Bakı metrosu bayram günlərində necə işləyəcək?
Bayramla əlaqədar Metropolitenin iş rejimində dəyişikliklər olacaq.
"Bakı Metropoliteni" QSC-dən Sonxeber.az-a verilən məlumata görə, martın 19-21-i şəhər mərkəzinə, bayram gəzintisi və müxtəlif tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunub.
Bayram günlərində qatarların optimal hərəkət qrafikinə xüsusi diqqət yetiriləcək. Ayın 19-21-də "Həzi Aslanov-28 May" sahəsində qatarların hərəkəti 2,5 dəqiqəlik, ayın 22-24-də isə 3 dəqiqəlik intervalla tənzimlənəcək. Bu stansiyada Qırmızı və Yaşıl xətlər birləşdiyindən "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində qatarların hərəkət intervalı iki dəfə çox olacaq. Bununla belə, sərnişin axınının tənzimlənməsi məqsədilə "Nərimanov" elektrik deposunda ehtiyat qatarlar saxlanılacaq və zərurət yaranacağı təqdirdə xəttə buraxılacaq.
"Bakmil" istiqamətinə və əksinə hərəkət edən sərnişinlərin diqqətinə çatdırılır ki, qatarların hərəkət cədvəli martın 19-21-də şənbə günü qrafikinə, ayın 22-24-də isə bazar günü qrafikinə uyğun olacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1146 Tarix: 16 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
2026-2027-ci tədris ilindən etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq. Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvand
11 oktyabrVahid məktəbli forması: Məktəbdə nizam-intizamın əsas şərtlərindən biri
Məktəbdə şagirdin geyimi onun təhsil mühitindəki gündəlik davranışının və məktəb qaydalarına münasibətinin bir hissəsidir. Vahid məktəbli formasının tətbiqi uşaqlar arasında sosial fərqlərin geyim vasitəsilə qabardılmasının qarşısını almaqla yanaşı, məktəbdə ümumi qayda və məsuliyyət anlayışının formalaşmasın
11 oktyabrOv mövsümü başladı
Azərbaycan Respublikası ərazisində 2026-2027-ci illər üzrə ov mövsümü 10 oktyabr 2026-cı il tarixindən etibarən açıq elan edilir. xəbər verir ki, müəyyən edilmiş qaydalara əsasən, ov mövsümü çərçivəsində vəhşi quşların və heyvanların ovlanması üzrə müddətlər və ov normaları təsdiq edilmişdir. Ov həyat
10 oktyabr11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI
Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü
11 oktyabrSami Yusifin "Qarabağımsan" layihəsi təqdim edildi - Video
Məşhur müğənni və bəstəkar Sami Yusif 5 illik fasilədən sonra Qarabağa həsr olunmuş yeni layihəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə "X" hesabında paylaşım edib. "5 ildən sonra "Qarabağımsan" (Bülbül diyarı) nəhayət ki, işıq üzü gördü. B
10 oktyabrPensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri
11 oktyabrMəktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Məktəblilər dərsə təhsil aldıqları məktəb üçün müəyyən edilmiş vahid geyim formasında gəlməlidirlər. xəbər verir ki, rəsmi qaydalara əsasən, oğlanlar üçün şalvar, qısaqol və uzunqol polo tipli köynək, önü bağlanan cibli jaket, qızlar üçün isə şalvar və ya ətək, qısaqol və uzunqol köynək, jaket nəzərd
10 oktyabrSabah isti olacaq
Azərbaycanda oktyabrın 11-də 25 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi il
10 oktyabr