Novxanıda biznesmen bağ evində arvadını niyə öldürüb? - TƏFƏRRÜAT

Novxanıda biznesmen bağ evində arvadını niyə öldürüb? - TƏFƏRRÜATÖtən ilin may ayında Abşeron rayonu Novxanı bağlarında yerləşən bağ evinin həyətində arvadı İlahə İsgəndərovanı xüsusi amansızlıqla qətlə yetirən iş adamı, 1971-ci il təvəllüdlü Tofiq Həsənovun məhkəməsi başa çatıb.

Sonxeber.az "news24.az"a istinadən xəbər verir ki, Tovuz rayonundan olan və Rusiyada biznes fəaliyyəti göstərən Tofiq Həsənov Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilib.

Bildirilib ki, T.Həsənovdan boşanmaq istəyən arvadını 14 bıçaq zərbəsi ilə qətlə yetirərkən İlahənin anası da orada olub və hadisələr onun gözü qarşısında baş verib.

Qadın qızını xilas etməyə çalışarkən bıçaq onun əlini kəsib. Həmçinin qeyd edilib ki, İ.İsgəndərova həyat yoldaşının aldığı bağ evinə ərini buraxmırmış. Tofiq Həsənov iddia edib ki, arvadı onun Bakıda aldığı evləri və seyfdə saxladığı 200 min manata yaxın pulu da ələ keçirib.

T.Həsənov məhkəmədəki ifadəsində deyib:

"1999-cu ildə Rusiyadan Tovuza gəlib, ailəvi tanışımız olan İlahə ilə evlənmişdim, 2 övladımız oldu və Rusiyada birgə yaşayırdıq. 2012-ci ildə uşaqların təhsili ilə əlaqədar Bakı şəhərinə gəlib Nərimanov rayonundan 3 otaqlı mənzil aldım və İlahə uşaqlarla daimi Bakı şəhərində yaşamağa başladı. Mən də ildə 3-4 dəfə Rusiyadan Bakıya gəlirdim, tez-tez ailəmin dolanışığı üçün pul göndərirdim. 2016-cı ildə Bakı şəhərində Xətai rayonundan 3 otaqlı ev, 2019-cu ilin yay aylarında isə istirahət etmək üçün Novxanı qəsəbəsində bağ evi aldım. Övladlarım təhsili almaq üçün Türkiyəyə getdikdən sonra qayınanam İlahə ilə birgə Xətaidəki evdə yaşamağa başladı. İlahə 2019-cu ildən Nərimanov rayonunda yerləşən uşaq bağçasında müəllimə kimi işləməyə başladı.

2021-ci ilin dekabrın sonlarında Rusiya Federasiyasından Azərbaycana gəldim və aramızdakı problemlər bundan sonra başladı. Onun məndən çox soyuduğunu gördüm. 2022-ci il yanvarın 30-da Rusiyaya getdim və oradan İlahəyə zəng vursam da o, zənglərə cavab vermirdi. 30 mart 2022-ci il tarixdə Bakıya gəldim, lakin İlahə məni görən kimi, "Sənin nə işin var burada, nə üçün mənə deməmiş Azərbaycana gəlmisən?", - bildirməklə həmin gün saat 2-dək evə gəlmədi. İlahə mənimlə yaşamaq istəmədiyini, boşanacağını dedi. Rusiyadan pulsuz gəldiyimdən İlahədən evdə olan pulları istədikdə o, pulunun olmadığını deyərək anası ilə birlikdə bacısının yaşadığı Günəşli qəsəbəsindəki evə getdi, mənə pul vermədi və məhkəmədə görüşəcəyini dedi. Sonra Əkbər adlı polis əməkdaşı mənə zəng edərək nə üçün Azərbaycana gəldiyimi soruşdu. Evə gedib, seyfi açıb baxdıqda evdə olmalı 165 000 dollar puldan sadəcə 12 000 dollar pulun qalmasını gördüm. Bundan başqa, seyfdə dəftər tapdım və İlahənin pulları faizə verdiyini aşkar etdim".

Təqsirləndirilən şəxs əlavə edib ki, arvadı onunla boşanacağını bildirib və aldığı bağ evinə buraxmayıb:
"İlahə məni görmək istəmədiyini və boşanacağını deyib üstümə ayaqqabı və müxtəlif əşyalar ataraq evdən qovdu. Daha sonra boşanmaq üçün Tovuz rayon məhkəməsində iddia qaldırdı. 2022-ci il mayın 8-də günorta vaxtı İlahə ilə barışmaq üçün qardaşım arvadı ilə Novxanı qəsəbəsində yerləşən bağa getdim. Lakin o, məni evə buraxmadı. Bir müddət sonra hasarı aşıb həyətə daxil oldum, təxminən 3 saat həyətdə oturdum. İlahə həyətə çıxanda, "Nə gəzirsən burada, çıx, rədd ol buradan", - deyərək üstümə gəlib təhqir etdi. Həmin vaxt qayınanam və qardaşım arvadı evdə idi. İlahənin hərəkətlərinə əsəbiləşərək həyətdən dəstəyi qırmızı rəngli bıçağı götürüb İlahənin müxtəlif nahiyələrinə vurmağa başladım. Sonra maşınla Nərimanov Rayon Polis İdarəsinə gedərək təslim oldum".

T.Həsənov, həmçinin qeyd edib ki, Rusiyada ticarətlə məşğul olduğu vaxt İlahə və övladları üçün aylıq 10 000 manatadək pul göndərib. O, hadisənin konkret səbəbini isə belə göstərib:

"İlahənin özü bağçada müəllimə işləyirdi. Bizim aramızda olan mübahisənin yaranma səbəbi isə İlahənin mənə xəyanət etməsindən şübhələnməyim oldu. Belə ki, İlahəyə aldığım "Toyota RAV4" markalı maşında və evin yataq otağında siqaret yandırmaq üçün istifadə olunan alışqan tapmışdım, halbuki İlahə siqaret çəkən deyildi. İlahə zənglərimə cavab vermirdi və evə gecə gəlirdi".

Məhkəmədə ifadə verən şahidlər İlahədən faizlə pul götürmələrini təsdiq ediblər. Həmçinin ifadə verən Z.Salmanov Sumqayıtdakı məşhur restoranlardan birinin rəhbəri olduğunu İlahəni müştəri kimi tanıdığını və müştəri kimi münasibətlərinin olduğunu deyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə arvadını amansızlıqla öldürən biznesmen 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3826   Tarix: 26 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd

19 avqust
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21 avqust
.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Xaçmazda iki ata övladını BIÇAQLADI

Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind

15 avqust
.

Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi

Bakıda həyat yoldaşını marketdə autizm​li övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat

21 sentyabr
.

15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı

İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər

24 avqust
.

Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo

2 sentyabr
.

Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi

Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu

8 avqust
.

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç

2 sentyabr