Havada dəm qazının normadan artıq olması hansı fəsadlara səbəb ola bilər? - ARAŞDIRMA

Havada dəm qazının normadan artıq olması hansı fəsadlara səbəb ola bilər? - ARAŞDIRMAEkologiya və Təbii Sərvətlər Nazirliyindən son verilən məlumata görə, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərində dispers toz hissəciklərinin miqdarı normadan 1.8, dəm qazı 1.7 dəfə artıq müəyyən edilib.

Bakıda havada dəm qazının normadan artıq olması hansı fəsadlara səbəb ola bilər?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov dedi ki, dəm qazının normadan artıq olması ilə bağlı göstərici yalnız günün pik saatlarında müşahidə edilir:

"Atmosfer havasının monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami və Nərimanov rayonlarında hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir. Gündəlik olaraq stansiyalardan əldə olunan 24 saatlıq ölçmə məlumatlarının təhlili aparılır. Təhlil nəticələrinə əsasən, atmosfer havasının günlük qiymətləndirilməsi həyata keçirilir. Gündəlik fasiləsiz həyata keçirilən müşahidə məlumatlarına əsasən demək olar ki, atmosfer havasını çirkləndirən qaz qarışıqları sutkalıq qatılıq həddini keçmir. Yalnız günün pik saatlarında şəhərin iri prospektlərində nəqliyyatın intensiv hərəkəti ilə əlaqədar olaraq dəm qazının miqdarı cüzi də olsa, saatlıq normadan çox ola bilir".

N.Mahmudov bildirdi ki, Bakı şəhərində havanın çirkləndirilməsinin təxminən 70 faizi nəqliyyatın payına düşür:

"Bu sahə üzrə daha mütərəqqi metodların tətbiqi, köhnəlmiş maşınların istismardan çıxarılması, təbiətə dost nəqliyyat vasitələrindən istifadə, elektromobillərin, hibrid nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi, sıxılmış qazla işləyən avtomobillərin sayının artırılması, dizel yanacağı ilə işləyən nəqliyyat vasitələrinin minimuma endirilməsi, mühərriki kiçik həcmli avtomobillərə üstünlük verilməsi daha məqsədli görünür. Bunlara riayət olunarsa, nəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin azalması müşahidə olunacaq".

İdarə rəisinin sözlərinə görə, bu məsələdə yaşı 10 ildən artıq minik avtomobillərinin gətirilməsinin məhdudlaşdırılması ilə bağlı qərarın rolu çox olacaq:

"Bu gün Azərbaycanda istehlak olunan avtomobillərin 80 faizindən çoxunun yaşı 10 ildən, 20 faizindən çoxunun yaşı isə 30 ildən artıqdır. Nazirlər Kabinetinin yeni qərarı həm avtomobil parkının köhnəlməsinin qarşısını alacaq, həm də avtomobil sektorunun insan sağlamlığına, ətraf mühitə mənfi təsirinin azaldılmasına şərait yaradacaq".

Ekoloq Rövşən Abbasov dedi ki, havanın çirkləndirilməsində tək avtomobillər yox, digər səbəblər də rol oynayır:

"Bakı şəhərində havada dəm qazının artıq olmasının əsas səbəbi avtomobillərdəki aşağı keyfiyyətli yanacaqdır. Həmçinin, tək avtomobillər yox, kombi sistemləri də təsir edir. Digər səbəb restoranlarda, digər ictimai iaşə müəssisələrində yanacaq yanması nəticəsində atmosferə külli miqdarda dəm qazının daxil olmasıdır".

R.Abbasovun fikrincə, yollardakı maşınları azaltmağın yolu ictimai nəqliyyatdır:

"Əlverişli ictimai nəqliyyat olarsa, avtomobillərin sayı azalar və beləliklə atmosferdə dəm qazının ümumi konsentrasiyası da aşağı düşər".

Ekoloqun sözlərinə görə, hazırda Azərbaycanda hava keyfiyyətinin yaxşılaşdırılması üzrə geniş dövlət proqramı da var:

"Avtomobillərdə "Avro 4" standartı tətbiq olunması gözlənilir. Yaxşı xəbər odur ki, ölkəmizə idxal olunan elektrik avtomobillərinə gömrük rüsumları kəskin azaldılıb. Bu ümid verir ki, yaxın gələcəkdə elektrik avtomobilləri getdikcə artacaq və bu da dəm qazının azalmasına səbəb olacaq".

