"Ramştayn-11": Ukrayna Qərbdən hansı silahları gözləyir?

"Ramştayn-11": Ukrayna Qərbdən hansı silahları gözləyir?"Yaxşı ki, bu müharibədə böyük gücə malik olan çoxlu sayda ölkələr bizə dəstək verir..."

"Ukrayna Amerikanın "F-15" və "F-16" qırıcı təyyarələrini alacağı təqdirdə işğal edilmiş əraziləri tez bir zamanda azad edə bilər..."

Ukraynanın müdafə məsələləri üzrə Təmas qrupunun növbəti iclasından Ukrayna "F-16" qırıcı təyyarələrinin verilməsi barədə qərar gözləyir.

Bu barədə Ukrayna Hava Qüvvələrinin spikeri Yuri İqnat "Yedinıye novosti" ("Vahid xəbərlər") telemarafonunun efirində bəyan edib. Məlumatı "unian.net" nəşri yayıb.

"Növbəti "Ramştayn"dan hər halda təyyarələr barədə yaxşı xəbərlər gözləyirik. Bizə bu qərar pilotların, texniklərin təlimi üzrə, döyüşün idarə edilməsi məqsədilə müəyyən addımları atmaq üçün lazımdır.

Qərar olacaqsa, o zaman "F-16" təyyarələrinin tədarükünün və silahlanmaya verilməsinin baş verəcəyi tarix bəlli olacaq", - İqnat deyib.

O, qeyd edib ki, hazırda tükənməyə yönələn müharibə gedir. "Yaxşı ki, bu müharibədə böyük ÜDM-ə, böyük hərbi gücə malik çoxlu sayda ölkələr bizə dəstək verir", - İqnat vurğulayıb.

Onun sözlərinə görə, Qərbin Ukraynaya tez yardım edilməsi üçün belə məsrəflərə və silahlandırmağa hazır olmamağına rəğmən, hazırda tədarük gücü artmaqdadır.

O cümlədən, İqnat məlumat verib ki, Almaniyadan raketlərlə birgə "IRIS-T" sistemlərinin gücünün artırılması gözlənilir. O, qeyd edib ki, "IRIS-T" son dərəcə güclü sistemdir və faktiki olaraq bütün hədəfləri vurub.

İqnat həmçinin qeyd edib ki, Norveç və ABŞ tərəfindən "NASAMS" batareyalarının tədarükü elan edilib və onlar hissə-hissə Ukraynaya gətiriləcək.

O, qeyd edib ki, Pasxadan sonra "Patriot" sistemlərinin veriləcəyi gözlənilir. Ukraynaya həmçinin "SAMP-T" HHM sistemlərinin daxil olacağı gözlənilir.

O, xatırladıb ki, "Patriot" və "SAMP-T" kompleksləri böyük məsafələrdə Rusiya aviasiyasını vura bilir.

"Ramştayn-11" və aviasiyanın verilməsi-bəlli olanlar

Ukraynanın müdafiəsi üsrə Təmas qrupunun növbəti, 11-ci iclası aprelin 21-də "Ramştayn" hərbi-hava bazasında keçiriləcək.

İlkin iclas videoformatda baş tutub. ABŞ müdafiə naziri Lloyd Ostin "Ramştayn" formatında beynəlxalq koalsiyaya Ukraynanın müdafiəsinin güclənəndirilməsi üzrə öhdəlikləri tez bir zamanda və dolğun icrasına çağırış edib.

Ukrayna Qərb tərəfdaşlarından müasir "F-16" qırıcılarının verilməsini xahiş edir, lakin bu barədə qərar nə ABŞ, nə də digər ölkələr tərəfindən qəbul edilməyib.

Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələrinin komandanı Yuri İqnat bəyan edib ki, Ukraynanın müdafiə qüvvələri NATO üzvü olan ölkələrin malik olduğu Amerikanın "F-15" və "F-16" qırıcılarını alacağı təqdirdə işğal edilmiş əraziləri tez bir zamanda azad edə bilər.

