Gənc oğlan sevdiyi qızı paytaxta gətirdi, cinsi əlaqədə oldu, sonra atdı

Gənc oğlan sevdiyi qızı paytaxta gətirdi, cinsi əlaqədə oldu, sonra atdıŞirvan şəhər sakini, 1998-ci il təvəlüdlü Nəriman sevgi münasibətində olduğu Nəzrinlə (adlar şərti verilib – red.) cinsi əlaqədə olub.

Sonxeber.az "teleqraf.com"a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.

Nəriman 2022-ci ilin yanvarın 22-də və 24-də kirayədə yaşadığı evdə qarşılıqlı razılıq əsasında 2006-cı il təvəllüdlü Nəzrinlə təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Nərimanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (On dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

"Parkda tanış olduq"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəriman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailə üzvləri ilə birlikdə Şirvan şəhərində yaşayır, əvvəllər heç bir ruhi əsəb xəstəliyi keçirməyib və bununla bağlı müalicə olunmayıb.

Təqsirləndirilən şəxs qeyd edib ki, zərərçəkmiş Nəzrini tanıyır: "Onunla təxminən 1 il əvvəl Şirvan şəhərindəki Nərimanov parkında tanış olmuşam. Sonradan aramızda sevgi münasibəti yarandı. Tez-tez görüşdük, telefon vasitəsi ilə danışmağa başladıq".

"Ailə qurmağı təklif etdim"

Nəriman bildirib ki, 2022-ci ilin yanvarında Nəzrin ona birlikdə qaçmağı və ailə qurmağı təklif edib:

"Mən də Nəzrini sevdiyimdən onun təklifini qəbul etdim. Yanvarın 17-də saat 10-11 radələrində Şirvan şəhəri, Salyan dairəsində avtovağzalda görüşmək qərarına gəldik. Həmin günü qərarlaşdırdığımız qaydada evdən çıxdım və Salyan dairəsinə getdim. Məndən bir müddət sonra Nəzrin də ora gəldi.

Biz birlikdə oradan tanımadığım avtomaşınla Bakı şəhərinə yola düşdük. Bakı şəhərinə çatdıqdan sonra oradan taksi ilə Xırdalan şəhərinə gəldik. Orada kirayə ev tapdıq, birgə yaşamağa başladıq. Orada qaldıqdan 5 gün sonra, yəni yanvarın 22-də təbii yolla cinsi əlaqədə olduq".

"Elə oldu ki, iş də, ev də tapa bilmədim"

Nəriman qeyd edib ki, təxminən 2 gün sonra Nəzrinlə yenə təbii yolla cinsi əlaqədə olub:

"Nəzrin mənimlə öz razılığı əsasında cinsi münasibətdə oldu. 11 gün Xırdalan şəhərində kirayə tutuduğumuz evdə qaldıq. Sonra yaşadığım evi dəyişmək qərarına gəldim. Lakin başqa ev kirayə tutmağa maddi imkanım olmadı. Ona görə Nəzrin bildirdi ki, Şirvan şəhərinə gedir və orada tanıdığı qızın evində qalacaq.

Yanvarın 29-da Nəzrin taksi ilə Şirvan şəhərinə getdi. Ona dedim ki, ev tapandan sonra zəng edəcəm, o da gələcək. Lakin elə oldu, nə iş, nə də ev tapa bildim. Nəzrin də Şirvan şəhərində qaldı".

Nərman bildirib ki, cinsi əlaqədən əvvəl Nəzrinin 16 yaşının tamam olmadığını bilib, onunla qeyri-təbii yolla cinsi əlaqədə olmayıb.

"Aramızda sevgi münasibəti yarandı"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nəzrinin sözlərinə görə, atası 2018-ci ildə ailə üzvləri ilə birlikdə Şirvan şəhərinə gəlib və həmin vaxtdan Şirvan şəhərində yaşayırlar:

"2008-ci il təvəllüdlü qardaşım var. 2021-ci ilin oktyabrından Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən "Cırtdan" marketdə işləməyə başladım. Nərimanı təxminən 1 ilə yaxındır tanıyıram. Onunla parkda tanış olmuşam. Həmin vaxt bir-birimizə mobil nömrələrimizi verdik. Aramızda sevgi münasibəti yarandı. Dəfələrlə Nərimanla Şirvan şəhərində görüşmüşmük. Biz telefonla danışmışıq.

Nərimana olan münasibətim barədə ailəmə də dedim. Lakin Nərimanın ailəsinin yaxşı ailə olmadığını dedilər, onunla münasibətimi kəsməyi tapşırdılar. Lakin Nərimanı sevdiyimdən onunla danışmağa davam etdim".

