Masallıda avtomobil ehtiyat hissələri oğurlayan şəxslər saxlanılıblar
Avtomobil ehtiyat hissələrini oğurlayaraq metal qəbulu məntəqəsinə satan Masallı sakinləri saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, Masallı rayonu ərazisində yük avtomobillərinin ehtiyat hissələrinin satıldığı obyektin açıq ərazisindən dəyəri 1300 manat olan "Kamaz" markalı yük avtomobilinə aid ehtiyat hissələrinin oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Anar Kərimov, Azər Cavadov və Ülvi Hüseynov müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı onların oğurladıqları ehtiyat hissələrini rayon ərazisindəki metal qəbulu məntəqələrindən birinə satdıqları müəyyən edilib. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1549 Tarix: 29 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əli Kərimlinin HƏBS MÜDDƏTİ uzadıldı
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti uzadılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmə cinayət işi üzrə əlavə sübutların toplanmasının zəruriliyini nəzərə alaraq vəsatəti təmin edib. Qərar
10 iyunHəmin sürücü 30 sutka həbs edildi
Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü barəsində məsuliyyət tədbirləri görülüb. "Qafqazinfo"nun məlumatına görə, müəyyən edilib ki, axtarışda olan, atasına məxsus "Hyundai" markalı, 99-QP-750 dövlət qeydiyya
3 iyunTut ağacından yıxılıb öldü
Gəncə sakini ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsi AKTA 6 ünvanında baş verib. Belə ki, 62 yaşlı Bəhram Aslanov tut ağacından yıxılıb və hadisə yerində vəfat edib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb
13 iyunArmatur satışı adı altında 190 minlik dələduzluq - 4 nəfər saxlanıldı
Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən 4 nəfər - T.Bədəlov, P.Qurbanov, S.Xəlilov və K.Fətəliyev saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, bu haqda DİN məlumat yayıb. Araşdırmalarla məlum olub ki, onla
11 mayƏməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi - Həkimdən şikayətçidir
Bakı şəhər sakini Ərəstun Rzayev martın 23-ü vəfat edən oğlunun həkim səhlənkarlığının qurbanı olduğunu iddia edir. "Qafqazinfo"ya müraciət edən Ə.Rzayev 34 yaşlı övladının ölümündən 12 gün əvvəl əməliyyat edildiyini bildirib. O, oğlu Adil Rzayevin ölümü ilə bağlı obyektiv araşdırma aparılmasın
24 aprelAğcabədidə əmioğulları qətlə yetirildi - Foto - Yenilənib
Ağcabədi rayonunda iki nəfər qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakinləri arasında yaranmış mübahisə sonradan qanlı insidentə çevrilib. Nəticədə, kənd sakinləri - 1996-cı il təvəllüdl
27 aprelƏhməd Əhmədov tibb müəssisəsindən azadlığa buraxılıb? - RƏSMİ
"Bəzi sosial şəbəkə subyektləri tərəfindən 13.02.2024-cü il tarixdə paytaxtın Xətai rayonunda 5 nəfər ailə üzvünü qəsdən öldürmüş Əhməd Əhmədovun saxlanıldığı tibb müəssisəsindən azad olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb". xəbər verir ki, bu barədə Baş Prokurorluq məluma
21 aprelYanğın təhlükəsi olan mağaza bağlandı - Video
Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 2 ünvanında fəaliyyət göstərən topdansatış mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Məlumata görə, mağazada aşağıdak
30 aprel