ABŞ-da daha 10 nəfər COVID-19 yardımında dələduzluqda ittiham olunur
ABŞ-da COVID-19 pandemiyası zamanı göstərilən yardımda daha 10 nəfər dələduzluqda ittiham olunub.
Sonxeber.az xəbər verir ki, Federal prokurorlar açıqlamasında pandemiya zamanı ehtiyacı olan uşaqlara yemək xidməti göstərmək üçün hökumət yardım proqramından 250 milyon dollar oğurlamaqda ittiham olunanlara daha 10 nəfər əlavə edildiyini deyib.
Baş prokuror Endi Luqer indiyə qədər 6 nəfərin günahını etiraf etdiyini və hadisə ilə bağlı əlavə məlumatların toplandığını bildirib.
"Bizim araşdırmamız davam edir və biz gələcəkdə daha çox ittihamın irəli sürüləcəyini gözləyirik",-deyə Luger bildirib.
Şübhəlilər Pelican Rapids, Faribault, Burnsville, Minnetonka, Bloomington, Minneapolis və St. Paulda saxta yemək xidməti yardımları təşkil etdiklərini ifadə edən Luger, ümumi əhalisi 2500 nəfər olan Pelican Rapidsdə bir qadının gündə 2560 yemək verdiyini müdafiə etdi; O, qadının beləliklə təxminən 3,7 milyon dollar əldə etdiyini bildirib.
Baş prokuror Luger, 2022-ci ilin sentyabrında saxta yolla əldə edilmiş təxminən 50 milyon dollarlıq əmlakın müsadirə edildiyini, bu rəqəmin 66,6 milyon dolları keçdiyini və artmaqda davam etdiyini vurğuladı.
Minnesotada yerləşən qeyri-kommersiya təşkilatı "Gələcəyimizi qidalandırmaq" sui-qəsdi təşkil etməkdə günahlandırılır, şübhəlilər isə pulları mülklərə, avtomobillərə və dəbdəbəli mallara xərcləyiblər.
2022-ci ilin sentyabrında hadisədə 47 nəfər ittiham olunub.
Şübhəlilərin qurduqları saxta paylama şəbəkəsi ilə minlərlə uşağa yemək vermək görüntüsü yaratdıqları iddia edilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1181 Tarix: 14 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp Hörmüz boğazından daşınan neftin həcmini açıqladı
ABŞ Prezidenti Donald Tramp Fars körfəzindən Hörmüz boğazı vasitəsilə 28 milyon barel neft daşındığını bildirib. "İnterfaks"a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Kolumb Gününün qeyd olunması ərəfəsində keçirilən tədbirdə çıxışı zamanı danışıb. "Dünən 28 milyon barel daşıdıq"
11 oktyabrTürkiyədə uşaqlar üçün sosial media qadağası rəsmiləşdi
Türkiyədə noyabrın 1-dən etibarən uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər tətbiq ediləcək. xəbər verir ki, bu barədə müvafiq qərara istinadən "Resmi Gazete" məlumat yayıb. Sənədə əsasən, sosial media platformaları 15 yaşından kiçik olanlara xidmət göstərə bilməyəcək
10 oktyabrABŞ Rusiyadan dizel yanacağı tədarükünə icazə verdi
ABŞ Rusiyada istehsal olunan dizel yanacağının tədarükünə tətbiq edilən sanksiyaları 2027-ci il aprelin 7-dək müvəqqəti dayandırıb. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, ABŞ Prezidenti Donald Trampın göstəriş
11 oktyabrWSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir. Qeyd olunub ki, "Fort-İrvin"
11 oktyabrTürk ABŞ-nin BCM-yə qarşı sanksiyalarını qəbuledilməz adlandırıb
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzv dövlətlərini ABŞ-nin sanksiyaları fonunda qurumun fəaliyyətini qorumaq üçün təcili tədbirlər görməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını
11 oktyabr