"Azərbaycan xalqı artıq 3 ildir Novruz bayramını işğaldan azad edilmiş torpaqlarımızda da qeyd edir" - KAMİLƏ ƏLİYEVA

"Azərbaycan xalqı artıq 3 ildir Novruz bayramını işğaldan azad edilmiş torpaqlarımızda da qeyd edir" - KAMİLƏ ƏLİYEVAPrezident cənab İlham Əliyev torpaqlarımızı işğaldan azad etməklə ata vəsiyyətini yerinə yetirdi, Azərbaycan xalqının qürurunu, mənəviyyatını, kimliyini özünə qaytardı. Ölkə başçımız torpaqlarımızı düşmən işğalından qurtaran Müzəffər Ali Baş Komandan, cəsur sərkərdə kimi adını Azərbaycan tarixinə yazdırdı.
Azərbaycan xalqı artıq 3 ildir Novruz bayramını işğaldan azad edilmiş torpaqlarımızda da qeyd edir. Novruz Azərbaycan xalqının mədəniyyətini, adət ənənələrini, mədəni dəyərləri özündə birləşdirən bir bayramdır. Prezident cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman xalqımıza məxsus milli dəyərlərə, adət - ənənələrə böyük hörmət və diqqətlə yanaşırlar. Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin, xalqımıza məxsus milli dəyərlərimizin dünyada tanınmasında misilsiz əməyi var. Məhz Mehriban xanım Əliyevanın böyük əməyi və səyi nəticəsində Novruz bayramı UNESKO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentiv siyahısına daxil edilmişdir. Novruz bayramı həmçinin bütün bəşəriyyətin mənəvi dəyəri hesab edilir. BMT Baş Assambleyası mart ayının 21-ni "Beynəlxalq Novruz Günü" elan etmişdir. Məhz Mehriban xanım Əliyevanın sayəsində Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahısına daxil edilmiş, qorunma altına alınmışdır. Bununla yanaşı Mehriban xanımın səyi nəticəsində Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, kəlağayı sənəti, Lahıc misgərlik sənəti də UNESKO nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentiv siyahısına daxil edilmişdir.
Ölkə başçımız hər il Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayır və bu bayramda işğaldan azad edilmiş torpaqlarımıza səfərlər edir. 2021-ci il martın 20-də Prezident cənab İlham Əliyev Şuşada Cıdır düzündə tonqal alovlandıraraq Azərbaycan xalqına müraciəti və bir daha "Şuşa sən azadsan", "Şuşa Azərbaycandlr", "Qarabağ Azərbaycandlr" deməsi hər bir azərbaycanlıya qürur hissi yaşatdı. 2022-ci ildə ölkə başçımız Novruz bayramında Suqovuşana səfər etmiş və buradan da Azərbaycan xalqına öz təbriklərini söyləmişdir.
2023 -cü ildə isə ənənəyə uyğun ölkə başçımız İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə səfər edərək Novruz tonqalını alovlandırdılar.

Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1573   Tarix: 21 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021