Tələbələrə niyə təqaüd verilmir? - FOTO
Azərbaycanda bəzi universitetlərdə tələbələrə təqaüd verilmir. Tələbələr iddia edirlər ki, üç aydır ki, təqaüd ala bilmirlər.
Belə ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Bakı Slavyan Universiteti tələbələrə təqaüdü gecikdirən təhsil ocaqları sırasındadırlar.
ADPU-nun mətbuat katibi Cavid Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, təhsil ocağında təqaüdlərin ödənilməsində adətən gecikmələr olmur:
"Hər ay təqaüdlər ayın ilk 10 günlüyündən gec olmayaraq hesablara yüklənir. Yanvar ayının təqaüdü vaxtında yüklənib. Fevral ayının təqaüdü 10 mart tarixinə qədər yüklənməli idi. Lakin bir neçə gün gecikib. Bunun səbəbi isə budur ki, mart ayının təqaüdü də bayramla əlaqədar tez ödəniləcək.
Bununla əlaqədar sənədləşmə işləri uzun çəkib. Artıq məsələ həll olunub. Yəni tələbələr bu gün və sabah günün sonuna qədər həm fevral, həm mart ayının təqaüdünü alacaqlar".
Bakı Slavyan Universitetinin Mətbuat və informasiya mərkəzinin müdiri Zeynəb Kazımova bildirib ki, tələbələrin yanvar ayı üzrə təqaüdü vaxtında ödənilib:
"Novruz bayramı ilə əlaqədar olaraq, mart ayı üzrə təqaüd fevral ayı ilə birlikdə vaxtından əvvəl ödəniləcək".
Lənkəran Dövlət Universitetinin mətbuat katibi Esmira İsmayılovanın sözlərinə görə, bu, imtahan sessiyasının nəticəsinə görədir:
"Sessiyanın nəticələri analiz olunur, təqaüd alanlar dəyişirlər. Ona görə də gecikmə olub. Sabah tələbələr fevral və mart ayı üzrə təqaüdü birlikdə alacaqlar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1252 Tarix: 16 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
2026-2027-ci tədris ilindən etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq. Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvand
11 oktyabrVahid məktəbli forması: Məktəbdə nizam-intizamın əsas şərtlərindən biri
Məktəbdə şagirdin geyimi onun təhsil mühitindəki gündəlik davranışının və məktəb qaydalarına münasibətinin bir hissəsidir. Vahid məktəbli formasının tətbiqi uşaqlar arasında sosial fərqlərin geyim vasitəsilə qabardılmasının qarşısını almaqla yanaşı, məktəbdə ümumi qayda və məsuliyyət anlayışının formalaşmasın
11 oktyabrOv mövsümü başladı
Azərbaycan Respublikası ərazisində 2026-2027-ci illər üzrə ov mövsümü 10 oktyabr 2026-cı il tarixindən etibarən açıq elan edilir. xəbər verir ki, müəyyən edilmiş qaydalara əsasən, ov mövsümü çərçivəsində vəhşi quşların və heyvanların ovlanması üzrə müddətlər və ov normaları təsdiq edilmişdir. Ov həyat
10 oktyabr11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI
Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü
11 oktyabrSami Yusifin "Qarabağımsan" layihəsi təqdim edildi - Video
Məşhur müğənni və bəstəkar Sami Yusif 5 illik fasilədən sonra Qarabağa həsr olunmuş yeni layihəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə "X" hesabında paylaşım edib. "5 ildən sonra "Qarabağımsan" (Bülbül diyarı) nəhayət ki, işıq üzü gördü. B
10 oktyabrPensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri
11 oktyabrMəktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Məktəblilər dərsə təhsil aldıqları məktəb üçün müəyyən edilmiş vahid geyim formasında gəlməlidirlər. xəbər verir ki, rəsmi qaydalara əsasən, oğlanlar üçün şalvar, qısaqol və uzunqol polo tipli köynək, önü bağlanan cibli jaket, qızlar üçün isə şalvar və ya ətək, qısaqol və uzunqol köynək, jaket nəzərd
10 oktyabrSabah isti olacaq
Azərbaycanda oktyabrın 11-də 25 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi il
10 oktyabr