Ekspert: "Tütün aludəçiliyi cibimizə 75 milyon dollarlıq zərər vurur"

Ekspert: "Tütün aludəçiliyi cibimizə 75 milyon dollarlıq zərər vurur"Tütün məhsullarının mütəmadi qiymət artımını müşahidə edirik. Son bir neçə ildə bu məhsulların qiymətində ən azı iki dəfə bahalaşma qeydə alınıb. Sonuncu qiymət artımı isə martın sonlarında baş verdi. Bəs qiymət artımı siqaretə aludəçiliyin qarşısını almaqda nə dərəcədə effektlidir?

Ölkədə siqaret yenidən bahalaşıb. 4 manata qədər olan siqaretlərin qiymətində 10, daha baha olanlarda isə 20 qəpik artım qeydə alınıb. Ümumiyyətlə, son 3 ildə siqaretin qiyməti tez-tez dəyişir. Təbii ki, bu artım siqaret çəkənləri narahat edir. Amma onlarla yanaşı, bu bahalaşmaya pozitiv yanaşanlar da var. Düşünürlər ki, qiymət artımı siqaret istifadəçilərinin də sayını azaldar. Bəs bahalaşmanın səbəbi nədir? Ümumiyyətlə, qiymət artımı siqaretdən istifadə edənlərin sayını azaldırmı?

"Kaspi" qəzeti bu və digər suallara cavab tapmaq üçün sahənin ekspertlərinin rəyini öyrənib.

"Müştərilərim daha çox gənclərdir"

Əvvəlcə siqaret satıcısı ilə söhbətləşirik. Siqaretin ən çox satılan və tez bitən məhsullardan olduğunu deyir: "Qiymət bahalaşdıqda, imtina edənlər də olur, siqaretini dəyişib daha ucuza keçənlər də. Müştərilərim daha çox gənclərdir. Mənə elə gəlir ki, gənclər yaşlı nəslin nümayəndələrindən çox siqaret çəkirlər".

Bahalaşanda daha çox çəkirəm

Tofiqin 45 yaşı var, günə 2 qutu siqaret çəkir. Zərərli olduğunu bilir, qutunun üzərində "sağlamlığınıza ziyandır" yazılsa da, imtina etmir: "Ay ərzində siqaretə 250 manata yaxın pul xərcləyirəm. Həm canıma ziyandır, həm də cibimə. Amma nə qədər bahalaşsa da, imtina edə bilmirəm. Sanki bahalaşanda əsəbiləşib, daha çox çəkirəm".

Elçin isə elə ilk bahalaşmadan siqaretdən imtina edib: "Məktəb illərindən çəkməyə başladım. Düzü, o vaxt lovğalanmaq üçün istifadə edirdik. Sağlamlığımıza və cibimizə bu qədər ziyanlı olması bizi maraqlandırmırdı. Qiymət bahalaşanda, ondan imtina etdim. 1 ay siqaretə pul verməyin, cibinizə və canınıza nə qədər faydalı olacağını görəcəksiniz".

Siqaretin bahalaşması istifadəçilərin sayını azaldıb

İqtisadi ekspert Eldəniz Əmirov deyir ki, siqaret çəkdiyi illərdə belə, bu məhsulların və spirtli içkilərin qiymətinin qalxmasına heç vaxt təəssüf etməyib. Mütəxəssis düşünür ki, qiymətin qalxması istifadəçilərin sayının azalmasına müsbət təsir edir: "Yəqin oxuculardan irad bildirənlər olacaq ki, axı bahalaşsa da, almağa məcburam. Xeyr, heç kim məcbur deyil. Fakt budur ki, siqaret bahalaşandan sonra bu vərdişdən imtina edənlərin sayı xeyli artır. ÜST-ün hesabatında da Azərbaycanda siqaret çəkənlərin sayında azalma tendensiyası olduğu bildirilir".

