Ölkələr arasında su üstündə niyə qan tökülür? - ARAŞDIRMA

Ölkələr arasında su üstündə niyə qan tökülür? - ARAŞDIRMASu insana verilən ən qiymətli nemət olsa da, unutmayaq ki, o da tükənəndir. Proqnozlara görə, ilbəil bu problem özünü daha qabarıq şəkildə göstərir. İqlim dəyişmələri, sənayenin sürətli inkişafı, əhali artımı bu problemi daha da aktuallaşdırır. Problem o həddə çatıb ki, ölkələr arasında su üstündə qan tökülür, münaqişələr yaşanır.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Hazırda dünyada 1 milyarda yaxın insan içməli su tapa bilmir, daha 2 milyard insan isə çirkli su içməli olur. Dünya əhalisinin 40 faizinin cəmləşdiyi 80 ölkə su çatışmazlığı yaşayır. BMT-nin hesablamalarına görə, dünyanın yarısından çox hissəsi su çatışmazlığından əziyyət çəkir və bu problem 2025-ci ilə qədər daha da aktuallaşacaq.

Beynəlxalq təşkilatların hesabatlarına əsasən, 2025-ci ildən sonra qlobal şirin su çatışmazlığı problemi dünyanın bir sıra ölkələri üçün siyasi və sosial-iqtisadi təzyiq vasitəsinə çevriləcək. Son 50 ildə şirin su ehtiyatlarına nəzarət uğrunda 500 siyasi qarşıdurma və 37 silahlı toqquşma baş verib.

BMT-nin, Avropa Komissiyasının və digər beynəlxalq təşkilatların transsərhəd sulardan səmərəli istifadə olunmasına dair 20-dək sənəd qəbul etmələrinə baxmayaraq, həmin konvensiyaların bir çoxu hələ də tətbiq olunmayıb.

Dünya mediası mütəmadi olaraq su qıtlığı problemini qabardır. Qeyd edilir ki, əlçatan şirin su ehtiyatları hazırda bəşəriyyətin suya olan tələbatını böyük ölçüdə ödəsə də, bu vəziyyət uzun müddət davam etməyəcək. İqlim dəyişikliyinin yaratdığı problemlər və əhali artımı nəticəsində təmiz su ehtiyatlarının sürətlə azalması nəticəsində 2050-ci ildə dünya əhalisinin təxminən yarısının susuz qalma riski var.

Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) araşdırmasına görə, dünyanın 70 faizi su ilə örtülü olsa da, içməli suyun səviyyəsi kifayət qədər aşağıdır. Tədqiqatçıların fikrincə, yer üzündəki suyun 97 faizindən çoxu insanların istifadəsi üçün yararsız olan duzlu sulardan ibarətdir. İçməli şirin suyun dünya suyuna nisbəti 3 faizdən azdır. Təmiz suyun böyük hissəsi qütblərdə yerləşir. Buna görə də insanların istifadə edə biləcəyi suyun miqdarı dünyadakı ümumi suyun 1 faizindən də azdır.

Dünyada 844 milyon insanın təmiz suya çıxışı yoxdur. Araşdırmalara görə, 2050-ci ilə qədər dünya əhalisi 3 milyard və təmiz suya tələbat 55 faiz artacaq. BMT hesabatında son əsrdə təmiz suya ehtiyacın 6 dəfə artdığı, 5 milyard insanın qıtlıqla üzləşəcəyi bildirilir.

Yeri gəlmişkən, su böhranları artıq illərdir ki Dünya İqtisadi Forumunun Qlobal Risklər siyahısında ilk beşliyə daxil edilir. Bəzən bu vəziyyət silahlı münaqişələrə səbəb olub. 2021-ci ildə Qırğızıstanla Tacikistan arasındakı sərhəd toqquşmalarını xatırlatmaq kifayətdir. Regionda vəziyyəti gərginləşdirən əsas amillərdən biri də iri dövlətlərin müdaxiləsidir. Məsələn, Rusiya, ABŞ və Çin regionda SES-lərin tikintisinə investisiya qoyur, kredit ayırırlar.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hazırladığı "2030-cu ilədək qlobal tendensiyalar: alternativ dünyalar" hesabatında da göstərilir ki, 2030-cu ilədək Mərkəzi Asiyada su resursları uğrunda dövlətlər arasında münaqişələrin baş verməsi mümkündür.

Mərkəzi Asiya ilə yanaşı, Afrika da ən böyük su münaqişələri görən regionlardandır. Efiopiyanın ərazisindən axan Nil çayının üzərində tikilən yeni bənd bu ölkənin Misir və Sudanla əlaqələrini kəskin şəkildə korlayıb. Su resurslarının münaqişəyə səbəb ola biləcəyi bir başqa həssas region Çin –Hindistan sərhədidir. Mütəxəssislərə görə, Asiyanın iki nəhəngi – Çin və Hindistan arasında hazırda əsas problem su məsələsidir. Bölgədəki 8 çay 1 milyard 800 min insan üçün həyati əhəmiyyət daşıyır.

