"Anam məni zorla özümdən 20 yaş böyük kişiyə ərə verdi..." - FOTO

"Anam məni zorla özümdən 20 yaş böyük kişiyə ərə verdi..." - FOTO"Çox kasıb ailədə dünyaya göz açmışam. 3 qardaşın bir bacısı olmuşam. 17 yaşıma çatanda anam mənə dedi ki, "bir kişi tapıb səni ərə verim, o kişi də bizə baxsın". Dedim ki, "ay ana, nə kişi, mən oxumaq istəyirəm". Anam işləyirdi, dedim ki, "mən də işləyim, ikimiz birləşək, qardaşlarımı saxlayaq, böyüdək". Mən deyənə qulaq asmadı. O kişini tapıb üstümə gətirdi. Kişi məndən 20 yaş böyük idi. Anam zorla, döyə-döyə məni "zaqs"a göndərdi. Ağzımı aça bilmirdim. "Zaqs"da bir yaşlı kişi oturmuşdu. Dedi ki, bu necə olur? Ondan sənə ər, səndən də ona arvad olmayacaq".

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, Akademik Musiqili Teatrın aktrisası Səmayə Musayeva deyib.
"Anam məni zorla özümdən 20 yaş böyük kişiyə ərə verdi..." - FOTO"Oğlum Mehmanı dünyaya gətirdim. Qanım zəhərlənmişdi, ölümlə üz-üzə idim. Kişi dedi ki, "mənim pulum, filan yoxdur. Get ona bax!" Nə edə bilərdim ki? Anam məni məhv etdi. Evdə şikayətlənən kimi anam deyirdi ki, "bu taleyi sənə Allah yazıb, məndən nə istəyirsən?!" Anam o kişini evə gətirməklə mənim həyatımı məhv etdi. Çox arzularım var idi. Deyirdim ki, oxuyaram, işləyərəm. Universitetə 25 yaşında daxil oldum. O kişi anamı dilə tutub, əməlli-başlı aldatmışdı. Guya ki, pulu çoxdur, işləyib bizə kömək edəcəkdi. Ayrılandan sonra gəldiyi kimi də, çıxıb getməyi bir oldu. Ondan sonra ailə həyatı qurmadım. Kim dəqiq deyə bilərdi ki, ikinci ailə birincidən yaxşı ola bilər? Sənətim həyatıma heç vaxt mane olmayıb. Əksinə sənətimlə ucalmışam, tanınmışam, sevilmişəm", - deyə sənətkar bildirib.
Aktrisa bildirib ki, hər zaman teatrda "Arşın mal alan"da Telli obrazını oynamaq istəyib.

"Gənclik illərimdə hər zaman bu rolu oynamağı arzu etmişəm. Hələ heç aktrisa deyildim, bu roldan çox xoşum gəlirdi. Telliyə oxşar çox rollarım olsa da, Tellini oynamaq mənə qismət olmayıb. Mən daha çox dramatik obrazları sevirəm. Bu gün ayaqlarım demək olar ki, tutulub. Yeriməkdə çətinlik çəkirəm. Evin içində özümü güc-bəla ilə idarə edirəm. Filmdə çəkilmək üçün dəvətlər gəlir, amma səhhətimə görə çəkilə bilmirəm. Serial həm də uzun prosesdir. 47 il fasiləsiz Akademik Musiqili Teatrda çalışmışam. Mənimki teatrdır, çünki tamaşaçı ilə canlı ünsiyyət daha rahatdır", - deyə aktrisa bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2735   Tarix: 18 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hər bayram öncəsi hiss etdiyimiz sevincin psixoloji izahı nədir? - AÇIQLAMA

Bayram günləri yaxınlaşanda havada qəribə bir yüngüllük yaranır. Küçələr bəzədilir, evlərdə hazırlıq gedir, insanlar bir-birinə daha çox zəng edir. Sanki gündəlik həyatın ağırlığı bir qədər kənara çəkilir. Bəs bu sevinc hissinin psixoloji izahı nədir?. Psixoloq G.Qədirli bu barədə -a açıqlama verib:

27 fevral
.

AMEA-nın Rəyasət Heyəti ləğv edilir

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ləğv edilir və qurumun idarəetmə strukturu tamamilə yenidən formalaşdırılacaq. -a istinadən xəbər verir ki, bu qərarı doğuran əsas səbəb dünyada analoji modelin faktiki olaraq tətbiq edilməməsi və elmi idarəetmənin fərqli mexanizmlər üzərindən qurulmasıdır

27 fevral
.

"Hakan Ustaa SHEFZadə" restoranı vergidən necə yayınır?

20 Yanvar metrosu ətrafında fəaliyyət göstərən bəzi kafe və restoranlarda posterminalların olmaması ilə bağlı narazılıqlar artır. XALQ-ın məlumatına görə, ölkədə vergidən yayınma üsullarından biri kimi ticarət, iaşə obyektlərində və restoranlarda posterminalların quraşdırılmaması halları göstərilir

27 fevral
.

Martın ilk gününün hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında martın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və axşam bəzi yerlərdə havanın az yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləy

28 fevral
.

Milli Məclisin plenar iclası başlayıb

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. xəbər verir ki, iclasın gündəliyində Əmək Məcəlləsində, "Təhsil haqqında" və "Mədəniyyət haqqında" qanunlarda dəyişiklik layihələrinin birinci oxunuşda müzakirəsi daxil olmaqla, ümumilikdə, 9 məsələ var. Plenar iclas

27 fevral
.

Poladəritmə sexində partlayış, 3 fəhlə xəsarət aldı

Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində yerləşən poladəritmə sexində partlayış hadisəsi baş verib. "Report"un yerli bürosu məlumat verir ki, sexdə quraşdırılmış sobanın partlaması nəticəsində orada fəhlə işləyən 1994-cü il təvəllüdlü İsmayılov Elməddin Nurəddin oğlu, 1989-cu il təvəllüdl

27 fevral
.

"Uniklinika"da nöqsanlar aşkarlanıb

Bir neçə gün əvvəl Bakı şəhərində fəaliyyət göstərən "Uniklinika" adlı özəl tibb müəssisəsinin külli miqdarda vergi borcu yarandığına dair məlumat yaymışdıq. Belə ki, vergi uçotuna "Unikal-A" MMC adı ilə alınan "Uniklinika"nın dövlətə 245 min 734 manat vergi borcu mövcuddur

27 fevral
.

Bakı-Dubay və Bakı-Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən geri qayıdıb

Azərbaycan Hava Yolları aviaşirkətinin J2-011 nömrəli Bakı-Dubay və J2-1091 nömrəli Bakı-Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb. xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib. Qeyd olunub ki, Bakı-Dubay reysi Heydər Əliye

28 fevral
.

Bakıda bu şəxslərin binaları TƏMİR OLUNACAQ

Bakı şəhərində keçmiş məcburi köçkünlərin yaşadığı binalarda cari təmir işləri görüləcək. -in Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyətindən əldə etdiyi məlumata görə, layihənin ehtimal olunan dəyəri 431 179,08 manat təşkil edəcək. Qeyd edə

27 fevral