Qram-qram oğurlamışdı, kilo ilə ələ keçdi

Qram-qram oğurlamışdı, kilo ilə ələ keçdiÇukotkada (Rusiya) hava limanında çamadanının tutacağında təxminən 5 kiloqram qızıl keçirməyə cəhd edən şəxs saxlanılıb.

Məlumata görə, İrkutskdan 39 yaşlı Andrey S. nəzarətdən keçərkən çamadanı təhlükəsizlik əməkdaşlarının diqqətini cəlb edib. Metal detektoru ilə yoxlama zamanı çamadanın tutacağında sarı rəngli daş aşkar edilib. Andrey bunun qızıl olduğunu deyib.

Daha sonra ifadə zamanı Andrey 2019 və 2020-ci ilin yayında şlix qızıl hasilatı ilə məşğul olan yerli sənətkarlıq artelində zənginləşdirici işlədiyini deyib. Qızıl Mayna çayında açıq üsulla hasil edilib. Onun vəzifəsi avadanlıq qurmaq və qızılı çıxartmaq olub.

Andrey işlədiyi müddətdə bu qızılı az-az oğurlayıb və meşədə gizlədib. 2020-ci ilin sentyabr ayında işdən çıxdıqdan sonra o, bütün bu qızılları toplayıb və tərk edilmiş bir evdə gizlədib.

2023-cü ildə nəhayət əmanətlərini geri götürmək qərarına gəlib, Çukotkaya tur alıb və gizlətdiyi qızılları götürərək şəhərdən çıxarmağa çalışıb.
Aparılan ekspertiza göstərib ki, onun çamadanından tapılan xırda qayalar həqiqətən də 4 kiloqram 660 qram çəkisi olan şlix qızıldır. Müsadirə edilən qiymətli metalın dəyəri 24 milyon rubl (505,8 min manat) təşkil edir.

Həmin şəxs barəsində "Qiymətli daşların qanunsuz dövriyyəsi" maddəsi ilə iş başlanılıb və istintaq müddətində ondan şəhərdən çıxmaması barədə yazılı iltizam alınıb.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2083   Tarix: 29 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd

19 avqust
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21 avqust
.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Xaçmazda iki ata övladını BIÇAQLADI

Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind

15 avqust
.

Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi

Bakıda həyat yoldaşını marketdə autizm​li övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat

21 sentyabr
.

15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı

İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər

24 avqust
.

Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo

2 sentyabr
.

Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi

Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu

8 avqust
.

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç

2 sentyabr