"Azərittifaq"da vəzifə davası: "Məzuniyyətdə olanda Eldar Quliyev məni işdən çıxardı..."
"Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının (Azərittifaq) sədri, deputat Eldar Quliyev məni qeyri-qanuni olaraq vəzifəmdən azad edib".
Qaynarinfo-nun məlumatına görə, bunu Sabirabad rayon Kooperativ Cəmiyyətinin sabiq sədri Qardaşxan Hacıyev vəzifəsinə bərpa olunması üçün müraciət etdiyi Səbail rayon Məhkəməsindəki iclas zamanı deyib.
O, "Azərittifaq"a qarşı işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərib ki, 1985-ci ildən Sabirabad rayon Kooperativ Cəmiyyətinin İdarə Heyətinin sədridir:
"Ötən il "Azərittifaq"ın sədrinin sərəncamı ilə yaş həddinin keçməklə əlaqədar tutduğum vəzifəmdən azad edildim. Qeyd olunan əmr əsassız və qanunsuzdur. Sərəncamda Əmək Məcəlləsinə istinad edilməyib. Ötən il "Azərittifaq"a çağrıldım və bildirildi ki, uzun illərdir məzuniyyətə çıxmırsan. Buna görə ötən il Sabirabad rayon Kooperativ Cəmiyyətinin qərarı ilə məzuniyyətə çıxdım. Məzuniyyətdə olarkən eşitdim ki, "Azərittifaq" sədri tərəfindən işdən çıxarılmağımla bağlı sərəncam verilib. Nizamnaməyə görə sədrin vəzifədən azad edilməsi Sabirabad rayon Kooperativ Cəmiyyətinin İdarə Heyətini iclasının qərarı ilə olmalıdır. Çünki sədr təyin olunmur, seçilir. Qanunvericiliyin tələbinə görə əmək mübahisəsi olduğundan Mediasiyaya müraciət etdim. Lakin mübahisə könüllü qaydada həll edilmədi".
Səbail rayon Məhkəsinin qərarı ilə Qardaşxan Hacıyevin iddiası əsassız hesab edilib və qəbul olunmayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2505 Tarix: 15 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
2026-2027-ci tədris ilindən etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq. Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvand
11 oktyabrVahid məktəbli forması: Məktəbdə nizam-intizamın əsas şərtlərindən biri
Məktəbdə şagirdin geyimi onun təhsil mühitindəki gündəlik davranışının və məktəb qaydalarına münasibətinin bir hissəsidir. Vahid məktəbli formasının tətbiqi uşaqlar arasında sosial fərqlərin geyim vasitəsilə qabardılmasının qarşısını almaqla yanaşı, məktəbdə ümumi qayda və məsuliyyət anlayışının formalaşmasın
11 oktyabrOv mövsümü başladı
Azərbaycan Respublikası ərazisində 2026-2027-ci illər üzrə ov mövsümü 10 oktyabr 2026-cı il tarixindən etibarən açıq elan edilir. xəbər verir ki, müəyyən edilmiş qaydalara əsasən, ov mövsümü çərçivəsində vəhşi quşların və heyvanların ovlanması üzrə müddətlər və ov normaları təsdiq edilmişdir. Ov həyat
10 oktyabr11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI
Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü
11 oktyabrSami Yusifin "Qarabağımsan" layihəsi təqdim edildi - Video
Məşhur müğənni və bəstəkar Sami Yusif 5 illik fasilədən sonra Qarabağa həsr olunmuş yeni layihəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə "X" hesabında paylaşım edib. "5 ildən sonra "Qarabağımsan" (Bülbül diyarı) nəhayət ki, işıq üzü gördü. B
10 oktyabrPensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri
11 oktyabrMəktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Məktəblilər dərsə təhsil aldıqları məktəb üçün müəyyən edilmiş vahid geyim formasında gəlməlidirlər. xəbər verir ki, rəsmi qaydalara əsasən, oğlanlar üçün şalvar, qısaqol və uzunqol polo tipli köynək, önü bağlanan cibli jaket, qızlar üçün isə şalvar və ya ətək, qısaqol və uzunqol köynək, jaket nəzərd
10 oktyabrSabah isti olacaq
Azərbaycanda oktyabrın 11-də 25 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi il
10 oktyabr