Avstraliyada şəhər əhalisi təxliyyə olunur
Avstraliyanın Kvinslend ştatının şimal-qərbindəki Birkentaun şəhərinin yerli hakimiyyət orqanları daşqın sularının sürətlə artması səbəbindən ölkə rəhbərliyindən sakinləri dərhal təxliyyə etməyi xahiş edib.
Şəhər Şurası şənbə günü bəyanat yayaraq sakinlərini daşqın sularının gözlənilməz olduğu və sürətlə yüksəldiyi üçün dərhal şəhəri tərk etməyə çağırıb.
"Hazırda suyun hərəkəti gözlənilməzdir və onun səviyyəsi sürətlə artır. İcma üzvlərimizin təhlükəsizliyi hər şeydən vacibdir. Ona görə də biz sakinlərə şəhəri tərk etməyi şiddətlə tövsiyə edirik, çünki sabah planlaşdırılmış təxliyyə uçuşları olmayacaq", - bəyanatda deyilir.
Səlahiyyətlilər də xəbərdarlıq edərək bildiriblər ki, kanalizasiya sistemi zədələndiyi üçün elektrik enerjisini kəsmək qərarına gəliblər.
"Davam edən daşqın səbəbindən Birkentaun sakinləri üçün təcili xəbərdarlıq edilib. Bütün qalan sakinlər şəhəri tərk etməyə çağırılır", - Kvinslend polisi bəyan edib.
Polis hazırda daşqın səbəbindən su altında qalan şəhərdən insanların evakuasiyası üçün helikopterlərdən istifadə edir.
Avstraliya Meteorologiya Bürosundan bildirilib ki, bölgədəki Albert çayının səviyyəsi yeddi metrdən çox qalxıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1374 Tarix: 12 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
Hörmüz boğazından İranın icazəsi olmadan keçməyə çalışan neft tankeri minaya düşüb və gəmidə yanğın baş verib. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. "Hörmüz boğazından qeyri-qanuni marşrutla çıxmağa cəhd edən
11 oktyabrDava zamanı qohumlarını ayıran polis öldürüldü
Türkiyənin Kahramanmaraş vilayətində qohumlar arasında baş verən davanı ayırmağa çalışan polis əməkdaşı güllələnərək öldürülüb. Hadisə Türkoğlu rayonunun Beyoğlu məhəlləsində qeydə alınıb. İddialara görə, əvvəldən aralarında ədavət olan iki qohumlar arasında mübahisə yaranıb. Mübahisə qısa müddətdə davay
11 oktyabrAlmaniya ehtiyatlardan 15 milyon barelə qədər yanacaq və neft buraxacaq
Almaniya yanacaq qıtlığını yumşaltmaq və enerji daşıyıcılarının qiymətlərinin kəskin artımının qarşısını almaq üçün fövqəladə ehtiyatlardan 15 milyon barelə qədər dizel və soba yanacağı, eləcə də xam neft buraxacaq. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyya
11 oktyabrTramp administrasiyasından Beynəlxalq Cinayət Məhkəməsinə yeni sanksiyalar
ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq edib. "Reuters"ə istinadən xəbər verir ki, bu qərar Vaşinqtonla Avropadakı müttəfiqləri arasında diplomatik gərginliyi artırıb. Materialda qeyd olunur ki, qərar məhkəmənin keçmiş hakimlərində
11 oktyabrFinlandiyada kişi valideynlərinin cəsədlərini 30 ildən çox dondurucuda saxlayıb
Finlandiyada 81 yaşlı kişi valideynlərinin cəsədlərini dondurucuda saxladığına görə istintaqa cəlb edilib. Yle-yə istinadən xəbər verir ki, kişi məzarın toxunulmazlığını pozmaqda iki epizod üzrə ittiham olunur. Polis müəyyən edib ki, kişi valideynlərinin cəsədlərini 30 ildən çox müddət ərzində donduruculard
11 oktyabr