Toydan qızı qaçırdılar: "Bir qız ağzımı tutdu, oğlan ayağıyla..."

Toydan qızı qaçırdılar: "Bir qız ağzımı tutdu, oğlan ayağıyla..."Bərdə rayonunda 1996-cı il təvəllüdlü Əhməd şəxsi münasibətlər zəminində sevdiyi qıza - Laləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com xəbər verir ki, hadisə 9 iyun 2022-ci ildə, saat 18.30-da Bərdə rayonunun kəndində baş verib.

Əhməd yetkinlik yaşına çatmayan Laləni evlənmək məqsədilə zor tətbiq etməklə özünə məxsus VAZ 21103 markalı avtomobilə mindirib.

Bu zaman o, Lalənin sakitləşməsi üçün onun sol əlinə, sağ said nahiyəsinə, bel və sağ bazu nahiyələrinə əli ilə, sağ ayağının baş barmaq nahiyəsinə isə təpiklə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, qohumu Lalə ilə evlənmək istəyib:

"Laləni qaçırmamışdan təxminən 3-4 ay əvvəl onların evlərinə iki dəfə bibim Pərini elçi göndərdim. Valideynləri Lalənin yaşının az olduğunu, hələ orta məktəbdə təhsil aldığını bildirdilər. Qızı mənə verməyə razı olmadılar. Amma Laləni bəyəndiyim üçün əl çəkə bilmədim. Ailə qurmaq məqsədilə onu qaçırmaq qərarına gəldim".

Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 9-da kəndlərində Lalənin əmisi qızı Nərgizin toy mərasimi olarkən onlar da ailəlikcə həmin toya gediblər:

"Toyda Lalənin dayım qızı Gülərin və əmim qızı Əfsanənin yanında oturduğunu gördüm. Xalam oğlu Elçin və əmim oğlu Pərvizə Laləni qaçırmaq istədiyimi bildirdim. Onlar da mənə kömək edəcəklərini dedilər.

Əfsanəyə dedik ki, Gülərə desin, Laləni öz həyətlərinə gətirsin, ona sözümüz var. Mən maşınımı Gülərgilin həyətində saxladım. Öz aramızda razılaşdıq ki, maşında əyləşərək gözləyim, Lalə də maşının yanından keçəndə onu tutum. Əfsanə, Gülər və Lalə birlikdə toydan çıxdılar, Gülərgilin həyətinə gəldilər.

Saat 18.30-da radələrində Əfsanə, Gülər və Lalə Elçingilin yanından keçən zaman Elçin Laləyə dedi ki, bacı, bəri dur. Lalə də ona yaxınlaşan zaman Elçin və Pərviz onun belindən və qolundan tutaraq zorla maşına tərəf çəkdilər. Mən də qapını açdım və Laləni avtomobilin içərisinə doğru məcbur formada çəkdim.

Avtomobilə əyləşdirəndə Lalə oturmamaq üçün əlini çöldən tutdu. Əlimlə onun qoluna zərbə vurdum, zorla avtomobilə oturtdum.

Avtomobildə Lalənin sağ tərəfində oturdum. Lalə etirazını və narazılığını bildirdi. Qışqıranda əlimlə Lalənin qoluna, bədəninin müxtəlif yerlərinə vurdum. Ayağımla sağ ayağının barmağına vuraraq sakitləşməsini istədim. Həmin vaxt Laləyə bədən xəsarətləri yetirmişəm".

Təqsirləndirilən şəxs bildirib ki, əvvəl Laləni başqa bir rayona aparmaq istəyiblər:

"Biz yenicə kənddən çıxanda Lalənin anasının polisə şikayət etdiyini bildik. Ona görə Laləni valideynlərinə qaytarmaq qərarına gəldik.

Elçinin Mingəçevir şəhərində yaşayan bibisi Səmayə müəllimənin vasitəsilə valideynlərinə təhvil vermək üçün oraya getdik. Lalə qaçaraq başqa bir evə girdi. Polis çağırdılar. Laləni təhvil vermək üçün gözlədik. Polis gələrək bizi apardı.
Laləyə xəsarətləri kənddən çıxanda, kənddə avtomobilə mindirəndə yetirmişəm. Bərdə rayonundan çıxanda Laləni qaytarmaq barədə qərara gəldik. Bunu Laləyə deyəndən sonra sakitləşdi. Daha sonra Laləni vurmamışam. Məndən başqa Laləni heç kim vurmayıb".

Cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Lalənin sözlərinə görə, Əhməd əmisi arvadının qardaşı oğludur:

"İyunun 9-da saat təxminən 18.30-da yaşadığımız kənddə əmim qızının toyunda oldum. Əhmədin bibisi qızı Gülər dedi ki, birlikdə makiyaj etməyə gedək. Biz mağardan çıxanda Əhmədin əmisi qızı da bizimlə gəldi. Mən və Gülər tualetə girdik. Çıxandan sonra Gülər və Əfsanə ilə toy evinə qaydırdıq.

Gülərgilin evlərinin həyətində maşınlar çox idi. Maşınların arası ilə toy evinə gedəndə Elçin mənə dedi ki, bacı, bura gəl. Onun sözündən şübhələndim. Üzü Elçinə tərəf geri-geri iki addım atdım. Elçin sağ qolumdan, onun yanında olan Pərviz o biri qolumdan tutdular. Məni yaxınlıqda olan avtomobilə tərəf çəkdilər. Əfsanə də kürəyimdən məni avtomobilə tərəf itələdi.

Avtomobilə çatanda Əhməd arxa qapını açdı. Bu zaman ayağımı avtomobilin oturacaq yerinə dirədim, müqavimət göstərdim, qışqırdım. Əfsanə saçımdan, sonra saçımı buraxaraq əli ilə ağzımı tutdu.

Avtomobili Elçin sürdü, Pərviz isə qabaq oturacaqda oturdu. Mən arxa oturacaqda ortada oturdum, sağ tərəfimdə Əhməd, sol tərəfimdə isə Əfsanə oturmuşdu.

Əfsanə avtomobilə minəndə də əllərimi və qollarımı tutdu. Məni Ağdaş rayonuna aparanda yolda kimsə zəng vurdu və dedi ki, qızın anası polisə gedib".

Zərərçəkmiş qeyd edib ki, onlar yolda fikirlərini dəyişib və qərara gəliblər ki, başqa yerə getsinlər:

"Məni qaçıranda Əhməd bədənimə əli ilə vurdu, mənə xəsarət yetirdi. Yolda yalvardılar ki, əgər polis gəlsə, deyim ki, özüm getmişəm. Belə desəm məni qaytaracaqlarını söylədilər. Əvvəl inanmadım, amma and-aman etdilər.

Əhməd Mingəçevir şəhərinə tərəf sürəndə yolda kiminləsə danışdı. Dedi ki, məni oraya gətirib valideynlərimə verəcəklər. Bir müddət sakitləşdim. Məni qaçıranlar yolda düşüb su aldılar. Mən də sakitcə bir az oturdum.

Məni Mingəçevirə gətirəndə Əhmədin qohumunun evini tapa bilmədikləri üçün maşından düşüb kimdənsə soruşananda məni nəzarətsiz buraxdılar. Mən də maşından düşərək bir evə girdim. Ev yiyəsi Əhmədgilə dedi ki, polis sizi aparacaq, çıxın gedin. Amma getmək imkanları olsa da, Əhmədgil getmədilər, polisin gəlməyini gözlədilər.

Polis gəlib məni və Əhmədgili Mingəçevir polisinə apardı. Oradan da bizi Bərdə polisləri gətirdilər. Onların getmədiklərini, mənimlə bərabər polisi gözləmələrini gördükdə inandım ki, həqiqətən Əhmədgil məni ailəmə qaytarmaq üçün Mingəçevirə aparıblar".

Bu cinayət işinə Bərdə rayon Məhkəməsində baxılıb.

Məhkəmə təsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən məhkəmə Əhmədin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad olunub.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2849   Tarix: 15 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qobustanda ağır qəza - 27 yaşlı sürücü öldü

Dünən saat 23 radələrində Qobustan rayonunun Təklə kəndi ərazisində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə, sürücü 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb. Araşdırma aparılır

8 avqust
.

Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd

19 avqust
.

Leyla Əhmədova həbs olundu

Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta

8 sentyabr
.

Tovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur

Tovuz rayonunda silahlı insident baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkd

7 avqust
.

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş

5 sentyabr
.

Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı

Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2019-cu ilin apre

21 sentyabr
.

Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI

Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. -a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S.Babazad

28 avqust
.

Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...

2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqı

1 sentyabr
.

Şəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib

Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə

20 avqust