Yol polisinin gizli yerdə dayanıb, cərimə yazması qanunidir? - RƏSMİ

Yol polisinin gizli yerdə dayanıb, cərimə yazması qanunidir? - RƏSMİSosial şəbəkələrdə sürücülər tərəfindən tez-tez dilə gətirilən narazılıqlar əsasən yol polislərinin sürücülərə görünməz hissələrdə dayanması ilə əlaqədardır. Belə ki, sürücülər iddia edirlər ki, YPX avtomobilləri yolun hərəkət hissəsində deyil, daha çox görünməyən tərəflərdə, yaşıllıqların, digər nəqliyyat vasitələrinin, hansısa maneələrin arxasında gizlənir, anidən çıxıb, sürücünü cərimələyirlər. Bəs bu cür addım qanunidirmi?

Məsələ ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, YPX əməkdaşı istər xidməti avtomobillə, istərsə də piyada qismində öz xidmətini "Yol Patrul Xidməti haqqında təlimat"ın və "Yol hərəkəti haqqında Qanun"un tələbləri çərçivəsində təşkil edir. Xidmət isə aşkar formada təmin edilir.

İdarənin baş inspektoru Araz Əsgərlinin sözlərinə görə, qeyd edilən qayda pozuntusu əsasən sürət həddinin aşılması ilə əlaqədar olur:
Yol polisinin gizli yerdə dayanıb, cərimə yazması qanunidir? - RƏSMİ"Sürət həddinin ölçülməsi və qayda pozuntusunun aşkarlanması elektron qaydada, xüsusi avadanlıqlarla həyata keçirilir və bu prosesdə polis və vətəndaş ünsiyyətinə ehtiyac qalmır. Sürət həddini ölçən qurğulara gəldikdə isə onlar stasionar, yəni dirəklərə quraşdırılmış formadadır və sürücülər də onların yerini bilir. Bir çox hallarda məhz sürətini məqsədli şəkildə radara uyğunlaşdırırlar. Digər metod isə daha müasir texnologiyalar vasitəsilə ölçməni həyata keçirməkdir. Bu isə YPX avtomobillərinin üzərindəki xüsusi qurğulardır. Dünyanın ən sivil ölkələrində, eləcə də Azərbaycanda artıq uzun illərdir tətbiq olunan "i-patrul" sistemləri məhz YPX avtomobillərində olur. Bu isə tam qanunvericiliyə uyğundur".

YPX avtomobillərinin görünməyən hissələrdə dayandığı haqqında iddialara gəlincə, Araz Əsgərlinin fikrincə, bu, bir çox hallarda yersiz və əsassız fikirlərdir:
Yol polisinin gizli yerdə dayanıb, cərimə yazması qanunidir? - RƏSMİ"Kimin harada dayanmasından qat-qat önəmli olan məsələ qaydanı pozmamaqdır. Bu məntiqdən belə çıxır ki, deməli, polis olmasa, kimsə qayda pozmalıdır? Öz yanlış hərəkətlərini müzakirə edib, ondan nəticə çıxarmaq əvəzinə qanun keşikçisinə belə gülünc iddia səsləndirmək, həqiqətən, təəssüf doğurur. Polis maşını da yolun hərəkət hissəsində dayanmalıdır ki, sürət həddini ölçsün. Amma YPX avtomobili nəqliyyata maneə olmamalıdır. Sürücüdən tələb olunan isə qaydalara riayət etməkdir. Kiminsə etiraz etməyə o zaman hüququ yaranır ki, sürət həddini aşmadığı halda yol polisi ilə üz-üzə qalıb. Sürət həddi ilə bağlı yolboyu məlumatlandırıcı nişanlar qoyulub, maksimal sürət həddi müəyyən edilib, sürətin ölçülməsi ilə bağlı məlumat lövhələri yerləşdirilib. Qanunu pozmamaq lazımdır. Qanunu pozub, onu hansısa formada əsaslandırmaq üçün isə bəhanə axtarmağa ehtiyac yoxdur".

