Pendir yeyən Pender 28 kilo arıqladı - FOTO

Pendir yeyən Pender 28 kilo arıqladı - FOTOBöyük Britaniyanın Hetfild şəhərinin 36 yaşlı sakini Alan Pender pendir yeməklə 28 kiloqram arıqlayıb.

BiG.AZ xəbər verir ki, bu barədə "Daily Express" yazır.

Alan əvvəllər tərkibində yüksək miqdarda qlüten olan məhsullarla qidalandığını və gün ərzində dörd minədək kilokalori qəbul etdiyini bildirir. Bundan başqa, o, mütəmadi olaraq spirtli içki qəbul etdiyini, hətta dostlarıyla yığışdıqda bir butulka viski və 10 krujka pivə içdiyini etiraf edib.

Koronavirus pandemiyası dövründə Pender evdə hərəkətsiz qaldığı üçün çəkisi 107 kiloqrama çatmışdı. Bu zaman Alan rasionundan qlüteni çıxararaq keto-diyetaya (karbohidratların minimum dərəcəyə endirildiyi pəhriz rejiminə) başlamaq qərarına gəlib.

Səhərlər o, 200 qram bərk pendir yeyir, günorta yeməyinə özüylə işə 250 qram dilimlənmiş pendir aparır. Elə axşam da həyat yoldaşı ilə birlikdə bir boşqab (1,2 kiloqram) pendir yeyərək üzərindən bir stəkan su içir.

Hazırda Penderin çəkisi 79 kiloqramdır. O, eyni qida rejimini hələ də davam etdirir və mütəmadi olaraq idman zalında məşq edir.

Alan etiraf edir ki, çox miqdarda yağ qəbul etmək sağlamlığa ziyan vura bilər, lakin o dayanmaq fikrində deyil:

"Biz bundan heç vaxt bezmərik. Eşitmişəm ki, pendir yedikdə "A" sinfindən olan narkotiklər qədər asılılıq yaradan narkotik maddə ifraz olunur".

Pender bildirir ki, aşpaz kimi çalışan xanımı bəzən tərəvəzli balıq və ya ət hazırlayır, lakin onlar bu halda da yeməyin yanında pendirli sousdan istifadə edirlər.

Qeyd edək ki, Alan pandemiya dövründə Pirs Morqan, İlon Mask və Con Kliz kimi məşhurlardan onların sevdikləri pendir növü haqqında soruşmaqla məşhurlaşmışdı.

Pendir yeyən Pender 28 kilo arıqladı - FOTOPendir yeyən Pender 28 kilo arıqladı - FOTOPendir yeyən Pender 28 kilo arıqladı - FOTOPendir yeyən Pender 28 kilo arıqladı - FOTOPendir yeyən Pender 28 kilo arıqladı - FOTOPendir yeyən Pender 28 kilo arıqladı - FOTO


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1978   Tarix: 19 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk

Əfqanıstanın paytaxtı Kabil 2030-cu ilə qədər yeraltı su ehtiyatlarını tamamilə tükəndirən ilk müasir şəhər olmaq riski ilə üzləşib. "Qafqazinfo" xəbər verir ki, CNN-in "Prosper Global" təşkilatının hesabatına istinadən yaydığı məlumata görə, şəhərdə artıq bəzi ərazilərdə su çatışmazlığ

8 oktyabr
.

Tramp Vitkoffun İran məsələsinin həlli üzərində işlədiyini bildirib

ABŞ prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoffun İran böhranının həlli üçün fəal şəkildə çalışdığını açıqlayıb. xəbər verir ki, Tramp Texasda keçirilən seçki kampaniyası mitinqində çıxış edərkən bildirib ki, "O, İranla razılaşma üzərində işləyir". Onun sözlərinə görə, İran tərəf

8 oktyabr
.

ABŞ Panamada baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edib

ABŞ-ın Kosta Rikadakı səfirliyinin məlumatına görə, Panamada 7,7 bal gücündə zəlzələ baş verib . xəbər verir ki, ABŞ-ın Sunami Xəbərdarlıq Sistemi Mərkəzi Amerikanın Sakit okean sahillərinin əksər hissəsində, eləcə də Kolumbiya, Kosta Rika, Ekvador, Peru, Nikaraqua, Qvatemala, El Salvador və Meksikad

10 oktyabr
.

Yunanıstanda neft emalı zavodunda partlayış olub - yaralılar var

Yunanıstanın Aqioi-Teodori şəhərində "Motor Oil" şirkətinə məxsus neft emalı zavodunda partlayış baş verib. Bu barədə "Skai" telekanalı müəssisənin Mətbuat xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki, qəza nəticəsində 2 nəfər yaralanıb. İnsident yerli vaxtla saat 11:00-da (Bak

9 oktyabr
.

Ermənistanda hərbçi güllələnərək öldürülüb

Ermənistan silahlı qüvvələrində xidmət edən A.Q. adlı hərbçinin odlu silahdan açılan atəş nəticəsində aldığı yara ilə meyiti tapılıb. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan özünün "Telegram" kanalında məlumat paylaşıb. Onun sözlərinə görə, hazırd

10 oktyabr
.

Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"

"Bu gün Mərkəzi Asiya və Azərbaycan haqlı olaraq Avrasiyada inkişaf və geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləri hesab olunurlar". "Report"a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikası və Mərkəzi Asiya dövlət başçılarının 8-c

8 oktyabr
.

76 ilin iqlim rekordu qırıla bilər - "El Nino" ilə bağlı xəbərdarlıq

Tropik Sakit Okeanda təsirini artıran güclü "El Nino" iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin "çox güclü" ola biləcəyi barədə xəbərdarlıq edirlər. "El Nino" göstəricilərinin ölçüldüy

7 oktyabr
.

Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın 2028-ci ildə ilk dəfə olaraq Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik etmək qərarını tarixi hadisə adlandırıb. BELTA-ya istinadən xəbər verir ki, Belarus lideri bu barədə Türkmənistanda keçirilən MDB sammitində çıxışı zamanı bildirib. "Təşkilatımızı

9 oktyabr
.

Rus ordusu Annopolyeni işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Annopolye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

8 oktyabr