Bakı metrosunda terrordan 29 il keçir
Bu gün "20 Yanvar" metrostansiyasında terror aktının törədilməsindən 29 il keçir.
1994-cü il mart ayının 19-u saat 13:00-da "20 Yanvar" metrostansiyasında partlayış baş verib.
Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba stansiyada dayandıqdan sonra partlayıb. Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb.
Ölənlər arasında terror hücumunun icraçısı Oktay Qurbanov və xalq artisti, bəstəkar Rafiq Babayev də olub. Partlayışdan sonra metrostansiyasının tavanının bəzi hissələrində çöküntülər əmələ gəlib.
Cinayət törətmək şübhəsiylə, terrorçu fəaliyyətlə məşğul olan separatçı "Sadval" təşkilatının üzvləri həbs olunub. İstintaqa əsasən, terror aktının təşkilatçıları və təqsirləndirilənlər Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqələr qurmuş və 1992-ci ilin aprel-may aylarında 30 nəfər Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi-terror təxribat hazırlığı keçib.
İstintaq zamanı müəyyənləşdirilmişdir ki, terrorçular təlimata uyğun olaraq, "20 Yanvar" metrostansiyası ilə yanaşı Bakının "Nizami" kinoteatrında, Heydər Əliyev Sarayında və Bakı Lampa Zavodunda da partlayışlar törətməyi planlaşdırıb.
Terror aktı faktına görə, 11 nəfər məhkum edilib, onlardan ikisi ölüm cəzasına (güllələnmə), digər doqquz nəfər isə müxtəlif zamana həbs cəzasına məhkum edilib.
19 mart 1994-cü ildə baş vermiş bu terror aktı nəticəsində həlak olan insanların adları "20 Yanvar" metrostansiyanın divarına həkk olunaraq əbədiləşdirilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 732 Tarix: 19 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İslanmamaq üçün əlindən gələni etdi, sonu pis bitdi - VİDEO
Türkiyənin İzmir şəhərində müşahidə olunan güclü leysan yağışları şəhər sakinlərinə çətin anlar yaşadıb. türk mediasına istinadən xəbər verir ki, küçələrdə yaranan su gölməçələrindən yayınmağa çalışan bir vətəndaşın başına gələnlər isə sosial şəbəkələrdə gündəm olub. Yağışdan islanmamaq üçün avtomobilin
6 fevralRestoranın aşpazı boğulmaq üzrə olan körpəni görün necə xilas etdi - VİDEO
Kahramanmaraşda restoranda baş verən hadisə faciənin bir addımlığında dayanıb. Yemək zamanı boğazına yad cisim düşən körpə nəfəs ala bilmədiyi üçün təhlükəli vəziyyətə düşüb. Restoranda çalışan aşpazın operativ müdaxiləsi sayəsində körpənin həyatı xilas edilib. türk mediasına istinadən xəbər verir ki
10 fevralViral olmaq üçün körpüdən tullanan fenomen faciəvi şəkildə həlak oldu - VİDEO
Hadisə Kolumbiyada baş verib. xarici mediaya istinadən xəbər verir ki, orada yaşayan influencer Anxel Montoya sosial mediada viral olmağı hədəfləyərək Kauka çayına tullanan zaman çaydakı güclü axına qarşı müqavimət göstərə bilməyib və həyatını itirib. Hadisədən sonra video sosial mediada yayılıb və Montoyanı
6 fevralMüəllimini vurandan sonra BU CÜMLƏNİ İŞLƏDİB - YENİ DETAL
Bakıda yerləşən "İdrak" liseyində ötən gün silahlı insident baş verib. Hadisə zamanı liseyin 10-cu sinif şagirdi müəlliminə ov tüfəngi ilə atəş açıb. Məlumata görə, hadisənin yeni təfərrüatları məlum olub. Belə ki, müəlliminə atəş açan şagird sosial şəbəkələrdə, xüsusilə "TikTok"
7 fevralKuryer çatdırdığı yeməyə ayaqqabısını sürtüb
ABŞ-da qeydə alınan bir video qısa zamanda böyük qəzəb doğurub. xarici mediaya istinadən xəbər verir ki, videoda bir kuryerin müştəriyə təhvil verəcəyi yeməyə ayaqqabısını sürtdüyü anlar dəqiq şəkildə görünür. Hadisə müştərinin qapısındakı kamera tərəfindən qeydə alınıb və sosial mediada paylaşılmasında
6 fevral"Lombard Türkanə" ləqəbli qadına hökm oxundu
Sabunçu rayonu ərazisində lombard işlədən qadın barəsində həbs qətimkan tədbiri seçilib. -ın "Qafqazinfo"ya istinadla verdiyi məlumata görə, 32 yaşlı Türkanə Ağayeva külli miqdarda vəsaiti mənimsəmə və dələduzluq əməllərinə görə təqsirli sayılıb. İttihama əsasən, Türkanə Ağayeva Bakıxanov qəsəbəsind
7 fevralTapdığı çantanı qaytarmadı, işindən oldu - VİDEO
Türkiyənin Uşak şəhərində bələdiyyəyə bağlı təmizlik işçisi tərəfindən tapılan və içərisində dəyərli əşyalar olan çantanın aidiyyəti qurumlara təhvil verilməməsi ilə bağlı araşdırma aparılıb. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, sözügedən şəxs yerdə tapdığı çantanı səlahiyyətli orqanlar
10 fevralMingəçevirdə bədbəxt hadisə: Marketdə alış-veriş edən şəxs qəfil öldü
Mingəçevirdə marketdə ölüm hadisəsi baş verib. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə 20 Yanvar küçəsində yerləşən "Qədiroğlu" marketlər şəbəkəsinə məxsus mağazada qeydə alınıb. Alış-veriş etmək üçün marketə gələn 1953-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Mikayıl Məmmədovu
8 fevral