Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA
Son dövrlərdə münasibətlərdə yaş fərqi və evli şəxslərlə münasibət qurmaq kimi mövzular daha çox diqqət çəkir. Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin özündən iki dəfə böyük münasibətdə olduğu kişi tərəfindən öldürülməsi bu mövzunu yenidən gündəmə gətirdi. Bəzən gənc qadınların özlərindən xeyli yaşlı kişilərə üstünlük verməsi, hətta ailəli kişilərlə münasibətə maraq göstərməsi müşahidə olunur. Bəs bu seçimlərin arxasında hansı psixoloji amillər dayanır?
Yaşca böyük kişiyə maraq təhlükəsizlik və sabitlik ehtiyacından qaynaqlana bilərmi, yoxsa burada başqa emosional səbəblər də rol oynayır? Digər tərəfdən, evli kişilərə yönəlmənin arxasında hansı psixoloji motivlər dayana bilər?
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova Sonxeber.az-a açıqlamasında bildirdi ki, əvvəlcə onu deyim ki, baş verən bu qətl hadisəsində sosial medialarda təqdim olunan savadsız başlıqlar, cəmiyyətin diqqətini hadisəyə deyil, yaş məsələsinə yönləndirir. Rəqəmlər baş vermiş hadisəni sanki "qeyri-adi yaş fərqi olan münasibət" kimi təqdim edir, qətlin və qatilin özü ikinci plana keçir. Qadın və yaşı əsasən ön plana gəlir. Təbii olaraq bir müsəlman cəmiyyətinin şüur səviyyəsinin yaratdığı" 24 yaşlı qız 40 yaşlı kişi ilə niyə münasibətdə idi?" sualı ön plana keçərək, yenə qadın günahkar qalır.
Azərbaycan mediasının savadsızlığı ucbatından " kişi niyə öldürdü?" sualı əvəzinə, " gənc qadın niyə onunla idi?" sualı yaradır. Qurban dolayı yolla məsuliyyət daşıyan tərəf kimi göstərilir. Eləcə sual " niyə gənc qadınlar özündən yaşda böyük kişilərə meyl edir?" kimi yox, "niyə bəzi kişilər münasibətdə qarşı tərəfin sərhədlərinə, azadlığına və seçim haqqına hörmət etmədikdə bunu nəzarət və zorakılığa çevirirlər?", yaxud "Bir insanı öldürməyə gətirən psixoloji mexanizm nədir və cəmiyyət niyə qətlin səbəbini araşdırmaq əvəzinə qadının niyə həmin münasibəti seçdiyini sorğulayır?" kimi başlıqlarla xəbərlər yayılsa, cəmiyyətin diqqəti hadisəni törədənə, qadın haqlarının üstünlüyünə yönələcək.
Qadınların isə özündən yaşca böyük bəylə münasibətə keçməsinin bir neçə səbəbi ola bilər. Bəzən düşünürlər ki, yaşca böyük bəy maddi və sosial baxımdan oturuşmuş biridir və daha güvənli görünür. Yaşca böyük kişi daha özünə əmin, həyat təcrübəli görünə bilər. Yaxud bəzi qadınlarda atalıq obrazı ilə əlaqə ola bilər. Uşaqlıqda formalaşmış münasibətlər və emosional ehtiyaclar seçimlərə təsir edə bilər. Yəni qısası qadın güvənmək istəyir. Bu hadisənin baş verməsində isə yaş fərqini səbəb kimi göstərmək düzgün deyil. Amma yaş fərqi ilə yanaşı nəzarət, qısqanclıq, təcrid, təhdid və zorakılıq varsa, bu həm sevgi, həm evlilik münasibətlətində də ciddi təhlükə siqnallarıdır.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
Pensiyalar bu tarixdə ödəniləcək
Bakıda yeni dəmir yolu tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMA
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Ölkədə qızıl ucuzlaşdı, yoxsa bahalaşdı?
Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir
Qızlar "kişi peşələri"nə üz tutur: Əmək bazarında nələr dəyişəcək?
Türkiyə müharibənin astanasında? Qara dənizdə hücumlar, Səudiyyədə hərbi hazırlıq
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb