Psixotrop dərman iddiası olan bağçanın direktoru işdən çıxarıldı - Yenilənib
Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasının direktoru Elnurə Əliyeva vəzifəsindən azad edilib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Anews.az məlumat yayıb.
Hazırda onun vəzifəsinin müvvəqqəti olaraq başqasına tapşırıldığı bildirilir.
***
Bakı Şəhəri üzrə Təhsil idarəsindən (BŞTİ) "Qafqazinfo"ya bildirilib ki, Bakı şəhəri 98 saylı uşaq bağçasında aparılan araşdırma nəticəsində təlim-tərbiyə prosesinin təşkili, idarəetmə və uşaqlar üçün təhlükəsiz mühitin təmin olunmasında yol verdiyi nöqsanlara görə bağçanın müdiri ilə bağlanmış əmək müqaviləsinə xitam verilib: "Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Təlim-tərbiyə müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması, sağlam işgüzar mühitin təmin olunması əsas prioritetlərdəndir. Yol verilən nöqsanlara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır".
Qeyd edək ki, 98 saylı bağça ilə bağlı son illərdə bir sıra şikayət və araşdırmalar barədə xəbərlər yayılıb. 2023-cü ilin yanvarında prokurorluq bağçada 2018-2022-ci illəri əhatə edən yoxlamadan sonra dövlət əmlakının mənimsənilməsi, valideynlərdən pul yığılması və işləməyən şəxslər üçün saxta əməkhaqqı sənədlərinin hazırlanması şübhələri üzrə cinayət işi başladığını açıqlamışdı. Bu məlumatlar araşdırılan şübhələrə aid olub, özlüyündə direktorun təqsirini təsdiqləmir.
2025-ci ildə valideynlər uşaqlara yeməyin az verilməsi ilə bağlı şikayət etmiş, Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələni araşdırdığını bildirmişdi.
Bu ilin sentyabrında isə bağçaya gedən uşağın qanında psixotrop dərman aşkarlanması barədə sosial şəbəkələrdə iddia yayılmışdı. Təhsil idarəsi araşdırma başladığını və məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunduğunu açıqlamışdı. Həmin ay yayılan başqa bir xəbərdə valideyn bağçadakı özəl qrupa qəbul üçün ayda 100 manat tələb olunduğunu iddia etmiş, direktorun adını çəkmişdi. Bu iddialarla bağlı yekun araşdırma nəticəsi barədə məlumat yoxdur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi
Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
Bakıda yeni dəmir yolu tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMA
Şəhidimizin adını daşıyan gəmi dron hücumuna məruz qaldı: Həlak olan Məhəmmədin fotosu
Azərbaycanda qızıl kəskin bahalaşdı
Tarixin ən böyük avtomobil tıxacı 12 gün davam edib: Harada baş verib?
Xalq artisti evdə yıxılıb xəsarət aldı
"WhatsApp"da yeni funksiya
Pensiyalar bu tarixdə ödəniləcək
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir
İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?
Türkiyə müharibənin astanasında? Qara dənizdə hücumlar, Səudiyyədə hərbi hazırlıq
İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü