Azərbaycanda ŞOK OLAY! - Şagirdlərin şantaj etdiyi müəllim intihara cəhd etdi
Azərbaycanda gənc müəllim şagirdi tərəfindən şantaj olunub.
Sonxeber.az lent.az-a istinadən xəbər verir ki, hadisə Siyəzən rayonunda qeydə alınıb.
Rayon 1 saylı orta məktəbin müəllimi 22 yaşlı F.F. (ad şərtidir) polisə müraciət edərək həmin məktəbin 11-ci sinif şagirdi İ.H. tərəfindən şantaj olunduğunu bildirib.
Qadın müəllimə şikayətində şagirdinin onu şəkillərini yayacağı ilə hədələyərək pulunu aldığını qeyd edib.
Müəllimə həmçinin polisə bildirib ki, həmin məktəbin daha iki şagirdi də onu narahat edib.
Müəllim şagirdlərin ona qarşı etdiyi bu tərbiyəsizlikdən sarsıntı keçirərək intihara cəhd edib. Belə ki, o, intihar məqsədi ilə özünə bıçaqla xəsarət yetirib, ailə üzvlərinin müdaxiləsi nəticəsində intiharın qarşısı alınıb.
Baş vermiş hadisə ilə bağlı Siyəsən Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Adı çəkilən şagirdlər saxlanılaraq onların ifadələri alınıb. Lakin onlar məktəbli olduğu üçün sərbəst buraxılıblar.
Faktla bağlı araşdırılma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2497 Tarix: 28 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı
Qəbələdə Yeni il şənliyi zamanı "Şaxta baba" obrazında olan şəxsi döyməkdə təqsirləndirilən "Fortuna Boutique Hotel"in sahibi Samir Abdullayev barəsində inzibati tənbeh tətbiq edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə qərarına əsasən, 1985-ci ildə Yevlax şəhərində anadan olan, al
8 oktyabrMəktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq
Ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Belə ki, monitorinqlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçü
9 oktyabrPilləkəndən yıxılıb öldü
Mingəçevirdə bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, 52 yaşlı Ağdam rayon sakini Rəşan Bəşirov Mingəçevirdə yaşadığı binada pilləkəndən enərkən ehtiyatsızlıqdan yıxılıb. Baş nahiyəsindən xəsarət alan şəxs vəfat edib. Onun əvvəllər iflic xəstəliyi keçirdiyi bildirilib
10 oktyabrYollarda duman var - Sürücülərin nəzərinə!
Avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 10-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağ
10 oktyabrHadrutun işğaldan azad olunmasından 6 il ötür
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind
9 oktyabrPaytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Bakı şəhərinin Nizami rayonu, Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsindəki yol qovşağında nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. -ın əldə etdiyi məlumata görə, qeyd olunan yol qovşağında oktyabrın 9-u saat 23:00-dan oktyabrın 10-u saat 07:00-dək, oktyabrın 10-
9 oktyabr