Vesoul şəhərində 29-cu Asiya Filmləri Beynəlxalq Festivalının ("Festival International des Cinémas d'Asie") mükafatlandırma mərasimi keçirilib.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın "Arizona Films" şirkətlərinin birgə istehsalı olan "Mərmər soyuğu" tammetrajlı bədii filmi festivalın üç (Beynəlxalq Jürinin Böyük Mükafatı, NETPAC Jürisinin mükafatı və Mark Haaz jüri mükafatı) mükafatına layiq görülüb.
Rejissorluğunu Asif Rüstəmovun etdiyi filmdə uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs olunur. Belə ki, həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır.
Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və niderlandlı həmkarı Roelof Jan Minnebu, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Gilyom de Seyl, kreativ prodüser isə İradə Bağırzadədir. Baş rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər.
Qeyd edək ki, filmin festival marşrutu mart ayı ərzində davam edəcək. "Mərmər soyuğu" 16-31 mart tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçiriləcək 27-ci Sofiya Beynəlxalq Film Festivalının beynəlxalq müsabiqə proqramında yarışacaq.
"Mərmər soyuğu" filmi dünya premyerasını 2022-ci ilin noyabr ayında PÖFF Tallin Qara Gecələr Film Festivalında edib. Festivalın əsas müsabiqə proqramında "Ən yaxşı aktyor" (Qurban İsmayılov) mükafatına layiq görülüb. 2022-ci ildə "Mərmər soyuğu" Hindistanın Qoa şəhərində keçirilən 53-cü Hindistan Beynəlxalq Film Festivalının əsas proqramında və 16-cı Avrasiya Beynəlxalq Film Festivalında da iştirak edib. Sonuncu festivalda film "Ən yaxşı rejissor" (Asif Rüstəmov) mükafatına layiq görülüb.





Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar
Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter
26 avqustİlham Mirzəyevin vəziyyəti ağırdır
Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten
7 sentyabrBöyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)
Qədim Misir sivilizasiyasının tarixi bu gün də bəşəriyyətin ən böyük sirlərindən biri olaraq qalır. Bu mövzu yüzlərlə alimi və milyonlarla turisti cəlb edir. Ötən ilin payızından etibarən səyyahların Qədim Misir tarixi ilə daha yaxından tanış olmaq imkanı genişlənib. Belə ki, Qizada nəhayət möhtəşə
16 sentyabrTofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayımlayıb. "Qafqazinfo" xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov 23 avqustda, ömrünün 96-cı ilind
24 avqust"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkir
Rejissor Kristofer Nolanın Homerin məşhur "Odisseya" dastanı əsasında çəkdiyi "The Odyssey" filmi nümayişə başladıqdan sonra böyük maraqla qarşılanıb. Film bir çox ölkədə rekord göstəricilər əldə edərkən, bəzi yerlərdə biletlərin qara bazarda satıldığı bildirilir. Qaynarinfo xəbə
23 iyulİki teatr nazirliyin tabeliyinə keçdi
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya
9 sentyabr"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto
Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə
1 oktyabrAlim Qasımov istirahətə niyə getmir? - "Harada bir yer tapsam..."
Avqust ayı olsa da, Xalq artisti Alim Qasımov istirahətə getməyib. Xanəndə Qaynarinfo-ya açıqlamasında hələ Bakıda olduğunu bildirib:. "Hələ istirahətə getməmişəm, Bakıdayam. Nə istirahət? Harada bir yer tapsam, orada daldalanıram. Mənim üçün istirahət elə budur"
5 avqustMərhum Xalq artistinin abidəsi adi olmayacaq
Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır. xəbər verir ki, bu barədə -a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:
25 avqust