İmran Xan yenidən həbs oluna bilər
Pakistanın Bəlucistan əyalətinin Kvetta rayon məhkəməsi ölkənin keçmiş baş naziri və müxalif Ədalət Naminə Hərəkat Partiyasının sədri İmran Xana qarşı zaminə buraxılmadan həbs qərarı verib.
Məlumata görə, məhkəmə "Xanın tutularaq məhkəməyə təqdim edilməsi"ni hökm edib.
Martın 6-da Kvetta polisi İslam Respublikasının keçmiş baş naziri barəsində dövlət qurumlarına qarşı "nifrətin qızışdırılmasına" görə iş açıb. Belə ki, martın 5-də İslamabad hüquq-mühafizə orqanlarının əməkdaşları Pəncab əyalətindən olan həmkarları ilə birlikdə keçmiş baş nazirin Lahor şəhərindəki (Pəncab əyaləti) iqamətgahına "onu daim məhkəmə iclaslarında iştirak etmədiyinə görə nəzarətə götürmək" üçün gəliblər. Partiya sədri isə həmin anda binada olmayıb.
Həmin gün Xan şəxsən öz iqamətgahı qarşısında toplaşan partiya tərəfdarlarına müraciət edib və mövcud hökumətin işini tənqid edib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1071 Tarix: 10 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp administrasiyasından Beynəlxalq Cinayət Məhkəməsinə yeni sanksiyalar
ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq edib. "Reuters"ə istinadən xəbər verir ki, bu qərar Vaşinqtonla Avropadakı müttəfiqləri arasında diplomatik gərginliyi artırıb. Materialda qeyd olunur ki, qərar məhkəmənin keçmiş hakimlərində
11 oktyabrLondon polisi Meqan və Harrinin təhlükəsizliyindən narahatdır
Böyük Britaniyada şahzadə Harri və həyat yoldaşı Meqan Marklın təhlükəsizliyi ilə bağlı narahatlıq yaranıb. Axşam.az xəbər verir ki, bu barədə "RadarOnline" nəşri məlumat yayıb. London polisi hesab edir ki, cütlüyün istifadə etdiyi özəl mühafizə xidməti onların təhlükəsizliyini tam təmin etmə
10 oktyabrTramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib
ABŞ Prezidenti Donald Tramp beynəlxalq münaqişələrin nizamlanmasındakı nailiyyətlərini sadalayaraq, Nobel sülh mükafatını almadığına görə yenidən narazılığını bildirib. "Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb. Trampın sözlərinə görə, o
10 oktyabr"Flydubai" pilotu İsraildə terror aktı planlaşdırdığını etiraf edib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş prokuroru Oman vətəndaşı olan ikinci pilotun İsrailin Ben-Qurion hava limanında terror aktı törətməyi planlaşdırdığını bildirib. WAM-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin baş prokuroru Həməd Seyf əş-Şəmsi məlumat verib. BƏƏ-nin dövlət informasiya agentliy
11 oktyabr