Zelenskinin "Avroviziya" ilə bağlı müraciəti geri çevrildi
Ukrayna Prezidenti Volodimir Zelenskinin "Avroviziya-2023" beynəlxalq mahnı müsabiqəsinin finalında videobağlantı ilə qoşularaq müraciət etmək istəyi geri çevrilib.
Axşam.az xəbər verir ki, bu barədə Avropa Yayım İttifaqının (AYİ) yaydığı bəyanatında qeyd olunub.
Bildirilib ki, sözügedən müsabiqə beynəlxalq əyləncə şousudur və yarandığı gündən müəyyən edilmiş ciddi qayda və prinsipləri var. Əsas prinsiplərdən biri də tədbirin qeyri-siyasi xarakter daşımasıdır. Bu prinsip müsabiqə çərçivəsində siyasi və ya oxşar bəyanatlar yaymağı qadağan edir:
"Cənab Zelenskinin çıxış etməklə bağlı müraciəti xoşniyyətli olsa da, təəssüf ki, AYİ-nin idarəçiliyi tərəfindən buna icazə verilə bilməz, çünki bu tədbirin qaydalarına ziddir".
Qeyd edək ki, yarışmada Azərbaycanı Tural və Turan Bağmanov qardaşları təmsil edirdi. Onlar "Tell me more" mahnısı ilə birinci yarımfinalda 12-ci nömrə altında səhnəyə çıxıb. Əkizlərə finala vəsiqə qazana bilməyib.
Müsabiqənin finalı mayın 13-də keçiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1497 Tarix: 12 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rus ordusu Annopolyeni işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Annopolye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
8 oktyabrRubio: İran ABŞ ilə anlaşma əldə etmək şansını qaçırdı
İran öz nüvə proqramına dair ABŞ ilə razılaşma əldə etmək üçün çoxsaylı imkanlardan istifadə edə bilmədi. -ın "Al Jazzera" telekanalına istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin Yunanıstanda səfərdə olan dövlət katibi Marko Rubio mətbuat konfransı zamanı bildirib. O əlavə edib ki, İra
7 oktyabrİran və Oman razılığa gəliblər
Oman və İran Hörmüz boğazından təhlükəsiz tranzit marşrutları barədə razılığa gəliblər və yaxın gələcəkdə təkliflərini beynəlxalq səviyyədə təqdim edəcəklər. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bagai bildirib. Baqayın sözlərinə görə, "İran və Oman arasında məsləhətləşm
8 oktyabrTürkiyə Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər
Türkiyə Ər-Riyad və İslamabadla birgə müdafiə müqaviləsinin bir hissəsi olaraq Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər. xəbər verir ki, bu barədə Türkiyənin "Türkiye" qəzeti bildirib. Nəşr bildirir ki, "Ölkədə Türkiyə bazasının yaradılması məsələsi gündəmə gətirilib. Əgər bu ba
7 oktyabrBir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü
Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasının bağçasında ailəsi ilə nahar etdikdə
7 oktyabrƏrdoğan "CHP-nin qalası"nı içəridən fəth etdi - Foto
Ədalət və İnkişaf Partiyasının Konqres Mərkəzində yeni qanunvericilik ili iclası baş tutub. Tədbirdə şəxsən iştirak edən İzmir bələdiyyə sədri, CHP-li (Cümhuriyyət Xalq Partiyası) Cemil Tuqay Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışından sonra rəsmi şəkildə onun partiyasına daxil olub. xəbər verir ki
7 oktyabr