Baş inspektor onu da qeyd edib ki, sürət həddinin aşılmaması üçün ilk öncə sürücü özü yol nişanında göstərilən maksimal həddə diqqət etməlidir:

"Bu cərimə olunub-olunmamaq məsələsi deyil, qanunun sürücü üzərində olan öhdəliyidir. Təhlükəsizlik üçün isə həyati əhəmiyyət daşıyır, yəni həyatda qalmaq və ətrafdakı insanların həyat və sağlamlığını qorumaq üçün hamı bu qaydalara riayət etməyə borcludur. Qaydaları pozub, daha sonra onu aşkar edənlərə münasibətdə bu müzakirələri aparanların əsas bir səbəbi var, o da məsuliyyətdən yayınmaqdır. Bəzi insanlar düşünürlər ki, qayda, qanun olsun, amma ona təsir etməsin. Bu səhv təfəkkür isə cəmiyyəti hər zaman geriyə salır. Qanunun aliliyi prinsipi var və "heç kim özünü qanundan üstün hesab etməməlidir" düşüncəsi, tələbi ilə biz neqativ hallardan qoruna bilərik. Gəlin, hamımız ağır qəzaların nəticəsində ölüm və xəsarət hallarının, faciəli sonluğun olmaması üçün qaydalara əməl edək, sonrakı peşmanlıq və bəhanələrlə dolu müzakirələr deyil, məhz məsuliyyət bizi qoruyur!"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1728   Tarix: 24 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək

Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızıya qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərmanqızıya qarşı barəsində yayılmış məlumatların təkzi

9 oktyabr
.

Süni intellekt əmlak bazarında: Dəqiq hesablama apara biləcək?

Ədliyyə Nazirliyi daşınmaz əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi üçün süni intellekt əsaslı yeni rəqəmsal xidməti istifadəyə verib. Sistem əmlakın xüsusiyyətlərini və bazardakı məlumatları təhlil edərək onun təxmini qiymətini müəyyənləşdirir. Bəs süni intellekt mənzilin sahəsi, yerləşdiyi ərazi

8 oktyabr
.

Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda bəzi kolleclərin universitetlərin tərkibinə daxil edilməsi, digərlərinin isə ləğv olunması nəzərdə tutulur. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərovun açıqlamasına görə, kolleclərin profilinə uyğun ali təhsil müəssisələrinə inteqrasiyası istiqamətində işlər aparılır

9 oktyabr
.

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib və çıxış edib. Sammitdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi

8 oktyabr
.

Məktəbli forması şagirdlərdə kollektivə aidlik hissini də gücləndirə bilər

"Vahid məktəbli forması şagirdlərin davranışına və məktəbdə nizam-intizama təsir edən amillərdən biri hesab oluna bilər. Eyni geyim qaydasının tətbiqi şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, məktəbin daxili qaydalarına hörmətin artmasına və daha sistemli təhsil mühitinin yaranmasına şərai

9 oktyabr
.

Bakıda it sahibi tərəfindən döyüldü - Video

Bakının Nərimanov rayonu ərazisində itin sahibi tərəfindən döyülməsi anları kameraya düşüb. xəbər verir ki, hadisəni lentə alan sakin heyvana qarşı qəddar rəftara etiraz edib. Həmin görüntüləri təqdim edirik:

10 oktyabr
.

Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı

Qəbələdə Yeni il şənliyi zamanı "Şaxta baba" obrazında olan şəxsi döyməkdə təqsirləndirilən "Fortuna Boutique Hotel"in sahibi Samir Abdullayev barəsində inzibati tənbeh tətbiq edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə qərarına əsasən, 1985-ci ildə Yevlax şəhərində anadan olan, al

8 oktyabr
.

Məktəbli forması ilə bağlı monitorinqlər keçirilir: Məqsəd nədir?

Məktəblərdə vahid geyim formalarına dair monitorinqlərin keçirilməsi müəyyən edilmiş qaydalara əməl olunmasına nəzarət baxımından əhəmiyyətlidir. xəbər verir ki, məktəbli forması şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almağa, bərabərliyin qorunmasına və nizam-intizamın gücləndirilməsin

9 oktyabr
.

Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq

Ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Belə ki, monitorinqlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçü

9 oktyabr