ABŞ-də 9 il ölü körpəsini bətnində gəzdirən ana öldü - FOTO

ABŞ-də 9 il ölü körpəsini bətnində gəzdirən ana öldü - FOTOABŞ-də yaşayan 50 yaşlı Konqo vətəndaşı doqquz il bədənində ölü uşağını gəzdirdiyi üçün Nyu Yorkda dünyasını dəyişib.

Hər şey illər əvvəl Tanzaniyada başlayıb. Qadın müharibədən gizlənərək Konqodan bu ölkəyə pənah aparıb və orada yaşadığı illər ərzində səkkiz uşaq dünyaya gətirib.

Afrikalı qadın doqquzuncu hamiləliyinin 28-ci həftəsində körpənin hərəkətini dayandırdığını hiss edib və kömək üçün qaçqın düşərgəsindəki həkimlərə müraciət edib. Həkimlər onu müayinə etdikdən sonra qadına yenidən qəbula gəlməyi təklif ediblər.

Təyin olunmuş gündə onlar qadını uşağı öldürməkdə ittiham edib və lənət yağdırıblar. Bundan sonra qadın evə qayıdıb və daha həkimlərə getməmək qərarına gəlib.

Ancaq doqquz il sonra Nyu-Yorka köçən afrikalı yenə də öz sözünü pozub və mədəsində həzm problemləri şikayəti ilə xəstəxanaya gəlib. Müayinə zamanı qadının orqanizmində həzm sisteminə təzyiq göstərən və həyati vacib qidaların orqanizmə daxil olmasına mane olan artıq daşlaşmış dölün olması müəyyən edilib.

Həkimlər xəstəyə əməliyyat olunmasını və ölən uşağı çıxartmağı təklif ediblər, lakin miqrant hər şeyin günahının Tanzaniyada ona söylənən lənətlərin olduğunu deyərək bundan imtina edib. Qadın həkimlərə öz vəziyyətini nəzarətdə saxlamağa və halı pisləşərsə, tibb işçilərinə müraciət edəcəyini vəd edib. Lakin həkimlərlə qadının növbəti "görüşü" artıq meyitxanada baş tutub. Yarılma zamanı normal qidalana bilməyən orqanizmin tükənməsi ölümün səbəbi kimi qeydə alınıb.
ABŞ-də 9 il ölü körpəsini bətnində gəzdirən ana öldü - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1424   Tarix: 12 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mayda hava necə keçəcək?

May ayına olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a bildirilib ki, may ayında havanın temperaturu tədricən yüksəlir. Son illərin müşahidələrinə əsasən, may ayında hava şəraiti ötən illərlə müqayisədə daha dəyişkən keçir. İsti və soyuq atmosfer cəbhələrinin növbəli şəkild

29 aprel
.

Bu ərazilərə qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə qısamüddətli intensiv xarakterli yağıntılar müşahidə olunur. Dağlıq ərazilərə - Şahdağa, Quba (Xınalıq

29 aprel
.

TikTok canlılarına hədiyyə atmaq üçün evini satdı

Türkiyədə yayımlanan "Müge Anlı ile Tatlı Sert" verilişində gündəmə gələn Kadir Cem Düdük heç vaxt tanımadığı anası Fatma Balakanı tapmaq üçün proqrama müraciət edib. türk mediasına istinadən xəbər verir ki, veriliş zamanı gənc diqqətçəkən etiraflar da edib. O bildirib ki, TikTok platformasınd

30 aprel
.

Kürdə suyun səviyyəsi artdı, Sabirabadda körpü sıradan çıxdı (FOTO)

Sabirabadın Ulacalı kəndində Kür çayında suyun səviyyəsinin artması fəsadlara səbəb olub. APA-nın məlumatına görə, son günlər yağan intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsi artmaqdadır. Nəticədə Sabirabadın Ulacalı və Qruzma kəndlərini birləşdirən panton körpü sıradan çıxıb. Kəndlə

29 aprel
.

Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq

"Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq". xəbər verir ki, bu fikirləri Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda keçirilən tədbirdə deyib. O bildirib ki, ərazi planlaşdırılması istiqamətində həyat

29 aprel
.

Onkologiya Mərkəzindəki partlayışı xəstə törədib - Rəsmi

Aprelin 30-da saat 14 radələrində Səhiyyə Nazirliyinin "Milli Onkologiya Mərkəzi"nin partlayışın baş verməsinə dair Yasamal rayon prokurorluğuna məlumat daxil olub. xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, ilkin araşdırmalarla onkoloji xəstə kimi qeydiyyatda ola

30 aprel
.

Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər

Bu gün Azərbaycan dünya miqyasında həm də idman ölkəsi kimi tanınır. Bu da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir. Mötəbər Beynəlxalq idman yarışların

30 aprel
.

İlk finalçı məlum oldu - VİDEO

ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda ilk finalçı məlum olub. xəbər verir ki, yarışmanın yarımfinal mərhələsində meyxana ustadları Kərim Kərimov və Cəlil Əliyev qarşı-qarşıya gəliblər. Hər iki tərəfin də möhtəşəm çıxış etdiyi ½ mərhələdə Cəlil Cəlilov rəqibini üstələməyi bacarıb. Adını final

29 aprel
.

Sabah saat 10:00-dan bu küçələrdə WUF13-ə görə MƏHDUDİYYƏTLƏR OLACAQ

17-22 mayda Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə nəqliyyat vasitələrinin hərəkətini

30 aprel