300 bal toplayan 9-cu sinif şagirdi: "Repetitor yanına getməmişəm"
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 16-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, imtahan iştirakçıları arasında 1 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Bu, Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Tural Azər oğlu Əfəndiyevdir.
BAKU.WS xəbər verir ki, AzEdu.az saytı Turalla əlaqə saxlayaraq, onun təəssüratlarını öyrənib.
- Tural, buraxılış imtahanından respublika üzrə ən yüksək nəticəni sən toplamısan. Hansı hissləri keçirirsən?
- Bu nəticəni gözləmirdim, çox xoşbəxtəm. Hardasa, 280 bala yaxın nəticə əldə edəcəyimi düşünürdüm.
- Hansı fənn üzrə yazdıqlarından əmin deyildin?
- Məncə, imtahan elə də çətin deyildi. Riyaziyyatdan 100 bal gözləyirdim, ancaq ana dilindən açıq suallardan tam əmin deyildim.
- Buraxılış imtahanında əldə etdiyin nəticə təkcə öz əməyinin bəhrəsidir, yoxsa repetitorla hazırlaşmışdın?
- Xeyr, heç bir repitetorla hazırlaşmamışam.
- Hansısa ixtisas qrupu seçmisən?
- Bəli, IV qrup üzrə hazırlaşıram, tibb ixtisası üzrə təhsil almaq istəyirəm.
- Azərbaycanda təhsil almaq istəyirsən, yoxsa xarici ölkədə?
- Hələ ki buna qərar verməmişəm
- Uğurunun sirri nədir? Yaşıdlarına hansı tövsiyəni vermək istərdin?
- Dərsləri vaxtında oxumaq lazımdır. VI sinif dərsini VI sinifdə, VII sinif dərsini də VII sinifdə. Beləliklə, hər şeyə vaxt çatdırmaq olar. İmtahana bir ay qalmış da bütün mövzuları gücləndirilmiş rejimdə təkrar etmək mütləqdir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2732 Tarix: 13 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kürdə suyun səviyyəsi artdı, Sabirabadda körpü sıradan çıxdı (FOTO)
Sabirabadın Ulacalı kəndində Kür çayında suyun səviyyəsinin artması fəsadlara səbəb olub. APA-nın məlumatına görə, son günlər yağan intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsi artmaqdadır. Nəticədə Sabirabadın Ulacalı və Qruzma kəndlərini birləşdirən panton körpü sıradan çıxıb. Kəndlə
29 aprelHəmid Qasımov tələbəyə yüksək vəzifə verdi - FOTO
Mingəçevir şəhər təhsil sektoruna yeni müdir təyin olunub. "Yeni Sabah"a istinadla xəbər verir ki, bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rüstəm Namiq oğlu Aslanov Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri vəzifəsin
28 aprelSeymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yeni təyinat olub. -ın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb. Nazirin əmri ilə Seymur Mahmudlu DSMF-nin Strateji planlaşdırma və investisiyalar departamentini
29 aprelSabah hava yağıntılı olacaq
Aprelin 29-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, səhər və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəy
28 aprelİldə yalnız bir dəfə çıxır, min bir dərdə şəfa olduğu deyilir - VİDEO
Türkiyənin Elazığ bölgəsində xalq arasında "Şərqin bananı" adlandırılan və bir çox xəstəliyə faydalı olduğuna inanılan ışkın (yabanı ravənd) bu mövsüm yenidən satışa çıxarılıb. türk mediasına istinadən xəbər verir ki, dağlıq ərazilərdə çətin şəraitdə yığılan bu bitki mövsümün əvvəlində kiloqram
29 aprelAli Məhkəmə Zaur Baxşəliyevlə bağlı QƏRAR VERDİ
Ali Məhkəmədə ATV-nin məşhur aparıcısı Zaur Baxşəliyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb. "Teleqraf"a istinadən xəbər verir ki, məhkəmə şikayəti təmin etməyib. Aparıcı ilə bağlı bəraət qərarı qüvvədə saxlanılıb. Qeyd edək ki, Z.Baxşəliyevə qarşı Cinayət Məcəlləsini
28 aprel38 yaşlı Orxanın öldüyü hadisənin - Videosu
Daxili İşlər Nazirliyinin (DİN) Baş DYP İdarəsi aprelin 26-sı paytaxtda baş vermiş ağır yol qəzasının görüntülərini yayıb. "Qafqazinfo" quruma istinadən xəbər verir ki, qəzadan əvvəl nasazlıq səbəbindən yolda məcburi dayanan sürücünün digər hərəkət iştirakçılarını xəbərdar etmək niyyəti faydası
28 aprel