75 milyon dollarlıq zərər

Mütəxəssisin sözlərinə görə, tütün aludəçiliyi tək canımıza deyil, cibimizə də 75 milyon dollarlıq zərər vurur: "İl ərzində Azərbaycandan müxtəlif ölkələrə təxminən 16 milyon dollar dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac, 91 milyon dollar dəyərində isə idxal edilib. Aldıqlarımızla satdıqlarımız arasında 75 milyon dollar fərq var. İdxal əməliyyatlarında əsas malların xüsusi çəkisində bu məhsulların payı 0.78 faiz olub. Yəni idxal üçün hər 100 manatdan 78 qəpiyi siqaretin payına düşür".

Qiymət artımında məqsəd siqaret çəkənlərin sayını azaltmaq deyil

"Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Rövşən Şərifov isə düşünür ki, qiymət artımı siqareti tərgitməyə vadar etmir: "Böyük artım olsa, bəlkə kiminsə pulu çatmaz. Amma 10, 20 qəpik yaxud 2 manat artım, inanmıram ki siqaret çəkənlərdə imtinaya səbəb olsun. Qiymət sosioloji tədqiqat məqsədi ilə də artırılmayıb. Bəli, insanların sağlamlığının qeydinə qalmaq hər birimizin ümdə vəzifəsidir. Amma buradakı qiymət artımında məqsəd siqaret çəkənlərin sayını azaltmaq deyil".
Tütün istehsalında problem var

Mütəxəssis də qiymətlərin bahalaşmasını normal hesab edir: "Çünki siqaret bir neçə hissədən ibarətdir. Tütün, üzərindəki kağız, yazılar, pambıq filtr və qablaşması - bu tərkiblərin heç biri Azərbaycanda istehsal olunmur. Müəssisələrimiz var, lakin istehsal üçün lazım olan xammal xaricdən gəlir. Biz bu sahədə də idxaldan asılıyıq. Xaricdə dəyişiklik olan kimi bizə də təsir edir. İstənilən qədər tütün istehsal edə bilmirik".

"Rusiya və Gürcüstanla müqayisədə bizdə ucuzdur"

Siqaret firmalarından birində çalışan menecer Ayxan Şıxlı deyir ki, siqaretin bahalaşması normaldır. Çünki dövlət siqaretlərə tətbiq olunan aksizi ilbəil planlı şəkildə artırır: "Bunun əsasında piştaxtaya gəlib çıxan siqaretin qiymətində də artım müşahidə olunur. Bu, qlobal olaraq hər yerdə gedən normal prosesdir. Bundan əlavə, inflyasiya, son dövrdə dünyada gedən proseslər, logistikanın çətinləşməsi və xeyli bahalaşması martda qeyd olunan qiymət artımına səbəb oldu". A.Şıxlı deyir ki, qiymətlər bahalaşsa da, Rusiya ilə və Gürcüstanla müqayisədə bizdə nisbətən ucuzdur.

Siqaretə meyillilik məktəb illərindən başlayır

İqtisadçı ekspert Rauf Qarayev də bahalaşmanın siqaret istifadəçilərinin sayını azaldacağına inanmır. Deyir ki, qiymətlərin baha olmasına baxmayaraq, tələbat çoxdur: "Siqaret çəkmək istəyən insan buna xəstəlik formasında yanaşır. Asılılıq yaradır və qurtulmaq üçün iradə lazımdır. Siqaretin bahalaşması bunun qarşısını ala bilməyəcək. Əvvəllər 5 manatlıq çəkirdirsə, məcbur olub 3 manatlıq, ya da ədədlə alıb çəkəcək. Sayın azalması üçün məktəb yaşında uşaqlara nəzarət və ictimai qınaq lazımdır. Çünki siqaretə meyillilik əsasən məktəb illərindən başlayır".

Qadınlarla bağlı göstərici normaldır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyir ki, Azərbaycanda tütündən istifadə kişilər arasında təxminən 40, qadınlar arasında isə 3 faizdir. ÜST rəsmisi də kişilər arasındakı tütün istifadəsinin azaldılması ilə bağlı tədbirlər görülməsinə çağırıb: "Qadınlarla bağlı göstərici normaldır, lakin kişilər arasında tütündən istifadənin azaldılması ilə bağlı müvafiq işlər aparılmalıdır".