43 min meteoroloji stansiya, 160 ölkədə çayların vəziyyətlərini öyrənən 5 mindən çox nəzarət məntəqəsinin hesabatlarından istifadə edən alimlər belə bir qənaətə gəliblər ki, qlobal istiləşmə dünyada içməli su çatışmazlığına gətirib çıxaracaq. İqlim dəyişikliyi səbəbindən yağıntıların miqdarı artsa da, çaylarda suyun səviyyəsi azalır. Temperaturun qalxması səbəbindən qruntdakı nəmlik azalır, torpaq düşən yağıntını özünə çəkir. Bunun nəticəsində də yağıntının 64 faizi torpaqda qalır.

Qeyd edək ki, BMT-nin saytında su çatışmazlığının mümkün həlli yolları sadalanır. Onlar arasında bəndlər və su anbarları, yağış sularının yığılması, su kəmərləri, ərazidə aparılan duzsuzlaşdırma işləri qeyd olunur. Bura həmçinin suyun təkrar istifadəsi və qorunması daxildir. Baham adaları, Maldiv adaları və Malta kimi bir sıra ölkələr bütün su ehtiyaclarını duzsuzlaşdırma prosesi vasitəsilə qarşılayır. Səudiyyə Ərəbistanı bu yolla (34 milyon əhalisi) içməli suyun təxminən 50 faizini əldə edir.

Mütəxəssislərdən bəziləri isə hesab edir ki, su qıtlığı bəzən təbii proses nəticəsində yaranmır. Bu daha çox fövqəldövlətlərin kiçik dövlətlər üzərindəki çirkin siyasi və iqtisadi siyasətinin nəticəsində də formalaşır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 837   Tarix: 02 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qiymətlər 30 faiz artır - Geciksəniz, DAHA ÇOX ÖDƏYƏCƏKSİNİZ

"2026-cı ildə də Yeni il ərəfəsində bölgələrdəki istirahət mərkəzlərinə tələbatın yüksək olacağı gözlənilir. Çünki rezervasiyalar əvvəlcədən həyata keçirilir. Ən azı üç ay öncədən yer sifariş edənlər daha sərfəli qiymətlər əldə edə bilirlər. Belə olduqda rezervasiyanı 10-15 faiz daha ucuz qiymət

10 oktyabr
.

Ailələrə uşaq sayına görə pul veriləcək?

Rusiyada uşağın doğulması ilə bağlı ailələrə uzunmüddətli maliyyə dəstəyi mexanizmi tətbiq olunur. Bu vəsait ailələrin mənzil, təhsil və uşağın gələcəyi ilə bağlı xərclərinin qarşılanmasına yönəldilə bilir. Azərbaycanda da uşaqlı ailələrin maddi yükünün azaldılması üçün yeni və uzunmüddətli dəstək mexanizmlərini

11 oktyabr
.

Məktəbli forması şagirdlərdə kollektivə aidlik hissini də gücləndirə bilər

"Vahid məktəbli forması şagirdlərin davranışına və məktəbdə nizam-intizama təsir edən amillərdən biri hesab oluna bilər. Eyni geyim qaydasının tətbiqi şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, məktəbin daxili qaydalarına hörmətin artmasına və daha sistemli təhsil mühitinin yaranmasına şərai

9 oktyabr
.

Pilləkəndən yıxılıb öldü

Mingəçevirdə bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, 52 yaşlı Ağdam rayon sakini Rəşan Bəşirov Mingəçevirdə yaşadığı binada pilləkəndən enərkən ehtiyatsızlıqdan yıxılıb. Baş nahiyəsindən xəsarət alan şəxs vəfat edib. Onun əvvəllər iflic xəstəliyi keçirdiyi bildirilib

10 oktyabr
.

630 minlik Lamborghini ilə bulvarda təhlükəli şou: "Hacı Həsənli" drift etdi - qaydalar yenə kənarda qaldı!

Bakının Səbail rayonunda, Dənizkənarı Bulvar ərazisində "Lamborghini Urus" markalı avtomobillə təhlükəli manevrlər etdiyi bildirilən sürücü Hacı Həsənli Ramiz oğlu barəsində başlanmış inzibati işə xitam verilib. xəbər verir ki, bu barədə -ın sosial şəbəkə hesabında məlumat paylaşılıb. Hadis

9 oktyabr
.

Lənkəranın 5 kəndinə dolu düşdü - Foto

Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb. Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dol

10 oktyabr
.

Metro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı

11 oktyabr
.

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR

Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədləri müəyyənləşdirilir. EDnews xəbər verir ki, bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Və bu günlərdə "Aqrar sahə haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində dinləmə formatınd

10 oktyabr
.

Vahid məktəbli forması ayrı-seçkiliyin qarşısını alır - AÇIQLAMA

"Məktəblərdə vahid geyim formasının tətbiqi yalnız vizual tələb deyil, həm də təhsilin dünyəvilik prinsipi və sosial bərabərlik məsələsidir. Məktəb uşaqların sosial statusundan, ailələrinin maddi imkanlarından və ya dini mənsubiyyətindən asılı olmayaraq hər bir şagirdin özünü bərabər hiss etməl

9 oktyabr