Qızı vardımı, ölümünə səbəb nə oldu, mirası kimə qaldı? - Xalq artistinin müəmmalı həyatı

Qızı vardımı, ölümünə səbəb nə oldu, mirası kimə qaldı? - Xalq artistinin müəmmalı həyatıSonxeber.az Kulis.az-a istinadən böyük sənətkar, Xalq artisti İlhamə Quliyeva haqqında maraqlı faktları təqdim edir.

İlhamə Quliyeva 1943-cü il avqustun 17-də Lənkəranda prokuror Məzahir Quliyev, xanəndə Tükəzban İsmayılovanın ailəsində dünyaya gəlib. Atasının işi ilə əlaqədar olaraq 5 yaşına qədər Şəkidə yaşayıblar. Lakin, sonradan onun valideynləri ayrılır. Tükəzban İsmayılova tarzən Həbib Bayramov ilə ailə həyatı qurur. İlhamə Quliyeva 1-ci sinfə Bakıda başlayır. Bu vaxtdan da 7 illik fortepiano ifaçılığı təhsili də almağa başlayır.

O, doğma atası və atalığı haqqında müsahibələrinin birində belə deyir: "Quliyeva İlhamə Məzahir qızıyam. Şöhrət ordenini mənə yazanda, vəsiqə təqdim ediləndə atamın adı Həbib yazıldı. Həbib Bayramov beş yaşımdan mənə mənəvi atalıq edib. Məzahir Quliyev məni yaradıb, Həbib Bayramov tərbiyə verib. Məzahir müəllim Lənkəranda prokuror olanda mən doğulmuşam. Mənə var-dövlət ailəmdən qalıb. Sonradan görənlərdən deyiləm. Hər iki ailənin tək qızı olmuşam. Miraslar üst-üstə yığılıb, mənə verilib".

***

O, orta məktəbi bitirəndən sonra təhsilini musiqi sahəsi üzrə davam etdirmək istəsə də Tükəzban xanım qəti şəkildə qızının müğənni olmasını istəmir. İlhamə xanım Həbib müəllimin də etirazları ilə qarşılaşır.

İlhamə Quliyeva 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur və orada təhsil almağa başlayır. 1962-ci ildə o Moskvada Ümumittifaq Tələbə Festivalında birinci yer tutur. Qayıdanda isə Dövlət Teleradio Komitəsi Estrada Simfonik Orkestrinin bədii rəhbəri, xalq artisti Tofiq Əhmədov onu həmin kollektivə dəvət edir.

***

1963-cü ildə ailələri ilə yaxın münasibətdə olan Zinyət Əlizadənin dəstəyi ilə ailəsindən xəbərsiz universitetin "Sevinc" estrada ansamblında çıxışlar etməyə başlayır. 1964-cü ildə Moskvada ümumittifaq universitetlər arası gənc istedadlar müsabiqəsi keçirilir. Zinyət xanımın da xahişi ilə ailəsindən icazə alır və yollanır Moskvaya. Anası Tükəzban xanım onun festivala tamaşaçı kimi getdiyi zənn edir. Orada Rauf Hacıyevdən "Azərbaycanım", Tofiq Quliyevdən "İlk görüş" mahnılarını ifa edir və yarışmanın qalibi olur.

1972-ci ildə Moskvada Azərbaycan bəstəkarlarının gecəsi keçirilir. İlhamə Quliyeva orada çıxış edir. Konsertdən sonra Fikrət Əmirov onunla görüşür və ona yaxşı mahnılar yazacağını deyir. Onların işbirliyindən "Mən səni araram", "Göygöl", "Gülür ellər", "Gülərəm gülsən", "De görüm, neyləmişəm" kimi mahnılar yaranır.

İlhamə Quliyeva 1980-ci ildə Faiq Mirmöhsünov adlı şəxslə ailə qurub. Ancaq bu evliliyin ömrü çox qısa olub. Bir müddət Mirmöhsünova soyadı daşıyan İlhamə xanım həyat yoldaşı ilə boşanır, onun soyadından imtina edərək yenidən Quliyeva soyadına qayıdır. İlhamə Quliyeva ikinci dəfə ailə qurmur.

Sənətçinin sözlərinə mahnı oxuduğu şairlər arasında Süleyman Rüstəmin, Teymur Elçinin, Vaqif Səmədoğlunun, Baba Vəziroğlunun, Vahid Əzizin, Xanım İsmayılqızının, hətta Uilyam Şekspirin adları var.

***

İlhamə Quliyevanın özünün dediyinə görə görə uzun illər qaçqın, məcburi köçkün ailələrinə yardım edərək, müharibədən zərər çəkmiş 7 ailənin dolanışığına köməklik göstərib.