Dövlət Statistika Komitəsinin hesabatına görə, əhalinin 2022-ci ilin yanvar-sentyabr ayları ərzində tütün məmulatları üzrə dövriyyəsi 159 milyon 937 min manat təşkil edib. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 27 milyon 918 min manat, yaxud 21% çoxdur.

Statistika da göstərir ki, bahalaşma olsa da, siqaret çəkənlərin sayı azalmır ki, azalmır...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 684   Tarix: 23 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Milli Məclisin plenar iclası başlayıb

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. xəbər verir ki, iclasın gündəliyində Əmək Məcəlləsində, "Təhsil haqqında" və "Mədəniyyət haqqında" qanunlarda dəyişiklik layihələrinin birinci oxunuşda müzakirəsi daxil olmaqla, ümumilikdə, 9 məsələ var. Plenar iclas

27 fevral
.

FHN-dən zəlzələ ilə bağlı - Açıqlama

Fövqəladə Hallar Nazirliyi (FHN) Şamaxıda baş verən zəlzələ ilə bağlı məlumat yayıb. xəbər verir ki, məlumatda deyilir:. "Respublika Seysmoloji Xidmət Mərkəzindən FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.

27 fevral
.

Bakıda bu şəxslərin binaları TƏMİR OLUNACAQ

Bakı şəhərində keçmiş məcburi köçkünlərin yaşadığı binalarda cari təmir işləri görüləcək. -in Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyətindən əldə etdiyi məlumata görə, layihənin ehtimal olunan dəyəri 431 179,08 manat təşkil edəcək. Qeyd edə

27 fevral
.

Doqquzuncu günün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının doqquzuncu günüdür. "Qafqazinfo" xəbər verir ki, imsak vaxtı 05:53-ə, iftar isə 18:43-ə təyin olunub. Doqquzuncu günün imsak duası:. "Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətik

26 fevral
.

Parlament sığortaolunanların sığortaçıda uçotunun yalnız FİN kodla aparılmasını qəbul edib

Milli Məclis sığortaolunanların sığortaçıda uçotunun yalnız fərdi identifikasiya nömrəsi (FİN) ilə aparılmasını qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" qanunlara təklif edilə

27 fevral
.

Kredit və borc mübahisələrində vətəndaş özünü necə qoruya bilər? - AÇIQLAMA

Kredit və borc münasibətləri müasir dövrdə ən çox mübahisə doğuran hüquqi sahələrdən biridir. İnsanlar çox vaxt müqaviləni tam oxumadan imzalayır, öhdəliklərin həcmini və mümkün riskləri düzgün qiymətləndirmir. Nəticədə gecikmələr, əlavə faizlər, cərimələr və məhkəmə çəkişmələri yaranır. Bəs görəsə

26 fevral
.

Həkimin öldüyü xəstəxanadan - Açıqlama

Xəbər verdiyimiz kimi, Xəzər Tibb Mərkəzinin həkim-neantoloqu 43 yaşlı Gülnarə Əkbərova cərrahi əməliyyatdan sonra vəfat edib. Bizim.Media-ya istinadən xəbər verir ki, həyatını itirən həkimin bacısı Səkinə Əhədova Gülnarə Əkbərovanın həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edib. Məlumata görə

28 fevral
.

Endirim tələləri və "son şans" oyunu: İstehlakçılar necə manipulyasiya olunur? - AÇIQLAMA

Müasir bazar münasibətləri şəraitində istehlakçıların seçim imkanları artsa da, aldadılma halları da azalmır. Endirim kampaniyaları, "son şans" mesajları, şişirdilmiş reklam vədələri və məhsul haqqında natamam məlumatlar alıcıların qərarına təsir göstərən əsas amillər sırasındadır. Bəzən istehlakçıla

27 fevral
.

Vüsalənin də verilişi yayımlanmadı

Xəbər verdiyimiz kimi, aparıcı və prodüser Tarix Əliyev (Tolik) Space TV kanalında yayımlanan "Tarixin bir günü" və Elgiz Əkbərin Arb-dəki "Elgizlə izlə" verilişləri bağlanıb. -a istinadən xəbər verir ki, bu gün Vüsalə Əlizadənin aparıcılıq etdiyi "İncə səhər" proqramı təkra

27 fevral