Bütün biletlər satıldı
Bakı yarışının 12 tribunasının bütün biletləri alınıb.
Bu barədə Sonxeber.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) bildirilib.
Məlumata görə, "Gözlənilməzə hazır ol" şüarı ilə keçirilən və ölkəmizin yeddinci dəfə ev sahibliyi edəcəyi 2023 Formula 1 Azərbaycan Qran Prisinə bütün tribuna biletlər satılıb.
Qeyd edək ki, 28-30 aprel tarixlərində baş tutacaq bu yarışda rekord sayda - dünyanın 100-dən çox fərqli ölkəsindən gələn ən böyük azarkeş qrupunu Bakıda qarşılayacağıq.
BŞH-nın baş direktoru Maqsud Fərzullayev bütün biletlərin satılması ilə bağlı fikirlərini bölüşüb: "2023 FORMULA 1 Azərbaycan Qran Prisinə sayılı günlər qalmış bütün tribunalara olan yerləri satdığımızı elan etməkdən məmnunuq. Bu il biz ötən illərlə müqayisədə rekord sayda azarkeşi qarşılayaraq, bu yarışı daha da yaddaqalan şəkildə keçirməyi hədəfləyirik. Formula 1 yarışının paytaxtımıza qayıtmasına son günlər qalmış əsas məqsədimiz hər kəsə unudulmaz bir təcrübə yaşatmaqdır. Bakı Şəhər Halqası olaraq biz bu yarışa tam hazırıq və yarış həftəsonunda bütün azarkeşləri səbirsizliklə gözləyirik!"
Azarkeşlər üç gün davam edəcək yarışdan sonra Bulvardakı böyük səhnədə DJ Don Diablo və DJ Hardwell konsertlərindən zövq alacaqlar.
28 aprel, cümə günü start götürəcək Formula 1 Azərbaycan Qran Prisi bu il ilk dəfə olaraq Sprint yarışına ev sahibliyi edəcək. F1 təqviminin ən sürətli şəhər yarışlarından hesab olunan Azərbaycan Qran Prisi bazar günü baş tutacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1103 Tarix: 25 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellekt əmlak bazarında: Dəqiq hesablama apara biləcək?
Ədliyyə Nazirliyi daşınmaz əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi üçün süni intellekt əsaslı yeni rəqəmsal xidməti istifadəyə verib. Sistem əmlakın xüsusiyyətlərini və bazardakı məlumatları təhlil edərək onun təxmini qiymətini müəyyənləşdirir. Bəs süni intellekt mənzilin sahəsi, yerləşdiyi ərazi
8 oktyabrMəktəbli forması şagirdlərdə kollektivə aidlik hissini də gücləndirə bilər
"Vahid məktəbli forması şagirdlərin davranışına və məktəbdə nizam-intizama təsir edən amillərdən biri hesab oluna bilər. Eyni geyim qaydasının tətbiqi şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, məktəbin daxili qaydalarına hörmətin artmasına və daha sistemli təhsil mühitinin yaranmasına şərai
9 oktyabrBakıda it sahibi tərəfindən döyüldü - Video
Bakının Nərimanov rayonu ərazisində itin sahibi tərəfindən döyülməsi anları kameraya düşüb. xəbər verir ki, hadisəni lentə alan sakin heyvana qarşı qəddar rəftara etiraz edib. Həmin görüntüləri təqdim edirik:
10 oktyabrQəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı
Qəbələdə Yeni il şənliyi zamanı "Şaxta baba" obrazında olan şəxsi döyməkdə təqsirləndirilən "Fortuna Boutique Hotel"in sahibi Samir Abdullayev barəsində inzibati tənbeh tətbiq edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə qərarına əsasən, 1985-ci ildə Yevlax şəhərində anadan olan, al
8 oktyabrMəktəbli forması ilə bağlı monitorinqlər keçirilir: Məqsəd nədir?
Məktəblərdə vahid geyim formalarına dair monitorinqlərin keçirilməsi müəyyən edilmiş qaydalara əməl olunmasına nəzarət baxımından əhəmiyyətlidir. xəbər verir ki, məktəbli forması şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almağa, bərabərliyin qorunmasına və nizam-intizamın gücləndirilməsin
9 oktyabrMəktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq
Ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Belə ki, monitorinqlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçü
9 oktyabr