Müğənni xalasının nəvəsi Orxan adlı oğlanı oğulluğa götürür, ona öz övladı kimi baxır, toyunu edir. Lakin, müğənninin ölümündən sonra İlhamə xanımın qohumları ilə Orxan arasında miras davası baş qaldırır və məlum olur ki, İlhamə Quliyeva oğulluğunu tək varis kimi elan etməyib. Hətta deyilənə görə İlhamə xanımı son dəfə əsəbləşməsinə və xəstəxanaya düşməsinə səbəb oğlu Orxandan gələn gecə zəngi olub.

***

Deyilənə görə müğənninin Flora adlı qız övladı olub. Flora ilə 13 saylı məktəbdə, bir sinifdə oxuyan, hal-hazırda Rusiyada yaşayan Gülzar Vəliyeva bu barədə belə deyib: "Biz İlhamə Quliyevanın qızı ilə bir sinifdə oxuyurduq. Yasamal rayonu 13 nömrəli məktəbdə "B" sinfini bitirmişik. Həmin vaxt Flora xanım bilirdi ki, onun anası İlhamə Quliyevadır. Həmçinin İlhamə xanım onun təhsili və geyimi üçün pul da verirdi. Amma bu haqda danışmaq istəmirdi. Çünki anası onu övlad kimi qeydiyyata almamışdı. Biz 10-cu sinifdə oxuyanda İlhamə Quliyeva məktəbə gəlmişdi. Qızı dedi ki, onu görmək istəmirəm. Mənim anamdırsa, məni övladlığa götürərdi. Mənim bildiyimə görə, həmin qızı İlhamə xanımın yaxın qohumu saxlayırdı. Flora xanım, bildiyimə görə, Yasamal rayonu ərazisindəki qəbirstanlıq tərəfdə yaşayır. Mən Bakıya gedəndə, sinif yoldaşlarımla görüşəndə onu da soruşdum. Ancaq onunla görüşə bilmədim. Biz 1980-ci ildə onunla birlikdə Yasamal rayonu 13 nömrəli məktəbin "B" sinfini bitirmişik".

Sənətkarın ölümündən sonra digər qohumları ilə yanaşı qızının da adı İlhamə Quliyevanın miras qalmaqalında hallansa da, müğənninin qohumu Əli Mirəliyev bu fikirləri təkzib edib: "Elə bir şey yoxdur. İlhamə heç vaxt əsl ana olmayıb. Onun uşağı olmayıb".

***

1994-cü ildə Həbib Bayramov dünyasını dəyişdikdən sonra Tükəzban İsmayılova səhnələrə çıxmaqdan imtina edir, oxumağa yox, susmağa üstünlük verir. Bu susqunluq İlhamə xanıma da təsir edir, o da bir müddət öz dünyasına çəkilir. Günlərin bir günü bəstəkar Faiq Sücəddinov İlhamə xanıma zəng edir: "İlhamə, səninçün yeni mahnılar yazmışam". İlhamə xanım isə oxumaq arzusunda olmadığını deyir. Faiq Sücəddinov "Neylərsən" mahnısını pianoda çalır İlhamə xanım da telefondan eşidir. Bu nəğmə onu təsirləndirir. Bu mahnı İlhamə Quliyevanın yaradıcılığında dönüş nöqtəsi olur.

İlhamə Quliyeva sağlığında bir çox həmkarı ilə küsülü olub. Onunla adı tez-tez Flora Kərimova, Nazpəri Dostəliyeva, Elza Seyidcahanla müxtəlif qalmaqallarda hallanıb. Hətta o, Nazpəri Dostəliyevaya məhkəmədə qalib gəlib. Və ondan iyirmi beş min manat pul alıb. Müğənni ilə uzun illər düşmən olan sənətkarlardan biri Flora Kərimova olub. Onların münaqişəsi uzun illər əvvələ gedib çıxır. Efir vasitəsi ilə onları barışdırmağa dəfələrlə cəhd olunsa da, heç nə əldə olunmayıb və İlhamə Quliyeva Flora Kərimovadan küsülü qalaraq dünyasını dəyişib. Buna baxmayaraq hər iki sənətkar bir-birlərinin sənətini yüksək qiymətləndiriblər.

