Xəzər sahilində 10 tona yaxın tullantı təmizlənərək utilizasiya olunacaq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Dəniz və Liman Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə "Xəzəri qoruyaq" adlı ekoloji aksiyaya start verilib.
Üç gün davam edəcək aksiya ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbirlər çərçivəsində təşkil olunub.
Layihənin məqsədi ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm verən ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, cəmiyyətdə ekologiyaya diqqət mədəniyyətinin təbliğinə töhfə vermək, eləcə də son illər Xəzər dənizində suyun azalması probleminə diqqəti çəkməkdir.
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ekoloji problemlərin həllini daim diqqətdə saxlayıb, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi qayğı ilə yanaşıb.
Ekoloji aksiya zamanı Xəzər dənizində suyun səviyyəsinin azalması səbəbindən sahilboyu hissədə üzə çıxan 10 tona yaxın tullantının təmizlənərək utilizasiya olunması nəzərdə tutulub.
"Xəzəri qoruyaq" ekoloji aksiyasına "İnnovasiya Könüllüləri Təşkilatı"nın könüllülər qrupu da qoşulublar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 962 Tarix: 22 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind
9 oktyabrTelefonların enerjisi gecə niyə azalır?
Bir çox istifadəçi axşam 100 faiz enerji ilə şarj etdiyi smartfonunun səhərədək 5-12 faiz enerji itirməsi ilə qarşılaşır. Telefon istifadə edilməsə belə, batareyanın boşalmasına arxa planda işləyən xidmətlər, ekran parametrləri və mobil şəbəkənin zəif olması səbəb ola bilər. Qaynarinfo xəbər verir ki
10 oktyabrQəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı
Qəbələdə Yeni il şənliyi zamanı "Şaxta baba" obrazında olan şəxsi döyməkdə təqsirləndirilən "Fortuna Boutique Hotel"in sahibi Samir Abdullayev barəsində inzibati tənbeh tətbiq edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə qərarına əsasən, 1985-ci ildə Yevlax şəhərində anadan olan, al
8 oktyabrMasazırda 4 avtomobil külə döndü - Video
Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb. Hadisə "Yeni Bakı" yaşayış massivində yerləşən yaşayış komplekslərindən birinin həyətində baş verib. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə FHN-i
10 oktyabrAzərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Azərbaycanda bu gündən etibarən ov mövsümü açıq elan edilib. xəbər verir ki, bu barədə qərar "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın iclasında qəbul edilib. Ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatlar
10 oktyabrVahid məktəbli forması: Məqsəd intizam yaratmaqdır
Məktəbdə vahid geyim qaydalarına əməl olunması yalnız xarici görünüş məsələsi deyil, eyni zamanda təhsil mühitində nizam-intizamın, məsuliyyətin və qarşılıqlı hörmətin formalaşdırılması baxımından əhəmiyyətlidir. Məktəbli forması şagirdlər arasında sosial fərqlərin geyim üzərindən qabardılmasının qarşısın
9 oktyabr