ABŞ-nin maliyyə naziri "iqtisadi fəlakət"in vaxtını açıqlayacaq
ABŞ-nin maliyyə naziri Canet Yellen iki həftə ərzində defoltun təxmini vaxtı barədə Konqresə məlumat vermək niyyətindədir.
Bu barədə o, müsahibəsində bildirib.
"Yeni bəyanlar üçün dəqiq tarixlər barədə danışmaq istəmirəm. Bu, yaxın iki həftə ərzində baş verəcək", - deyə o bildirib.
Qeyd edək ki, yanvarda Birləşmiş Ştatların qanuni borc limiti 31,4 trilyon dollara çatdırılıb, bundan sonra ölkənin Maliyyə Nazirliyi maliyyə əməliyyatlarını davam etdirmək üçün fövqəladə tədbirlər görməyə məcbur olub. ABŞ administrasiyası son aylarda Konqresi borc limitini artırmağa çağırır. Nümayəndələr Palatasına nəzarət edən respublikaçılar dövlət borcunun tavanını artırmağa razıdırlar, lakin büdcə xərclərinin əhəmiyyətli dərəcədə azaldılması şərtilə. Ağ Ev tələbləri rədd edib və bildirib ki, xərclərin azaldılmasını müzakirə etməyə hazırdır, lakin qanunvericilər qeyd-şərtsiz borc limitini artırmalıdırlar.
Öz növbəsində, Yellen Konqresə xəbərdarlıq edib ki, administrasiya iyunun 1-də milli borc tavanına nail olunması ilə bağlı fövqəladə tədbirləri tükədə bilər. Bu halda, ölkə federal borc üzrə defoltla üzləşəcək, bu isə ABŞ-də "iqtisadi fəlakətə", ardınca isə qlobal iqtisadiyyatda şoklara səbəb olacaq. Bunun qarşısını almaq üçün ABŞ Prezidenti Co Bayden və Konqresdəki respublikaçıların liderləri məsləhətləşmələr aparmağa razılaşıblar.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1050 Tarix: 13 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Norveç 2027-ci il büdcəsi üçün Neft Fondundan 64 milyard dollar ayıracaq
Norveç hökuməti dövlət büdcəsi-2027 layihəsi çərçivəsində Dövlət Pensiya Fondundan (Neft Fondu) 608,4 mlrd Norveç kronu (təqribən 64 milyard dollar) istifadə etməyi təklif edib. "Report" xəbər verir ki, bu barədə Norveçin "NRK" teleradio şirkəti xəbər verir. Bu, Neft Fondunun ümum
7 oktyabrİran və Oman razılığa gəliblər
Oman və İran Hörmüz boğazından təhlükəsiz tranzit marşrutları barədə razılığa gəliblər və yaxın gələcəkdə təkliflərini beynəlxalq səviyyədə təqdim edəcəklər. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bagai bildirib. Baqayın sözlərinə görə, "İran və Oman arasında məsləhətləşm
8 oktyabrİrəvan və Yeni Dehli Pinaka Mk-II raketlərinin istehsalını müzakirə edirlər
Ermənistan və Hindistan Ermənistanda "Pinaka Mk-II" raketlərinin istehsalını və yığılmasını təşkil etmək imkanlarını müzakirə edirlər. xəbər verir ki, bu barədə Hindistanın IDRW hərbi portalı məlumat verib. Qəzetin məlumatına görə, mümkün razılaşma iki ölkə arasında hərbi-sənaye əməkdaşlığınd
7 oktyabrABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı
ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd
7 oktyabrABŞ İrana yenidən zərbə endirəcək? - Pentaqon hazırlıq əmrini verdi
ABŞ və İran arasında müharibə ilə bağlı gərginlik yenidən artır. Reuters-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Mərkəzi Komandanlığa İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyatların planlaşdırılmasını yekunlaşdırmaq barədə göstəriş verib. Bununla belə, ABŞ Prezidenti Donald Trampın yen
8 oktyabr76 ilin iqlim rekordu qırıla bilər - "El Nino" ilə bağlı xəbərdarlıq
Tropik Sakit Okeanda təsirini artıran güclü "El Nino" iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin "çox güclü" ola biləcəyi barədə xəbərdarlıq edirlər. "El Nino" göstəricilərinin ölçüldüy
7 oktyabr