"3-4 dəfə doğurlar, sonra kişilərin arxasınca düşürlər ki, aliment ver..."
"Başımız o qədər işə qarışırdı ki, heç düşünmürdük ki, illər əvvəl çəkildiyimiz filmlərimiz illər sonra bu qədər seviləcək, klassikaya çevriləcək. Bir ana televiziyamız var idi, orada çəkilirdik. Hamı istəyirdi ki, orada çəkilsin. "Evləri köndələn yar" televiziya tamaşasını çəkəndə həyatda yaşayan çox mükəmməl aktyorlarımız var idi. Bu gün məni görənlər deyir ki, "Kübra xanım, siz gözəl sənətkarlarımızdan bizə yadigar qalmısınız". O vaxt Əliağa Ağayev də bizim üçün elə əlçatmaz idi. "Evləri köndələn yar" televiziya tamaşasında Siyavuşla olan səhnəmizdə o deyir ki, "Ədə, uçastkovunun payından". Məni tanıyanlar bilir ki, öz bazarlığımı özüm edirəm. Bir şey alarkən, deyirəm ki, "burada uçastkovunun payından olacaq?" (gülür). Bir daha tamaşaçıların yadına düşür, üzlərində təbəssüm olur, gözləri gülür. Nə oynamışıqsa, nə yadigar qoymuşuqsa hamısını tamaşaçılarımız üçün etmişik".
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Kübra Əliyeva deyib.
"Hər şeyi yerli-yerində istifadə etmək lazımdır. Bir söz ki, əgər tamaşaya, filmə şitlik qatacaq, onu gülüş xatirinə demək düzgün deyil. "Şirbalanın məhəbbəti" filmi başdan-ayağa komediyadır. Orada bir bayağılıq, şitlik görə bilməzsiniz. Bu filmin ssenarisi də həyatdan götürülmüşdü. Elə bilirsiniz ki, həyatda Şirbala, Ümbülnisə kimi qadınlar və kişilər yoxdur? Vallah var. 3-4 dəfə doğurlar, sonra kişilərin arxasınca düşürlər ki, aliment ver. Şirbala kimi gəzəyən, ailəsini atan kişilər azdır bəyəm?! Filmdə çəkilən 5 uşağımdan biri aktyor Firuz Xudaverdiyevin oğlu idi. O da 1-ci Qarabağ müharibəsində şəhid oldu. Bu filmdən sonra trolleybusa minə bilmirdim. Bir gecəyə məşhurlaşmışdım. Hər bir aktyorun imza atdığı rol var, məndə də Ümbülnisə roludur. Biz pul, ev, var-dövlət düşünməmişik, sənət düşünmüşük. Biz pulsuz sənətkarlarıq. Pul arxasınca düşüb teatra gəlməmişik", - deyə sənətkar bildirib.
Sənətkar valideynlərinin onun sənətinə qarşı olduğunu da bildirib.
"Gəncə teatrının yardımçı heyətində paltar ütüləyən işləyirdim. Evdən teatrda işlədiyimi eşidirlər. Elə bilirdilər ki, texniki işçiyəm. Teatrda bir gün məni erməni aktrisasına dublyor verdilər. Çox böyük sənətkarlarla tərəf müqabili idim. Anama dedim ki, gəl sən də bax, daxili baxışdır. Rolu necə ifa etdimsə, anam əlini dizinə vurub dedi ki, "Ağa, evin yıxılsın". Öz-özümə dedim ki, Kübra, Allah sənin köməyin olsun. Anam evə gələnə qədər öz-özünə fikirləşirdi ki, "Ağaya mən nə deyəcəyəm?". Ağa da atam idi. Bütün bu çətinliklərə baxmayaraq, anam məni Bakıya, teatrda işləməyə yolladı. Bu gün aktrisalar üçün bu cür maneələr yoxdur. Hamı aktrisa olmaq istəyir, hamı məşhurlaşmaq, çəkilmək istəyir. Valideynlər də razılıq verirlər", - deyə sənətkar əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Xalq artisti Alim Qasımovun müğənni Üzeyir Mehdizadə ilə "Bu dünyanın nəyindən narahatsan" mahnısına duet oxuması son günlərin müzakirə olunan mövzularından birinə çevrilib. Duetin ərsəyə gəlməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar yayılıb. Hətta Alim Qasımovun bu layihəyə görə bi
23 sentyabrCim Kerri üçüncü dəfə gizli evləndi
Məşhur aktyor Cim Kerri üçüncü dəfə gizli evlənib. Axşam.az xəbər verir ki, 64 yaşlı aktyor 32 yaşlı asiyalı rəssam Min Ha ilə gizli şəkildə nikah bağlayıb. Toy Los-Ancelesdə yaxın dostlar və ailə üzvlərinin iştirakı ilə qapalı şəkildə keçirilib. Qeyd edək ki, Cim Kerri ilk dəfə 1987-ci ildə Meliss
1 oktyabrAtilla Taşdan ürəkdağlayan fəryad - (Video)
Türkiyəli müğənni Atilla Taşın 34 yaşlı qızı Sezen Taş son mənzilə yola salınıb. xəbər verir ki, Mersinin Erdemli rayonunda istirahət kompleksinin 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirən Sezen Taş Mezitli qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları göz yaşlarına hakim ol
10 oktyabrSerenay Sarıkaya Paris Moda Həftəsində dünya ulduzları ilə eyni podiumda
Türkiyəli aktrisa Serenay Sarıkaya Paris Moda Həftəsində dünya şöhrətli ulduzlarla eyni podiumu bölüşüb. xarici mediaya istinadla xəbər verir ki, Eyfel qülləsinin qarşısında keçirilən möhtəşəm dəfilədə iştirak edən Sarıkayanın çıxışı sosial mediada böyük diqqət çəkib. 34 yaşlı aktrisa brend səfiri olduğ
29 sentyabrRəqsanə İsmayılovaya ağır itki
Müğənni Rəqsanə İsmayılovaya ağır itki üz verib. Axşam.az xəbər verir ki, onun atası İsmayıl İsmayılov dünyasını dəyişib. Bu barədə şair Nazilə Səfərli sosial şəbəkədə paylaşım edib:. "Əziz dostum Rəqsanə İsmayılovaya atasının vəfatı ilə bağlı baş sağlığı verirəm. Allah rəhmət eləsin. Allah günahların
24 sentyabrSamir Bağırov bu səbəbdən depressiyaya düşüb
Məşhur müğənni Samir Bağırov bir zamanlar depressiyaya düşməsinin səbəbini açıqlayıb. xəbər verir ki, o bu barədə aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olarkən danışıb. Sənətçi qeyd edib ki, onun depressiyaya düşməsinə səbəb haqqında yayılan "efir qadağası" xəbərlər
29 sentyabr"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO
Müğənni Xatun Əliyeva canlı yayım zamanı həmkarı Namiq Qaraçuxurlu ilə münasibətləri barədə danışıb. xəbər verir ki, sənətçi meyxana ustadı ilə uzun müddətdir əlaqə saxlamadığını və danışmadığını bildirib. Xatun buna səbəb kimi Aygün Kazımova ilə bağlı məsələni göstərib. "Aygün Kazımovaya görə danışmıram
3 oktyabrElzanın gəlinlərə arzusu: "İki il qayınananızla qalın"
"Hər valideynə nəvələri ilə 2-3 il, gəlinlərə də heç olmasa, qayınanası ilə 2 il qalmağı arzu edirəm. Bunların hamısı bir məktəbdir". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətçi hazırda gəlinindən ayrı yaşasa da, münasibətlərini
3 oktyabr