İstilik genlərimizi dəyişir: Uşaqlarımızı nə gözləyir?
Yeni araşdırma göstərib ki, qısa müddətli güclü istilər yalnız orqanizmin özünə deyil, həm də gələcək nəsillərə təsir edə bilər. Alimlər müəyyən ediblər ki, istilik stressi genlərdə özünəməxsus "yaddaş" yarada bilər və bu da nəsillərin inkişafını sürətləndirərək orqanizmin fəaliyyətini dəyişdirir.
Lent.az xəbər verir ki, tədqiqat meyvə milçəkləri üzərində aparılıb. Alimlər onları irsi dəyişiklikləri müşahidə etmək üçün əlverişli model kimi seçiblər. Eksperiment üçün sərin Finlandiyadan və isti mərkəzi İspaniyadan olmaqla iki populyasiya istifadə olunub.
İlk mərhələdə tədqiqatçılar dişi milçəkləri qısa müddət ərzində 37 dərəcə temperaturun təsirinə məruz qoyublar. Daha sonra genlərin fəaliyyətindəki dəyişikliklər araşdırılıb və məlum olub ki, istilik stressindən qorunma ilə bağlı minlərlə gen aktivləşib. Bunlara istilik şoku zülalları da daxildir. Lakin ən gözlənilməz nəticə sonradan ortaya çıxıb həmin milçəklərin nəsillərində, baxmayaraq ki, onlar heç vaxt belə ekstremal istilə məruz qalmayıblar. İspaniya populyasiyasında alimlər bir neçə nəsil sonra belə yüzlərlə gendə dəyişiklik qeydə alıblar. İstilik stressi keçirmiş milçəklərin nəsilləri daha sürətli inkişaf edib və daha tez yetkin mərhələyə çatıb.
Alimlərin sözlərinə görə, təbiətdə bu cür sürətli inkişaf bəzən yaşamaq məsələsinə çevrilə bilər. Məsələn, bu, sürfələrin həddindən artıq qızan və çürüyən meyvələr kimi təhlükəli mühitdən daha tez çıxmasına kömək edir. Tədqiqat müəllifləri hesab edir ki, bu cür nəsillərarası dəyişikliklər iqlim dəyişikliyinə uyğunlaşmada mühüm rol oynaya bilər. Orqanizm yaşamaq təcrübəsini DNT-nin özünü dəyişmədən, epigenetik mexanizmlər vasitəsilə gələcək nəsillərə ötürə bilir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1841 Tarix: 28 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMumiyanı rentgen aparatına saldılar: ŞOK OLDULAR - "YAŞAYIR"
Misirdən İtaliyaya aparılan 3 min yaşlı mumiya rentgen aparatına salınıb. xəbər verir ki, məqsəd bu şəxsin yaşayış tərzini öyrənməkdir. Yekun nəticələr araşdırmalar yekunlaşandan sonra açıqlanacaq. Alimlərin sözlərinə görə, artıq onlar indidən təəccüblənməyə başlayıblar. Məlum olub ki, mumiyanın üzərind
8 sentyabr 202156 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
16 sentyabr 2021Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər
18 sentyabr 2021Sinqapurda ilk robokop xidmətə başlayıb
Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima
6 sentyabr 2021"Google" xəritəsindən mistik görüntü - VİDEO
Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd
7 sentyabr 2021Payızın 4 trend rəngi - FOTO
Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın
8 sentyabr 2021"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR
"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir
12 sentyabr 2021İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO
Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:
15 sentyabr 2021