Kral III Çarlzın tacqoyma mərasimindəki tortu türk şirkəti hazırlayıb - FOTO

Kral III Çarlzın tacqoyma mərasimindəki tortu türk şirkəti hazırlayıb - FOTOBritaniya kralı III Çarlzın tacqoyma mərasimi üçün hazırlanan tort "Ülker" ailəsinə məxsus olan və bir çox kral tədbirlərində kəsilən tortların müəllifi olan "McVitie's" şirkəti tərəfindən ərsəyə gəlib.

Bu barədə "Yıldız Holdinq"in İdarə Heyətinin sədri Ali Ülkər açıqlama verib.

İngiltərə Kralı III Çarlzın Londondakı tarixi Vestminster abbatlığında keçirilən tacqoyma mərasimində təmsilçi kimi Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay da iştirak edib.

Mərasimdə hazırlanan tort isə türk firmasına məxsus olub.

"Ülker" ailəsinin 2014-cü ildə təxminən 3 milyard dollara satın aldığı "United Biscuit" İngiltərə tarixinə imza atmağa davam edir. "United Biscuit"in flaqman markalarından biri olan və kral ailəsinin şirniyyatçısı kimi tanınan "McVitie's" bu dəfə də kral ailəsinin tacqoyma mərasiminə damğasını vurub.

"McVitie's" Kraliça Elizabetin doğum günləri də daxil olmaqla bir çox tədbirlərdə tortların hazırlanmasının həvalə olunduğu şirkətdir.

"Ülker" özünün "LinkedIn" səhifəsində bununla bağlı paylaşım edib.

"Aşpaz Robert Craggs tərəfindən keçmiş illərdə hazırlanmış kral tortlarından ilhamlanaraq ərsəyə gətirilmiş bu tort tacqoyma mərasimlərinə xas olan kraliyyət simvollarından ibarətdir. Kraliyyət tarixçisi və mükafata layiq görülmüş iki şirniyyatçı ilə əməkdaşlıq şəraitində hazırlanan meyvə tortunun üstündə xüsusi bəzəklər də var. Bu tarixi gündə yüzlərlə qonağa təqdim edilən tortun memarları olan "McVitie's" komandasını təbrik edirəm. Belə mühüm tarixi günün bir hissəsi olmaq möhtəşəm duyğudur", - deyə o qeyd edib./Oxu.az
Kral III Çarlzın tacqoyma mərasimindəki tortu türk şirkəti hazırlayıb - FOTOKral III Çarlzın tacqoyma mərasimindəki tortu türk şirkəti hazırlayıb - FOTO


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1482   Tarix: 08 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl

7 oktyabr
.

Litva ordusu ABŞ-dən döyüş dronları alıb

Litva Silahlı Qüvvələri "Switchblade 600" döyüş dronlarının ilk partiyasını alıb. "Report" xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. Dronları Litvaya ABŞ-nin "AeroVironment" şirkəti tədarük edir. "Switchblade 600"

7 oktyabr
.

Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər

Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı aparıb. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildirilib. Nazirlər Ermənistan-Türkiyə əməkdaşlığına dair məsələlər

9 oktyabr
.

Rubio: Rusiya və Ukrayna strateji dalandadır

ABŞ dövlət katibi Marko Rubio hesab edir ki, hazırda Rusiya-Ukrayna münaqişəsinin danışıqlar yolu ilə nizamlanması perspektivləri görünmür. "Report" xəbər verir ki, bu barədə Rubio "Kathimerini" nəşrinə bildirib. Onun sözlərinə görə, hazırda tərəflər təhlükələrlə dolu "stratej

8 oktyabr
.

Rusiya Ukraynaya kütləvi zərbələr endirdi - Ölənlər arasında uşaqlar da var

Rusiya qüvvələri oktyabrın 7-də Ukraynanın bir sıra şəhərlərinə genişmiqyaslı raket və dron hücumları həyata keçirib. Ən ağır zərbə Çerniqov vilayətinin Prıluki şəhərinə dəyib. Reuters-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının vurulması nəticəsində ən azı 20 nəfər, o cümlədən 5 uşa

8 oktyabr
.

İsrail HƏMAS komandirlərini öldürdü

İsrail ordusu HƏMAS-ın bölük komandiri Məhəmməd Acanı və Qəzza şəhərində "İslami Cihad"ın hərbi qanadının raket bölməsinin komandiri Vəlid Həsən Əbu Əl-Atanı öldürüb. xəbər verir ki, bu barədə ÇAXAL məlumat yayıb. Məlumata görə, həmin şəxslər hərbi heyətə hücumlar həyata keçirib və təşkilatlarını

9 oktyabr
.

Uitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə yeni sülh planını müzakirə edəcək

Bu gün ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun müşaviri Cared Kuşner Ukrayna nümayəndə heyəti ilə müharibənin başa çatdırılmasına dair yeni planı müzakirə edəcəklər. Bu barədə NBC News ABŞ administrasiyasının adının açıqlanmasını istəməyən yüksəkvəzifəli nümayəndəsinə istinadə

9 oktyabr
.

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin yaydığı sənəddə bildirilir. Yeni sanksiyalar Rusiya maliyyə sektoruna, eləcə də "kölgə donanması" ilə əlaqəli şirkət və 12 gəmiyə qarşı yönəlib. Sanksiy

8 oktyabr
.

Pentaqon İrana qarşı mümkün hücumlar planı hazırlayır

"The Atlantic" məlumatlı mənbələrə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Pentaqona ABŞ-da keçiriləcək ara seçkilərdən əvvəl İran hədəflərinə zərbə endirmək üçün variantlar hazırlamağı tapşırıb. xəbər verir ki, jurnalın mənbələrinə görə, Ağ Ev Pentaqondan ar

8 oktyabr