Lukaşenko edam fərmanı imzaladı
Belarus prezidenti Aleksandr Lukaşenko dövlətə xəyanət edən dövlət qulluqçularının edam və müxtəlif cəza növləri ilə bağlı müvafiq fərmanın müddətinin uzadılmasını nəzərdə tutan fərman imzalayıb.
Sonxeber.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsində qulluq edən dövlət qulluqçuları ilə bağlı yeni fərman imzalayıb. Belarusun Prezidentlik portalında dərc olunan fərmana əsasən, Belarus dövlətinə xəyanət edən məmurlara müxtəlif cəzalar, xüsusilə də ölüm cəzası tətbiq oluna bilər. "Cinayət məsuliyyəti haqqında qanuna dəyişiklik edilməsi haqqında" fərmana əsasən, ekstremist və dövlət əleyhinə mübarizə çərçivəsində qəbul edilən qərarlar Belarusda xidmət edən bütün dövlət qulluqçularına şamil ediləcək. Fərmanda dövlətə nəzarəti ələ keçirmək, casusluq etmək, informasiya sızdırmaq, müxtəlif sui-qəsdlər hazırlamaq, terror təbliğatı aparmaq, Silahlı Qüvvələri, digər birlik və hərbi birləşmələri, hərbiləşdirilmiş strukturları gözdən salmaq, dövlətin müdafiəsi tələbini yerinə yetirməyənlər sərhədlər dövlətə xəyanət maddəsi ilə mühakimə oluna bilər.
Lukaşenkonun imzaladığı fərmana əsasən, Belarus məhkəmələrinin qərarına əsasən, bu cinayətlərdə təqsirli bilinən dövlət qulluqçuları edam oluna, həbs oluna və ya cərimələnə bilərlər. Bundan başqa, şübhəli dövlət qulluqçularının həbs müddəti 10 günə qədər uzadıla bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2506 Tarix: 10 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp administrasiyasından Beynəlxalq Cinayət Məhkəməsinə yeni sanksiyalar
ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq edib. "Reuters"ə istinadən xəbər verir ki, bu qərar Vaşinqtonla Avropadakı müttəfiqləri arasında diplomatik gərginliyi artırıb. Materialda qeyd olunur ki, qərar məhkəmənin keçmiş hakimlərində
11 oktyabrLondon polisi Meqan və Harrinin təhlükəsizliyindən narahatdır
Böyük Britaniyada şahzadə Harri və həyat yoldaşı Meqan Marklın təhlükəsizliyi ilə bağlı narahatlıq yaranıb. Axşam.az xəbər verir ki, bu barədə "RadarOnline" nəşri məlumat yayıb. London polisi hesab edir ki, cütlüyün istifadə etdiyi özəl mühafizə xidməti onların təhlükəsizliyini tam təmin etmə
10 oktyabrTramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib
ABŞ Prezidenti Donald Tramp beynəlxalq münaqişələrin nizamlanmasındakı nailiyyətlərini sadalayaraq, Nobel sülh mükafatını almadığına görə yenidən narazılığını bildirib. "Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb. Trampın sözlərinə görə, o
10 oktyabr"Flydubai" pilotu İsraildə terror aktı planlaşdırdığını etiraf edib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş prokuroru Oman vətəndaşı olan ikinci pilotun İsrailin Ben-Qurion hava limanında terror aktı törətməyi planlaşdırdığını bildirib. WAM-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin baş prokuroru Həməd Seyf əş-Şəmsi məlumat verib. BƏƏ-nin dövlət informasiya agentliy
11 oktyabr