Kral Çarlzın təsviri olan ilk markalar istehsal edilib
2022-ci ilin sentyabrında taxta çıxan Kral III Çarlzın təsviri olan ilk markalar İngiltərədə istehsal edilib.
Sonxeber.az BBC-ə istinadən xəbər verir ki, Kral Çarlzın silueti bağ çiçəklərinin şəkillərindən ibarət xüsusi marka seriyasında yer alacaq.
Kral Çarlzın şəkli Kraliça Yelizavetanın ölümündən sonra keçən aya qədər kraliçanın şəkli və siluetlərindən istifadə edilən ölkədə ilk dəfə bir sıra markalarda görünəcək.
Böyük Britaniya Poçt İdarəsinin (Royal Mail) Xarici Əlaqələr və Siyasət Direktoru Devid Qold bildirib ki, bağ çiçəklərinin şəkilləri olan marka seriyasında Kral Çarlzın siluetinin olması da kralın bağçılıq və çiçəklərə olan marağını əks etdirir.
Kral Çarlzın silueti olan poçt markaları gələn həftə nümayiş etdiriləcək, lakin köhnə markalar tükənənə qədər istifadə edilməyəcək. Ehtimal olunur ki, kralın şəkli olan markalar gələn aydan sonra poçtda peyda olacaq.
Kraliça Elizabetin təsviri olan ilk markalar onun 1952-ci ildə taxta çıxmasından 16 il sonra istifadəyə verilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1375 Tarix: 14 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp Hörmüz boğazından daşınan neftin həcmini açıqladı
ABŞ Prezidenti Donald Tramp Fars körfəzindən Hörmüz boğazı vasitəsilə 28 milyon barel neft daşındığını bildirib. "İnterfaks"a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Kolumb Gününün qeyd olunması ərəfəsində keçirilən tədbirdə çıxışı zamanı danışıb. "Dünən 28 milyon barel daşıdıq"
11 oktyabrTürkiyədə uşaqlar üçün sosial media qadağası rəsmiləşdi
Türkiyədə noyabrın 1-dən etibarən uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər tətbiq ediləcək. xəbər verir ki, bu barədə müvafiq qərara istinadən "Resmi Gazete" məlumat yayıb. Sənədə əsasən, sosial media platformaları 15 yaşından kiçik olanlara xidmət göstərə bilməyəcək
10 oktyabrABŞ Rusiyadan dizel yanacağı tədarükünə icazə verdi
ABŞ Rusiyada istehsal olunan dizel yanacağının tədarükünə tətbiq edilən sanksiyaları 2027-ci il aprelin 7-dək müvəqqəti dayandırıb. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, ABŞ Prezidenti Donald Trampın göstəriş
11 oktyabrWSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir. Qeyd olunub ki, "Fort-İrvin"
11 oktyabrTürk ABŞ-nin BCM-yə qarşı sanksiyalarını qəbuledilməz adlandırıb
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzv dövlətlərini ABŞ-nin sanksiyaları fonunda qurumun fəaliyyətini qorumaq üçün təcili tədbirlər görməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını
11 oktyabr