Onun sözlərinə görə, ukraynalı hərbi təyyarəçilər yarım ildən az müddət ərzində "F-16" təyyarələrində uçmağı öyrənə bilər.

Aprelin 6-da bəlli olub ki, iki ukraynalı pilot ABŞ-ın müasir qırıcılarında testlərdən uğurla keçib.

Aprelin 11-də Danimarkanın müdafiə naziri vəzifələrini icra edən Troels Lund Poulsen bəyan edib ki, Ukraynaya "F-16" təyyarələrinin verilməsi qərarı müttəfiq ölkələrlə birgə qəbul edilməlidir.

Moderator.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1671   Tarix: 15 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Rus ordusu Annopolyeni işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Annopolye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

8 oktyabr
.

Süni intellekt kosmosda həyat əlamətlərini aşkar etməyə kömək edəcək

Kosmosda həyat əlamətlərini aşkar etmək üçün günəş sistemimizdə və ondan kənarda onların diqqətlə araşdırılması tələb olunur. Lakin, bu cür aşkarlama qabiliyyətinə malik həssas, lakin kompakt texnologiyaların hazırlanması olduqca çətin bir iş olmuşdur. xəbər verir ki, Osaka Universitetinin tədqiqatçılar

10 oktyabr
.

Ərəblərin milyonlarla dollar xərclədiyi 5 lüks alış

Ərəb dünyasının varlı şəxslərinin milyonlarla dollar dəyərində alışları diqqət çəkir. Onların arasında rekord qiymətə alınan avtomobil nömrəsi, lüks yaxta və dünya şöhrətli rəsm əsəri də var. Axşam.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda ərəb milyarderlərinin və şahzadələrinin ən bahal

10 oktyabr
.

Zelenski: Zaporojyeyə zərbə nəticəsində 12 nəfər ölüb

Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 3-ü uşaq olmaqla 12 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə, daha 14 nəfər yaralanıb, onlardan 2-si kritik vəziyyətdədir. Zelenski əlavə edib ki, hadisə yerind

10 oktyabr
.

Dünyanın ən çirkli havaya sahib şəhəri bəlli oldu

Dünyanın ən zəngin şəhərlərindən biri olan Sinqapur qonşu İndoneziyada baş verən yanğınların yaratdığı sıx və zəhərli tüstü səbəbindən dünyanın havası ən çirkli şəhərləri siyahısında birinci yerə yüksəlib. Qaynarinfo xəbər verir ki, İndoneziyada davam edən meşə yanğınlarından yayılan zəhərli tüstü avqus

9 oktyabr
.

ABŞ İrana yenidən zərbə endirəcək? - Pentaqon hazırlıq əmrini verdi

ABŞ və İran arasında müharibə ilə bağlı gərginlik yenidən artır. Reuters-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Mərkəzi Komandanlığa İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyatların planlaşdırılmasını yekunlaşdırmaq barədə göstəriş verib. Bununla belə, ABŞ Prezidenti Donald Trampın yen

8 oktyabr
.

Makron istefa verdi

Fransa Prezidenti Emmanuel Makron istefa verib. xarici mediaya istinadən xəbər verir ki, Fransada son günlər baş verən kütləvi etirazlar fonunda Emmanuel Makronun istefa verdiyi bildirilir

9 oktyabr
.

Türkiyədə uşaqlar üçün sosial media qadağası rəsmiləşdi

Türkiyədə noyabrın 1-dən etibarən uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər tətbiq ediləcək. xəbər verir ki, bu barədə müvafiq qərara istinadən "Resmi Gazete" məlumat yayıb. Sənədə əsasən, sosial media platformaları 15 yaşından kiçik olanlara xidmət göstərə bilməyəcək

10 oktyabr
.

Zelenski: Ukrayna yaxın günlərdə F-16 üçün Finlandiyadan döyüş sursatları alacaq

Ukrayna yaxın günlərdə F-16 qırıcı təyyarələri üçün Finlandiyadan döyüş sursatları alacaq. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə telefon danışığının yekunlarına dair bildirib. "Hava məkanımızın müdafiəsi üçü

10 oktyabr