Zərərçəkmişin sözlərinə görə, 2022-ci ildə Nərimanla qoşularaq qaçmağa qərarlaşıblar: "Nəriman da dedi ki, onun da ailəsi mənimlə ailə qurmağıma razı deyil, buna görə birlikdə qaçaq. Onunla razılaşdım ki, yanvarın 17-də saat 10-11 radələrində evdən öz əşyalarımı götürüb və ordan Şirvan şəhəri Salyan dairəsi adlanan yerə gəlim. Orada Nərimanla görüşüb, Bakı şəhərinə gedən taksi ilə yola düşək".

"Cinsi əlaqədə olduq"

Zərərçəkmiş qeyd edib ki, Bakı şəhərinə çatdıqdan sonra taksi ilə Xırdalan şəhərinə gəliblər: "Nərimanın tapdığı kirayə evdə yaşamağa başladıq. Təxminən 5 gün sonra, yəni yanvarın 22-də təbii yolla cinsi əlaqədə olduq. Təxminən 2 gün sonra yenə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduq.

Bunlar öz razılığım əsasında baş verib. On gün Xırdalan şəhərində kirayə evdə qaldıq. Bu müddətdə Nəriman iş axtarsa da, tapa bilmədi. Sonra dedi ki, Şirvan şəhərinə qayıdım, tanış qızlardan birinin evinə gedim. O iş tapsın, sonra geri qayıtmaq üçün məni çağırsın. Mən də ona inandım".

"Yalan deməyə başladı"

Nəzrinin ifadəsinə görə, yanvarın 29-da taksilərdən biri ilə Şirvan şəhərinə gəlib, rəfiqəsi ilə danışıb və onun evində qalıb: "Nəriman mənə iş axtardığı barədə yalan deməyə başladı. Sonra da məndən 20 manat istədi. Pulum olmadığını dedim. Rəfiqəm ağladığımı gördü. Mənə 20 manat verdi ki, Nərimana göndərim.

Sonrakı bir gün Nəriman təkrar məndən 25 manat istədi ki, ev tapıb, pulu çatmır. Ona dedim ki, pulum yoxdur. Daha mənə bir söz demədi. Bundan başqa Nərimanla danışığım və ya görüşüm olmayıb.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nəriman 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2519   Tarix: 16 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda analarının soyadını götürən uşaqların sayı açıqlandı

2025-ci il ərzində valideynlərinin soyadları fərqli olduğu halda Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən ananın soyadı ilə qeydə alınan uşaqların sayı 185 nəfər təşkil edib. xəbər verir ki, bu barədə -ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2026-cı ili

29 aprel
.

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında mayın 1-də müşahidə ediləcək vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 1-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarınd

30 aprel
.

Turizm şirkətləri dövlət qurumlarından kömək istəyir - "Summer Tour"un yeni qərarı etiraz doğurdu

Azərbaycan turizm şirkətləri birgə bəyanat yayıb. xəbər verir ki, Azərbaycan turizm sektorunda fəaliyyət göstərən bir qrup şirkət Türkiyə istiqaməti üzrə satış həyata keçirən "Summer Tour Azərbaycan" MMC-nin son qərarı ilə bağlı narazılıqlarını bəyan ediblər. Bəyanatda bildirilir ki, hər turis

29 aprel
.

"Finoko" BOKT cərimə olundu - Sorğuya cavab verilməyib

"Finoko" Bank Olmayan Kredit Təşkilatı (BOKT) Açıq Səhimdar Cəmiyyəti (ASC) barəsində yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) inzibati xəta protokolu tərtib olunub. Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsini

30 aprel
.

Süni intellektin yaratdığı təhlükələr nələrdir? - AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətli inkişafı həyatın demək olar ki, bütün sahələrinə təsir göstərir. Gündəlik iş prosesindən təhlükəsizlik sistemlərinə qədər geniş istifadə olunan bu yeniliklər bir tərəfdən rahatlıq yaratsa da, digər tərəfdən yeni risklər də meydana çıxarır. Xüsusilə son dövrlərd

30 aprel
.

I sinfə qəbul prosesi başlayır - TARİX AÇIQLANDI

6 may 2026-cı il tarixindən etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, qəbul prosesi portalı vasitəsilə aparılacaq. Uşaqları

30 aprel
.

Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yeni təyinat olub. -ın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb. Nazirin əmri ilə Seymur Mahmudlu DSMF-nin Strateji planlaşdırma və investisiyalar departamentini

29 aprel
.

İldə yalnız bir dəfə çıxır, min bir dərdə şəfa olduğu deyilir - VİDEO

Türkiyənin Elazığ bölgəsində xalq arasında "Şərqin bananı" adlandırılan və bir çox xəstəliyə faydalı olduğuna inanılan ışkın (yabanı ravənd) bu mövsüm yenidən satışa çıxarılıb. türk mediasına istinadən xəbər verir ki, dağlıq ərazilərdə çətin şəraitdə yığılan bu bitki mövsümün əvvəlində kiloqram

29 aprel
.

Xəzər dənizində zəlzələ baş verib

Xəzər dənizində 3,4 maqnitudalı zəlzələ baş verib. xəbər verirki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla saat 03:09-da qeydə alınıb. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib

30 aprel