Bu gün Xalq artisti Həmidə Ömərovanın doğum günüdür
Bu gün Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Həmidə Ömərovanmın doğum günüdür.
Sonxeber.az xəbər verir ki, aktrisa Həmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda müəllim ailəsində anadan olub.
1975-1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb.
1979-1993-ci illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1992-1993-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb.
Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində iştirak edib.
Kino haqqında "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895-1945-ci llər", "Amerika kino tarixi" kitablarının müəllifidir.
1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında "Retro" kinozalı verlişinin aparıcısı, 2002-ci ildən "Kinoştrix" verilişinin ssenari müəllifi olub.
Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsüdür.
Həmidə Ömərova Şəfiqə ("Qızıl uçurum" filmində), Zümrüd ("Yol əhvalatı"), Zeynəb ("Babamızın babasının babası"), Telli ("Qorxma, mən səninləyəm"), Afaq ("Nizami"), Nazlı ("Şirbalanın məhəbbəti"), Zivər ("Doğma sahillər") və s. obrazlar yaradıb.
1986-cı ildə Respublika Lenin Komsomolu mükafatına, 1988-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2005-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
Peşəkar aktrisa indi televiziya seriallarında çəkilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1471 Tarix: 25 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellekt əmlak bazarında: Dəqiq hesablama apara biləcək?
Ədliyyə Nazirliyi daşınmaz əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi üçün süni intellekt əsaslı yeni rəqəmsal xidməti istifadəyə verib. Sistem əmlakın xüsusiyyətlərini və bazardakı məlumatları təhlil edərək onun təxmini qiymətini müəyyənləşdirir. Bəs süni intellekt mənzilin sahəsi, yerləşdiyi ərazi
8 oktyabrMəktəbli forması şagirdlərdə kollektivə aidlik hissini də gücləndirə bilər
"Vahid məktəbli forması şagirdlərin davranışına və məktəbdə nizam-intizama təsir edən amillərdən biri hesab oluna bilər. Eyni geyim qaydasının tətbiqi şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, məktəbin daxili qaydalarına hörmətin artmasına və daha sistemli təhsil mühitinin yaranmasına şərai
9 oktyabrBakıda it sahibi tərəfindən döyüldü - Video
Bakının Nərimanov rayonu ərazisində itin sahibi tərəfindən döyülməsi anları kameraya düşüb. xəbər verir ki, hadisəni lentə alan sakin heyvana qarşı qəddar rəftara etiraz edib. Həmin görüntüləri təqdim edirik:
10 oktyabrQəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı
Qəbələdə Yeni il şənliyi zamanı "Şaxta baba" obrazında olan şəxsi döyməkdə təqsirləndirilən "Fortuna Boutique Hotel"in sahibi Samir Abdullayev barəsində inzibati tənbeh tətbiq edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə qərarına əsasən, 1985-ci ildə Yevlax şəhərində anadan olan, al
8 oktyabrMəktəbli forması ilə bağlı monitorinqlər keçirilir: Məqsəd nədir?
Məktəblərdə vahid geyim formalarına dair monitorinqlərin keçirilməsi müəyyən edilmiş qaydalara əməl olunmasına nəzarət baxımından əhəmiyyətlidir. xəbər verir ki, məktəbli forması şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almağa, bərabərliyin qorunmasına və nizam-intizamın gücləndirilməsin
9 oktyabrMəktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq
Ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Belə ki, monitorinqlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçü
9 oktyabr