***

Onu digər davalı həmkarı Elza Seyidcahan isə İlhamə Quliyeva rəhmətə gedən gün ağ gül dəstəsi ilə onun dəfn mərasiminə gələrək deyir: "İlhamə Quliyevanı uşaqlıqdan lap yaxşı xatırlayıram. Məktəbdə oxuyanda məktəbin yanına xarici və yerli müğənnilərin şəkillərini gətirib satırdılar. İlhamə Quliyevanın da şəkli satılırdı. Həmin şəkillərdən mən də almışdım. Ona o dərəcədə heyran olmuşdum ki, sinif yoldaşlarıma İlhamə Quliyeva mənim xalamdır, demişdim. Uşaqlar da mənə onun barəsində suallar verirdilər. Artıq yuxarı siniflərdə oxuyanda suallara cavab verməyə çətinlik çəkirdim. Ona görə də dedim ki, o, uzaq qohumumuzdur."

İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edir. Səhər saatlarında vəziyyəti qəfildən pisləşən İlhamə Quliyevanın evinə Təcili Yardım avtomobili gəlsə də, artıq dünyasını dəyişmiş olur. 26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn edilir.
Qızı vardımı, ölümünə səbəb nə oldu, mirası kimə qaldı? - Xalq artistinin müəmmalı həyatıQızı vardımı, ölümünə səbəb nə oldu, mirası kimə qaldı? - Xalq artistinin müəmmalı həyatıQızı vardımı, ölümünə səbəb nə oldu, mirası kimə qaldı? - Xalq artistinin müəmmalı həyatıQızı vardımı, ölümünə səbəb nə oldu, mirası kimə qaldı? - Xalq artistinin müəmmalı həyatıQızı vardımı, ölümünə səbəb nə oldu, mirası kimə qaldı? - Xalq artistinin müəmmalı həyatıQızı vardımı, ölümünə səbəb nə oldu, mirası kimə qaldı? - Xalq artistinin müəmmalı həyatıQızı vardımı, ölümünə səbəb nə oldu, mirası kimə qaldı? - Xalq artistinin müəmmalı həyatı


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2110   Tarix: 19 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Alim Qasımovun 1 milyon manatlıq duet iddiasına cavabı: "Bir Allah şahiddir ki..."

Xalq artisti Alim Qasımov müğənni Üzeyir Mehdizadə ilə ifa etdiyi "Bu dünyanın nəyindən narahatsan"duetinə görə 1 milyon manat aldığı barədə yayılan məlumatlara aydınlıq gətirib. Alim Qasımov Qaynarinfo-ya açıqlamasında duetinin ərsəyə gəlməsində hər hansı maddi qarşılıqdan söhbət getmədiyin

22 sentyabr
.

Mustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia

Türkiyəli müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurupun fonddan əldə etdiyi qazancın 15 milyard 793 milyon lirəyə çatdığı iddia edilib. Axşam.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı kapital bazarı fondları ilə bağlı araşdırmada Sütşurupun maliyyə əməliyyatları il

3 oktyabr
.

Röya, Natavan və Elnur bir arada - Foto

Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy

1 oktyabr
.

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov

Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığını bildirib:. "Onunl

4 oktyabr
.

Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu

Aparıcı Sərxan Kərəmoğlu Rusiyaya girişinə "stop" qoyulduğunu açıqlayıb. Qaynarinfo xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə paylaşım edib. O bildirib ki, son iki ay ərzində Rusiyaya gedə bilmir:. "Son 2 ay Rusiya Federasiyasına girişim imkansızdır. Artıq vəkillər məşğul olur

23 sentyabr
.

Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım QIZIL HƏDİYYƏ ETDİ - VİDEO

Xəbər verdiyimiz kimi, neçə gün əvvəl Hacıqabul rayonunda Pünhan Piriyevin toy mərasimi keçirilib. xəbər verir ki, toyun ardından Pünhanın qayınatası və qayınanası kürəkənlərinə hədiyyələri ilə diqqət çəkiblər. Pünhan Piriyevə qayınatası tərəfindən xüsusi hədiyyə təqdim olunub. Belə ki, o, kürəkənin

4 oktyabr
.

Alim Qasımovun meneceri Pünhan Piriyevə cavab verdi: "Bunu ona yaraşdırmadım"

"Pünhan Piriyevin açıqlamalarına baxdım. Düzünü deyim ki, bunu ona yaraşdırmadım. Bu, iki nəfərin arasında olan söhbətdir, onu açıqlamamalı idi". Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Alim Qasımovun meneceri İlkin Robin müğənni Pünhan Piriyevin "Alim Qasımov toyuma 15 min mana

5 oktyabr
.

Ayan Babakişiyeva: "Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm"

Müğənni Ayan Babakişiyeva "Sevilən səhər" verilişində şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib. xəbər verir ki,sənətçi sevgi anlayışına fərqli yanaşdığını bildirib. O, bəzən sevdiyin insanın yaxşılığı üçün ondan uzaqlaşmağın vacib olduğunu deyib:. "Bəzən sevmək hər zama

10 oktyabr
.

Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü

Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb

10 oktyabr