Bakıda həyat yoldaşına 12 bıçaq zərbəsi vuran qısqanc kişi ilə bağlı qərar verildi

Bakıda həyat yoldaşına 12 bıçaq zərbəsi vuran qısqanc kişi ilə bağlı qərar verildiBakı Apellyasiya Məhkəməsində arvadını bıçaqlayaraq öldürmək istəyən Əbülfəz Babayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Sonxeber.az pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əbülfəz Babayev 14 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonunun Nardaran qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Əbülfəz Babayev qısqanclıq zəminində evdə arvadı, 1980-ci il təvəllüdlü Təranə Babayevanı bıçaqlayıb. Məlumata görə, Ə.Babayev arvadına mətbəx bıçağı ilə 12 dəfə zərbə vurub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olub.

Qanlı cinayəti törətməkdə şübhəli bilinən Əbülfəz Babayev polis əməkdaşları tərəfindən saxlanılıb. İstintaqla müəyyən olunub ki, 2018-ci ilin noyabr ayında cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra rəsmi nikahda olduğu Təranə Babayevanın qohumu ilə yaxın münasibət saxlayaraq ona xəyanət etməsindən şübhələnib.

Bu səbəbdən aralarında mütəmadi mübahisələr baş verib.

Dekabrın 1-də saat 21:30-da yaşadıqları evdə Əbülfəz Babayev otaqdan bıçağı götürüb əlində gizlədərək hamam otağına keçib. Arxadan yaxınlaşıb müqavimətini qırmaq məqsədi ilə sol əli ilə arvadının ağzından tutub. Ayaq üstə, sonra isə arxası üstə yıxılmış vəziyyətdə qadının bədəninə çoxsaylı zərbələr yetirib.

Səs-küyə azyaşlı qızlarının ora gəlmələrinə məhəl qoymayaraq xəsarətlər yetirməkdə davam edib. Sonra hadisə yerinə gələn atası bıçağı onun əlindən alıb.

Təqsirləndirilən şəxs qismində dindirilən Əbülfəz Babayev bildirib ki, həmişə həyat yoldaşına inanıb. Amma son vaxtlar arvadının bəzi hərəkətləri onda şübhə yaratmağa başlayıb. Aralarında baş verən mübahisədən sonra həyat yoldaşı barəsində polis bölməsinə şikayət edib. Yoldaşının anasına zəng edərək qızını gəlib aparmasını deyib.
Hadisə baş verən günü əmisi oğlunun həyətlərində Təranə ilə söhbət etdiyini görüb və bundan əsəbiləşib.

Əbülfəz Babayev qeyd edib ki, arvadını qətlə yetirmək məqsədi olmayıb. Ona qorxutmaq üçün xəsarətlər yetirib.

Zərərçəkmiş Təranə Babayeva ifadəsində bildirib ki, Əbülfəz Babayev ilə 2005-ci ildə ailə həyatı qurub. Birgə nikahdan 6 övladı var. Əri, həmçinin Əminə adlı qadınla da qeyri-rəsmi nikahda olub.

Həyat yoldaşı CM-in 221-ci (xuliqanlıq) maddəsi ilə 8 ay müddətinə azadlıqdan məhrum edilib.

2018-ci ilin noyabr ayında azadlığa çıxdıqdan sonra əsassız yerə onu qısqanmağa və xəyanətdə ittiham etməyə başlayıb. Həmin vaxtdan Əbülfəzlə münasibətləri korlanıb. Onun mobil telefon işlətməsinə şübhə ilə yanaşıb və telefon işlətməməsini bildirib. Əbülfəzin pula ehtiyacı olduğu üçün bir müddət sonra həmin telefonu satıb.

Oktyabr ayında Əbülfəz onunla dalaşdığından 20 gün inzibati həbsdə qalıb. Dekabrın 1-də axşam hamam otağında olanda əri ora girən kimi onu tutub yerə yıxıb və bədəninə ardıcıl zərbələr vurub. Huşunu itirdiyi üçün sonra baş verənlərdən xəbəri olmayıb.

Məhkəmə iclasında Əbülfəz Babayev ittiham üzrə özünü qismən təqsirli bilib.

Proses zamanı Əbülfəz Babayevin arvadının ona xəyanət etməsi sübuta yetirilməyib. Belə ki, Təranə Babayevanın və hadisə şahidlərinin ifadələri, üzləşdirmə, telefon danışıqlarına dair baxış protokolları ilə sübuta yetirilib ki, qadının heç kimlə münasibəti olmayıb.

Onun barəsində Cinayət Məcəlləsinin 29.120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1973   Tarix: 12 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd

19 avqust
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21 avqust
.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Xaçmazda iki ata övladını BIÇAQLADI

Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind

15 avqust
.

Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi

Bakıda həyat yoldaşını marketdə autizm​li övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat

21 sentyabr
.

15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı

İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər

24 avqust
.

Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo

2 sentyabr
.

Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi

Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu

8 avqust
.

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç

2 sentyabr