"Səma və Eko" sosial-iqtisadi inkişafa yardım İctimai Birliyinin sədri İradə Həsənovanın fikrincə, Bakının havasında dəm qazının artmasının səbəbləri müxtəlif ola bilər:

"Səbəblərdən biri son zamanlar yanğınların çox baş verməsidir. Digər səbəb zavodlardan havaya buraxılan qazlardır. Məsələn, "Koroğlu" metro stansiyasına yaxın ərazilərdə bəzi zavodlar var ki, onlardan gecələr çox kəskin qoxu yayılır. Gecə saat 3-dən sonra bu, daha çox hiss edilir. Havanı zəhərləyən digər amil restoranlardır. Restoranlar, şadlıq evlərinin sayı hər gün artır. Onlarda qoruyucu qurğu quraşdırılmalıdır ki, havaya zərərli qazlar, tüstülər buraxılmasın".

İ.Həsənova qeyd etdi ki, yaşıllıqların artırılması havanın çirklənməsinin qarşısını alacaq:

"Bakıda yaşıllaşdırma işlərinə çox ciddi nəzarət edilir. Yəni yaşıllıqlar, parkların sayı getdikcə artırılır. Hətta binaları söküb parklar salırlar. Yaşıllaşdırma, ən çox da şam ağacları artırılmalıdır. Çünki şam ağacları havaya çoxlu oksigen buraxır".

Həkim-pulmonoloq Əsəd Beydullayev dedi ki, dəm qazının artması nəticəsində oksigen azlığı yaranır və bu, orqanizmə ziyan vurur:

"Davamlı tıxaclarda işləyən mühərriklərdən çıxan dəm qazı havaya qarışır. Az da olsa, havaya qarışmış dəm qazı qanla birləşir və hipoksiya - oksigen azlığı meydana çıxır. Bu da başağrılarına, halsızlığa, gözlərdə yanma, qaşınma, burun qıcıqlanmasına gətirib çıxarır".

Ə.Beydullayev bildirdi ki, insanların skuterə, velosipedə, piyada gəzintiyə üstünlük vermələri çox vacibdir. Belə olarsa, havanın zəhərlənməsi daha da azalar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 824   Tarix: 22 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind

9 oktyabr
.

Telefonların enerjisi gecə niyə azalır?

Bir çox istifadəçi axşam 100 faiz enerji ilə şarj etdiyi smartfonunun səhərədək 5-12 faiz enerji itirməsi ilə qarşılaşır. Telefon istifadə edilməsə belə, batareyanın boşalmasına arxa planda işləyən xidmətlər, ekran parametrləri və mobil şəbəkənin zəif olması səbəb ola bilər. Qaynarinfo xəbər verir ki

10 oktyabr
.

Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi

"Təhsil yalnız bilik və bacarıqların öyrədilməsi ilə məhdudlaşmır. Məktəb həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, milli-mənəvi dəyərləri mənimsədiyi, intizam, məsuliyyət və qarşılıqlı hörmət kimi keyfiyyətlər qazandığı mühüm ictimai mühitdir. Bu baxımdan məktəblilərin vahid məktəb formasınd

9 oktyabr
.

Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı

Qəbələdə Yeni il şənliyi zamanı "Şaxta baba" obrazında olan şəxsi döyməkdə təqsirləndirilən "Fortuna Boutique Hotel"in sahibi Samir Abdullayev barəsində inzibati tənbeh tətbiq edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə qərarına əsasən, 1985-ci ildə Yevlax şəhərində anadan olan, al

8 oktyabr
.

Masazırda 4 avtomobil külə döndü - Video

Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb. Hadisə "Yeni Bakı" yaşayış massivində yerləşən yaşayış komplekslərindən birinin həyətində baş verib. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə FHN-i

10 oktyabr
.

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya liderlərinin görüşündən sonra ziyafət təşkil olunub - VİDEO

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. Dövlət başçıları və tədbir iştirakçıları üçün təqdim olunan konsert proqramında müxtəlif musiqi və səhnə nümunələri nümayiş etdirilib. Konsert proqramında

8 oktyabr
.

Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda bəzi kolleclərin universitetlərin tərkibinə daxil edilməsi, digərlərinin isə ləğv olunması nəzərdə tutulur. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərovun açıqlamasına görə, kolleclərin profilinə uyğun ali təhsil müəssisələrinə inteqrasiyası istiqamətində işlər aparılır

9 oktyabr
.

Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü

Azərbaycanda bu gündən etibarən ov mövsümü açıq elan edilib. xəbər verir ki, bu barədə qərar "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın iclasında qəbul edilib. Ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatlar

10 oktyabr
.

Vahid məktəbli forması: Məqsəd intizam yaratmaqdır

Məktəbdə vahid geyim qaydalarına əməl olunması yalnız xarici görünüş məsələsi deyil, eyni zamanda təhsil mühitində nizam-intizamın, məsuliyyətin və qarşılıqlı hörmətin formalaşdırılması baxımından əhəmiyyətlidir. Məktəbli forması şagirdlər arasında sosial fərqlərin geyim üzərindən qabardılmasının qarşısın

9 oktyabr